İstanbul Əməkdaşlıq Təşəbbüsü

İstanbul Əməkdaşlıq Təşəbbüsü (ing. Istanbul Cooperation Initiative) — NATO-nun 2004-cü ildə İstanbulda keçirilən sammitində irəli sürülən təşəbbüş. Sammit zamanı ittifaq liderləri NATO-nun Aralıq dənizi Dialoqunu əsl tərəfdaşlığa yüksəltmək və daha geniş Orta Şərqdə ayrı-ayrı ölkələrlə İstanbul Əməkdaşlıq Təşəbbüsünü işə salmaq qərarına gəlmişdir.[1] Təşəbbüs Böyük Orta Şərqdə dövlətlərlə praktiki təhlükəsizlik əməkdaşlığı fəaliyyətləri ilə məşğul olmaq təklifindən ibarətdir.[2]

  1. ""NATO elevates Mediterranean Dialogue to a genuine partnership, launches Istanbul Cooperation Initiative"". NATO. 29 June 2004. 16 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2013.
  2. "WHITE HOUSE, Fact Sheet: The Istanbul Cooperation Initiative , June 2004". 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.