İsterlin paradoksu

İsterlin paradoksu — 1974-cü ildə Pensilvaniya universitetinin iqtisadçı professoru və xoşbəxtlik iqtisadiyyatı üzrə araşdırmalar etmiş ilk iqtisadçı olan Riçard İsterlin tərəfindən kəşf edilmiş paradoks.[1][2] Paradoks qeyd edir ki, müəyyən anda xoşbəxtlik, birbaşa millətlər arasında və daxilində olan gəlirlərdən asılı olaraq dəyişir, lakin zaman keçdikcə gəlirin artması səbəbi ilə xoşbəxtlik bununla düz mütənasiblik təşkil edərək yuxarıya meyillənmir. Yəni, müəyyən an və zaman sıraları arasındakı ziddiyət bu paradoksun yaranmasına əsas təkanverici amil kimi göstərilir. Müxtəlif nəzəriyyələr bu paradoksu izah etmək yolunda müəyyən yerə qədər irəliləmişdir, amma paradoks özlüyündə yalnızca empirik ümumiləşdirmədir. Paradoksun mövcudluğu digər tədqiqatçılar arasında ciddi şəkildə mübahisələrə səbəb olmuşdur.

Yaranması[redaktə | mənbəni redaktə et]

Paradoksun yaranması üçün orijinal əsas Amerika Birləşmiş Ştatlarından əldə edilmiş məlumat olmuşdur. Daha sonralar, bu paradoksu dəstəkləyən tapıntıların digər inkişaf etmiş ölkələrə[3] və son zamanlar isə nisbətən daha az inkişaf etmiş və sosializmdən kapitalizmə keçid edən ölkələrə tətbiqi halları meydana çıxmışdır.[4] ABŞ üçün orijinal nəticə 1946-cı ildən 1970-ci ilə qədər əldə olunmuş məlumatlara əsaslanmışdır. Daha sonra, 2014-cü il boyunca əldə edilmiş faktlar isə ilkin tapıntını təsdiqlədi — Amerika Birləşmiş Ştatlarında xoşbəxtlik tendensiyası, real gəlirlərin üçqat artdığı təqribən 70 illik dövr ərzində düz və hətta bir qədər mənfi formaya sahib olmuşdur.

Paradoksun zaman sıraları ilə bağlı hissəsindən əldə olunan nəticə isə uzunmüddətli tendensiyalara istinad edir. İqtisadiyyat genişləndikdə və kiçildikdə xoşbətlikdə baş verən dəyişikliklər gəlir dəyişiklikləri ilə birlikdə baş verir.[5][6] Halbuki gəlirdəki dəyişikliklər artan tendensiya əyrisi ətrafında baş verərkən, xoşbəxlikdəki dəyişikliklər üfüqi tendensiya əyrisi ətrafında baş verir. Paradoks dəyişikliklərə yox, tendensiyalar arasında sinxron (eyni anda baş verən) əlaqənin olmamasına istinad edir.

Tənqid olunması[redaktə | mənbəni redaktə et]

Paradoksla bağlı etirazlar, əsasən, xoşbəxtlik və gəlirdəki tendensiyaların əlaqəli olmadığını bildirən zaman sıraları ümumiləşdirməsinə cəmlənmişdir. 2008-ci ildə yazılmış məqalədə iqtisadçılar Bitsey Stivenson və Castin Volfers qeyd edir ki, "İsterlin paradoksunun əsası, İsterlinin zamanla dəyişən orta xoşbəxtlik və iqtisadi artım səviyyələri arasındakı statistik cəhətdən əhəmiyyətli əlaqələri ayırmaq cəhdinin uğursuz olmasındadır". Bundan əlavə, onlar zaman sıraları dəlili kimi, xoşbəxtlik və gəlir arasında əhəmiyyətli pozitiv statistik əlaqənin olmasını irəli sürürlər.[7] 2012-ci ildə eyni müəlliflər və Daniel Saks tərəfindən yazılmış digər bir məqalə isə yeni məlumatlarla zaman sıralarının tənqidi məsələsinə yenidən geri qayıdır və bəzən o, paradoksun iki növ dəlil arasındakı (şəxslər və ölkələr üçün olan məlumatlar) ziddiyyət olduğunu təsdiqləyir. İqtisadiyyat elmindən kənarda, xoşbəxtliyin şəxsi fikirlərə əsasən təqdiqi məsələsindəki banilərdən olan iki şəxs — psixologiyada Ed Diner və sosiologiyada Rut Vinhoven əməkdaşları ilə, həmçinin əhəmiyyətli pozitiv zaman sıraları əlaqəsi ilə bağlı dəlil təqdim etmişdir.[8][9] İsterlin tərəfindən edilən təkzibdə bildirilir ki, bu araşdırmalar diqqətini uzunmüddətli tendensiyaları müəyyənləşdirməyə yönəltmir, əksinə, onlar qısa və ya yalnızca iki müşahidəyə sahib (hər iki halda müşahidələr tendensiya qurmaq üçün qeyri-kafidir) zaman sıralarına əsaslanır. Onların təqdim etdiyi pozitiv əlaqə xoşbəxtlik və gəlir arasındakı dəyişikliklərdədir, tendensiyalarda yox.[4]

Bəzən iddia olunur ki, xoşbəxtlik əyrisinin düzləşməsi gəlirin müəyyən minimum səviyyəsindən sonra baş verir.[10] Zaman sıraları barədə heç bir dəlil bu iddianı dəstəkləmək üçün irəli gedə bilməmişdir və Çinlə Yaponiya üçün olan zaman sıraları (hər ikisi minimum gəlir səviyyələrindən başlayır) başlanğıc üçün heç bir göstərici təqdim etməmişdir.[3][11]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Riçard İsterlin. İqtisadi artım insanı daha çox inkişaf etdirirmi? Bəzi empirik dəlillər (PDF). 1974.
  2. Pol A. David; Melvin U. Rider. İqtisadi artımda millətlər və cəmiyyət: Moses Abramovitsə həsr olunmuş esselər. Nyu-York: Academic Press, Inc. 1974. 411. ISBN 9780122050503.
  3. 1 2 Riçard İsterlin. Gəlirləri bütövlükdə artırmaq xoşbəxtliyi də bütövlükdə artıracaqmı? Will Raising the Incomes of All Increase the Happiness of All". 27 (1). "İqtisadi Davranış və Təşkilat" jurnalı. 1995. səh. 35-48.
  4. 1 2 Riçard İsterlin. Paradoks yox oldumu?. 4 (4). "İqtisadi Davranışın İcmalı" jurnalı. 2017. səh. 311-339.
  5. R. DiTella, R. J. MakKulloç və A. J. Osvald. İnflyasiya və işsizlik üzərində seçimlər; Xoşbəxtliklə bağlı sorğulardan əldə olunmuş dəlillər. 91 (1). Amerikanın İqtisadi İcmalı. 2001. səh. 335-341.
  6. Castin Volfers. Biznes dəyişikliklərindəki qeyri-sabitlik baha başa gəlirmi? Subyektiv rifah sorğularından əldə olunan dəlillər (PDF). 6 (1). Beynəlxalq Maliyyə. 2003. səh. 1-26.
  7. Bitsey Stivenson; Castin Volfers və Daniel Saks. Subyektiv rifah, gəlir, iqtisadi inkişaf və artım. Xoşbəxtlikdə və xoşbəxtliyin izində: Rifah və hökumətin burada oynadığı rol (PDF). London: İqtisadi Əlaqələr İnstitutu. 2012. səh. 59-97. ISBN 978 0 255 36656 4.
  8. E. Diner, L. Ti və S. Oişi. Artan gəlir və millətlərin subyektiv rifahı. 104 (2). London: "Şəxsiyyət və Sosial Psixologiya" jurnalı. 2013. səh. 267-276.
  9. R. Vinhoven və F. Verqunst. İsterlin illüziyası: İqtisadi artım xoşbəxtliklə düz mütənasib hərəkət etmir. 1 (4). London: "Xoşbəxtlik və İnkişaf" beynəlxalq jurnalı. 2014. səh. 311-343.
  10. R. layard, A. Klark və C. Senik. Xoşbəxtlik və iztirabın səbəbləri. 2012-ci ilə məxsus Dünya Xoşbəxtliyi Məruzəsindən. Davamlı İnkişaf Həlləri Şəbəkəsi. 2012. ISBN 978-0-9968513-0-5.
  11. Riçard İsterlin; F. Vanq və S. Vanq. Çində artım və xoşbəxtlik, 1990-2015. 2017-ci ilə məxsus Dünya Xoşbəxtliyi Məruzəsindən. Davamlı İnkişaf Həlləri Şəbəkəsi. 2017. ISBN 978-0-9968513-5-0.

Əlavə oxu üçün[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]