İsrafil Məmmədov (tarixçi)

İsrafil Süleyman oğlu Məmmədov (8 noyabr 1927, Əmrəkar25 iyun 2019, Bakı) — nasir, publisist, tərcüməçi, tarixçi və dövlət xadimi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmlər namizədi (1972), Ermənistan SSR əməkdar jurnalisti (1971), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (2012).

İsrafil Məmmədov
Doğum tarixi 8 noyabr 1927(1927-11-08)
Doğum yeri
Vəfat tarixi 25 iyun 2019(2019-06-25) (91 yaşında)
Vəfat yeri
Elm sahələri tarix, kütləvi informasiya vasitələri
Elmi dərəcəsi
  • tarix elmləri namizədi[d] (1972)
Mükafatları Ermənistan SSR əməkdar jurnalisti (Ermənistan SSR) Azərbaycan Respublikasının Dövlət mükafatı — 2012
"Əmək veteranı" medalı

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1927-ci il noyabrın 8-də Ermənistan SSR Zəngəzur qəzasının Əmrəkar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1943–44-cü illərdə qonşu Vardanizor kəndində müəlimlik edib. 1944–48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948–1951-ci illərdə Ermənistan LKGİ Meğri rayon komitəsinin birinci katibi seçilmişdir. Eyni zamanda Meğri rayon qəzeti — "Kolxoz kəndi" redaksiyasında və radio verilişlərində Azərbaycan dilində olan materialları redaktə etmişdir. 1952–55-ci illərdə Ermənistan KP MK nəzdində üç illik partiya məktəbində təhsil alan İ. Məmmədov, həmçinin 1954-cü ildə Azərbaycan Dövlət Pedaqojin İnstitutunun tarix fakültəsini qiyabi bitirib. 1956–1987-ci illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasında redaktor köməkçisi, partiya və təbliğat şöbələrinin müdiri, məsul katib redaktor müavini, 1987–89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini, 1989–90-cı illərdə "Sovet Ermənistanı" qəzetinin redaktoru vəzifələrini icra etmişdir. Eyni zamanda Erməniostan KP MK nəzdində partiya komissiyasının, Ermənistan SSR "Bilik" cəmiyyəti Rəyasət heyətinin və Ermənistan SSR sülhü medafiə komitəsinin Mərkəzi Şurasının üzvü olmuşdur. 1991-ci ildən Azərbaycan teleradio verilişləri şirkətində qrup rəhbəri, siyasi icmaçı, Milli Münasibətlər İnstitutunda işləyir. AMEA-nın Tarix institutunda Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsinin müdiri vəzifəsində işləyib. 1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan və Ermənistanda 1991-ci ildən sonra 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub. 1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində "Erməni redaksiyası"nın müdiri olub.

25 iyun 2019-cu ildə Bakıda vəfat etmişdir.[1].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1957-ci ildən ədəbi yaradıcılığa başlamış publisitin hekayə, oçerk, publisist yazıları dövri mətbuatda və "Ədəbi Ermənistan" almanaxında çap olunur. Rus və ermənicədən Azərbaycan dilinə çevirdiyi A. Gelmanın "Tək-təkinə hamı ilə", "Aləmlə üz-üzə" Yucin Onilin "Qarağaclar altında məhəbbət", P. Pançevin "Əkizlər", Ə. Əbubəkrin "Şuburumda dava-dalaş", Q. Sundukyanın "Daha bir qurban", Q. Boryan "Bir damın altında" səhnə əsərləri öz dilimizə çevrilmiş, bəziləri C. Cabbarlı adına İrəvan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Azərbaycanlıların yaşam fəlsəfi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifi olan nasirin "Üç göyərçinim", "Eldarın uşaqları", "Bizim Əfəndiyev", "Hicran, Körpüdən", "Ömür yarpağı" hekayələri həm də erməni mətbuatında işıq üzü görüb.

Azərbaycanlıların soyqırımı haqqında Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra AzərbaycanTürkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib.

  • "Gənclərin mənəvi siması" 1962;
  • "İnsan elə yaşamalıdır ki" 1967;
  • "Ermənistan azərbaycanlılarının həyat salnaməsindən səhifələr" 1970;
  • "Ermənistanda Azərbaycan kitabı" 1985;
  • "Ermənistan azərbaycanlıları və onların acı taleyi" 1992;
  • "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" 1995;
  • "Ulu tariximizin seriyasından (Ermənistan maarifçiləri)" 1996;
  • "Ermənistan azərbaycanlılarının faciəsi" 2001 (İngiliscə);
  • "İrəvan dəftəri. İctimai fikir tariximizdən" 2002;
  • "İrəvan dəftəri. Ermənistanda Azərbaycan mətbuatı tarixi" 2002;
  • "İrəvan dəftəri. Ermənistanda azərbaycanlılar 1941–1945-ci illərdə" 2004;
  • "İrəvan dəftəri 3. Teatr tariximizdən" 2009;
  • "Tariximiz, torpağımız, taleyimiz" 2003;
  • "Erməni kilsəsi və türk-Azərbaycan torpaqlarında dolaşmaqda olan "Böyük Ermənistan" kabusu" 2010;
  • "Rus-türk müharibələrində ermənilərin fəal iştrakı, səbəb və nəticələr" 2011;
  • "Zəngibasar qətliamları 1918–1988" 2012;
  • "Vedibasar qətliamları və Abbasqulu bəy Şadlinski haqqında sənədlər və xatirələr" 2013; 
  • "İrəvanın siyasi tarixi 1500–1800";
  • "Erməni separatizmi və ekstremizmi";
  • "Zorakı xristianlaşdırma";
  • "Osmanlı Türkiyəsi, Cənubi Qafqaz və Cənubi Azərbaycanda ermənilərin törətdikləri dəhşət və vəhşətlər";
  • "Геноцид армян" - бродячий призрак искаженной истины" 2006;
  • "Армянский вопрос" — вопиющий бастион сепаратизма и экспансионизма" 2006;
  • "Великая Армения" — смертоносная программа кровавых злодеяний" 2006;
  • "Историческая география Западного Азербайджана" 1998. (Həmmüəllif);
  • "Об истории, исконной земле и горькой судьбе азербайджанцев, изгнанных из нынешней Республики Армения" 2009;
  • "Терроризм: причина и следствие" 2001.
  • "Sovet gənclərinin mənəvi siması" (1962);
  • "Ömür yarpağı" (1965);
  • "İnsan elə yaşamlıdır ki" (1967);
  • "Körpüdə" (1969);
  • "Ermənistan azərilərinin həyat səlnaməsində səhifələr" (1970);
  • "Cəlal müəllim" (1996);
  • "Zəngəzur qartalı" (1998);
  • "İrəvan dəftəri" (2002);
  • "İrəvan dəftəri" II hissə (2004);
  • "İrəvan dəftəri" III hissə (2009);
  • "Tariximiz, torpağımız, taleyimiz" (ingiliscə) (2009)[2]

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət mükafatı verilib.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
  1. "İsrafil Məmmədov vəfat etdi" (az.). qafqazinfo.az. 2019.06.25. Archived from the original on 2019-08-30. İstifadə tarixi: 2019.06.25.
  2. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.440. ISBN 5-8020-0852-0
  3. "012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 16 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.