İssa Botaşlanı və ya İssa Botaşov (qaraç.-balk. Боташланы Жарахматны жашы Исса: 6 sentyarb 1925, Gündələn, Nalçik dairəsi, RSFSR - 7 oktyabr 1991 Nalçik, RSFSR, SSRİ ) ― balkar şair, dramaturq, maarifçi. RSFSR əməkdar incəsənət xadimi, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti. Səhnə incəsənətinin təşkilatçısı, balkar dramaturgiyasının yaradıcılarından biri, balkar ədəbiyyatının klassiki, balkar poeziyasının və mahnı mədəniyyətinin inkişafına böyük töhfələr verib[1][2].
İssa Botaşlanı | |
---|---|
qaraç.-balk. Боташланы Жарахматны жашы Исса | |
Doğum tarixi | |
Doğum yeri | Gündələn, Nalçik dairəsi, RSFSR |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Nalçik, RSFSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | balkar |
Fəaliyyəti | dramaturq, şair |
Partiyası | |
Mükafatları |
İssa Botaşlanı 1925-ci ildə Köndələn kəndində kəndli ailəsində anadan olub. 1941-ci ildə kənd məktəbini bitirib, biçinçi kimi işləməyə başlayıb. Sonradan isə kənddə olan kolxozda qeydiyyatçı işləyib. 1942-ci ildən 1943-cü ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının Elbrus rayon komitəsində təlimatçı kimi fəaliyyət göstərib. 1944-cü ilin mart ayına qədər Balkar Dram Teatrının artisti olub. Balkarlar sürgün edildikdən sonra Orta Asiyada yaşamağa başlayıb. 1959-cu ildə M.Qorki adına Ədəbiyyat İnstitutunda yüksək ədəbiyyət kurslarını bitirib. Deportasiyadan geri döndükdən sonra ilk illər balkar səhnə incəsənətinin dirçəldilməsi ilə məşğul olub. Sonradan isə 28 il boyunca Təsviri incəsənət muzeyinin direktoru kimi fəaliyyət göstərib[1].
İssa Botaşlanının "Sülh haqqında oxuyuram" adlı ilk kitabı 1950-ci ildə Qırğızıstanda nəşr edilib. Onun ardınca "İkinci görüş", "Şair zurna", "Dolay", "Meşəbəyi", "Sərt yollar", "Tale" kimi poetik topluları çap edildi. Botaşlanının pyesləri milli dramaturgiyanın inkişafına böyük töhfə verib. Səhnəyə qoyduğu tamaşalar tək Kabarda-Balkariyada yox eləcə də xaricdə uğur qazanırdı. Onun "Qartallar hündürlüyü sevir", "Abrek", "Dağlarda şəfəq", "Dağlı qızın şücaəti", "Mən inanıram o sağdır", pyesləri, "Sultanın taleyi", "Gündələndə toy", "Əsl kişi" komediyaları və xüsusən də onun "Oğurlanmış cigid" musiqili komediyası bir çox fərqli xalqların dillərinə çevrilib və teatrlarında səhnələşdirilib. İssa Botaşlanı tez tez ədəbiyyat və incəsənətlə bağlı məqalələr yazar, bir sıra radio və televiziya verilişlərində çıxışlar edərdi[1].