İstiqlal məhkəməsi

Ankara İstiqlal məhkəməsinin üzvləri; soldan sağa: Əli Qılınc, Əli Çətinqaya, Nəcip Əli Bəy və Rəşit Qalib

İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb.[1]

İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı.

Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu.

1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk. Takrir-i Sükûn Kanunu) ilə istiqlal məhkəmələrinin Ankara və Diyarbəkirdə bərpa edilməsinə icazə verildi. Böyük Millət Məclisinin icazəsi olmadan edam hökmləri çıxara biləcəklərindən narahat olduqlarını dilə gətirən Proqressiv Respublika Partiyası (PRP) üzvləri bu qanuna qarşı çıxdı.[2] Ankaradakı məhkəmə,[3] PRP üzvlərini Şeyx Səid üsyanı ilə əlaqəli olduqlarına görə mühakimə etdi. Partiya 5 iyun 1925-ci ildə bağlandı, lakin siyasətçilər daha sonra bəraət edildi və sərbəst buraxıldı.[1]

Diyarbəkirdəki məhkəmənin fəaliyyəti Şeyx Səid üsyanının qarşısını almaq üçün bərpa edildi.[4] İstiqlal məhkəmələrinin əmri ilə 7000-dən çox adam həbs olundu və 660 nəfər edam edildi.[5] Ən çox mühakimə edən və cəzalandıran məhkəmə Diyarbəkir məhkəməsi olmuşdur. Diyarbəkir məhkəməsi 5010 nəfəri mühakimə edib. Onlardan 420-si edam cəzasına məhkum edilib. 2779 nəfər isə günahsız olub.[6]

  1. 1 2 Karpat, Kemal H. Turkey's Politics: The Transition to a Multi-Party System (ingilis). Princeton University Press. 2015-12-08. 47–48. ISBN 978-1-4008-7942-7.
  2. Heper, Metin; Landau, Jacob M. Political Parties and Democracy in Turkey (ingilis). I.B. Tauris. 1991. 78. ISBN 1 85043 300 3.
  3. Olson, Robert W. The emergence of Kurdish nationalism and the Sheikh Said Rebellion, 1880-1925 (ingilis). University of Texas Press. 1989. 124. ISBN 978-0-292-77619-7.
  4. Üngör, Umut. "Young Turk social engineering : mass violence and the nation state in eastern Turkey, 1913- 1950" (PDF). University of Amsterdam. səh. 236. 3 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 April 2020.
  5. Howard, Douglas Arthur. The History of Turkey (ingilis). Greenwood Publishing Group. 2001. 95. ISBN 978-0-313-30708-9.
  6. Üngör, Umut. "Young Turk social engineering : mass violence and the nation state in eastern Turkey, 1913- 1950" (PDF). University of Amsterdam. səh. 242. 3 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 April 2020.