Futbol İspaniyada ən məşhur idman növüdür. Kral İspan Futbol Federasiyası (Real Federación Española de Fútbol) milli idareetmə orqanı olaraq La Liqa, İspaniya Kral Kuboku və İspaniya milli futbol komandası, həmçinin FİFA Dünya Kubokunun cari çempionatını təşkil edir. Müasir futbol İspaniyada 19-cu əsrin sonlarında Britaniyadan gələn ingilis immiqrant işçilər, səfər dənizçiləri və İspan tələbələrinin bir araya gəlməsi ilə tanındı.
İspaniyada ən qədim futbol klubu 1889-cu il dekabrın 23-də Rio Tinto şirkətində çalışan Dr. Mackey və İngilis işçilər tərəfindən qurulan Recreativo de Huelva klubudur. Gimnàstic de Tarragona klubunun 1886-ci ildə və Sevilya klubunun 1890-cı ildə qurulmasına baxmayaraq, Gimnastik 1914-cü ilə kimi, Sevilya isə 1905-ci ilə kimi aktual olaraq futbol komandası təşkil etməyib. İspaniyada ilk rəsmi futbol oyunu 1890-cı ilin martın 8-də Sevilyadakı Tablada Hippodrome ərazisində keçirilib. Bu oyunda Recreativo de Huelva klubu Sevilya FKya qarşı oynadı. Sevilya klubu həmin vaxtda Sevilya Su İşləri (Seville Water Works) işçilərindən təşkil olunmuşdu. Huelva komandasında 2 İspan futbolçu xaricində, hər iki komandanın oyunçuları İngilislərdən ibarət idi. Bunun səbəbi isə komandanın Sevilla CF (İspanca: club de fútbol) şəklində yox, Sevilla FC (football club-futbol klubu) şəklində adlandırılmasıdır. Sevilya bu oyunda 2-0 hesabı ilə qalib gəldi.
1890-cı illərin əvvəllərində Basklar ölkəsində Britaniyalı tərsanə işçiləri və mədənçilər tərəfindən Bilbao futbol klubu quruldu. 1899-cu ildə isə Britaniyadan gələn basklı tələbələr tərəfindən Atletik Bilbao futbol klubu yaradıldı. Hələ erkən vaxtlardan İngilislərin təsiri Recreation Club, Athletic Club və Football Club kimi İngilis adlarından istifadə edən klublarda öz əksini tapdı.
Barselona və Real Madrid klubları həm milli liqada, həm də qitə turnirlərində kifayət qədər uğur qazanan ən məşhur İspan klublarıdır. Onlar birlikdə 13 dəfə Avropa Kuboku/Çempionlar Liqası titulunu qazanmış və hər biri ayrı-ayrılıqda 3 dəfə finalist olmuşdur. Real Madrid 9 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Kubokunu qazanmış Avropanın ən nüfuzlu klubudur. La Liqanın 80 illik tarixi ərzində (3 sezon liqada vətəndaş müharibəsi səbəbiylə ara verildi) Real Madrid və Barselona klubları arasında 51 adda çempionluq vardır. Bu illər ərzində İspan klubları 7 dəfə UEFA Kuboklar Kuboku, 6 dəfə UEFA Avropa Liqası turnirlərinin qalibi olmuşdur.
Madriddə bir neçə klub yaradıldı, bunlardan ən önəmlisi 1902-ci ildə qurulmuş Real Madrid klubu idi. Həmin ildə Madrid FK-nın sonrakı prezidenti Karlos Padros XIII Alfonzonun tacqoyma mərasimində yeni bir müsabiqə təklif etdi. Belə ki, 4 komanda Copa del Ayuntamiento de Madrid, indiki Copa del Rey (İspaniya Kral Kuboku) turnirinə daxil olunmalı idi, məhz onun daxilini inkişaf etdirmək üçün. Bura daxil olan klublar Barselona, RCD Espanyol (Club Español de Fútbol), Bizkaya Klubu (Club Bizcaya) və Real Madrid (New Foot-Ball de Madrid) klubları idi.