İsmət İnönü

Mustafa İsmət İnönü (türk. Mustafa İsmet İnönü; 24 sentyabr 1884[1][2][…], İzmir, Aydın vilayəti[4]25 dekabr 1973[1][2][…], Ankara) — Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. Etnik kökən olaraq kürd[5] olan İsmət İnönü Bitlisli Kürümoğulları nəslindən olmuşdur.[6] "Kürümoğulları" mənşə etibarilə türk-oğuz boyu olan "Göklən"lərin törəmələridirlər.[6]

İsmət İnönü
türk. İsmet İnönü
11 noyabr 1938 – 22 may 1950
Baş nazirCəlal Bayar (1938-39)
Rəfiq Saydam (1939-42)
Şükrü Saracoğlu (1942-46)
Rəcəb Pekər (1946-47)
Həsən Saka (1947-49)
Şəmsəddin Günaltay (1949-50)
ƏvvəlkiMustafa Kamal Atatürk
SonrakıCəlal Bayar
30 oktyabr 1923 – 22 noyabr 1924
PrezidentMustafa Kamal Atatürk
Əvvəlkivəzifə təsis edilib
SonrakıƏli Fəthi Okyar
4 mart 1925 – 25 oktyabr 1937
PrezidentMustafa Kamal Atatürk
ƏvvəlkiƏli Fəthi Okyar
SonrakıCəlal Bayar
20 noyabr 1961 – 20 fevral 1965
PrezidentCamal Gürsəl
ƏvvəlkiCamal Gürsəl
SonrakıSuat Hayri Ürgüplü
20 noyabr 1938 – 8 may 1972
ƏvvəlkiMustafa Kamal Atatürk
SonrakıBülənt Əcəvit
Türkiyə Respublikası Təhsil Nazirinin müavini
1 yanvar 1929 – 27 fevral 1929
PrezidentMustafa Kamal Atatürk
Baş nazirözü
ƏvvəlkiMustafa Nəcati
SonrakıHüseyn Vasif Çinar
Türkiyə Respublikası Xarici İşlər naziri
30 oktyabr 1923 – 21 noyabr 1924
PrezidentMustafa Kamal Atatürk
Baş nazirözü
SonrakıŞükrü Kaya
Yunan-Türk Müharibəsi (1919–1922), Qərb cəbhəsi komandiri
4 may 1920 – 3 oktyabr 1922
ƏvvəlkiƏli Fuad Paşa
SonrakıMustafa Fevzi Çaxmaq
3 may 1920 – 10 oktyabr 1921
SonrakıMustafa Fevzi Çaxmaq
Respublika senatoru
20 noyabr 1972 – 25 dekabr 1973
Türkiyə Böyük Millət Məclisinin I-XIV çağırışları millət vəkili
23 aprel 1920 – 27 may 1960
Seçim bölgəsi1923Malatya
1927Malatya
1931Malatya
1935Malatya
1939Ankara
1943Ankara
1946Ankara
1950Malatya
1954Malatya
1957Malatya
Osmanlı Hərbi Nazirliyinin müşaviri
24 oktyabr 1918 – 22 noyabr 1918
Baş nazirƏhməd İzzət Paşa (14 oktyabr-11 noyabr)
Köləmən Abdulla Paşa(11 noyabr-19 dekabr)
Şəxsi məlumatlar
Doğum tarixi 24 sentyabr 1884(1884-09-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 dekabr 1973(1973-12-25)[1][2][…] (89 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Partiya
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Fəaliyyəti siyasətçi, diplomat, hərbi qulluqçu
Həyat yoldaşı
Uşaqları 4 (Ərdal İnönü daxil olmaqla)
Dini İslam
Hərbi xidmət
Qoşun növü Türkiyə Quru Qoşunları
Döyüşlər
Rütbəsi Feriki əvvəl[3]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Prezident vəzifəsini Mustafa Kamal Atatürkün ölümündən bir gün sonra, 11 noyabr 1938–22 may 1950-ci illər arasında icra etmişdir. Cümhuriyyət Xalq Partiyası konqresi tərəfindən ona "Milli şef" ünvanı verilmişdir. İnönü İstiqlaliyyət müharibəsində iştirak etmiş, Lozanna müqaviləsini imzalamış və dəfələrlə baş nazir vəzifəsini icra etmişdir. 1925–1937 illəri arasında 12 il fasiləsiz baş nazir olmasına baxmayaraq, Türkiyə Cümhuriyyəti tarixinin ən uzun müddətdə: cəmi 17 il 11 aylıq bir müddətdə baş naziri olmuş şəxsdir.

Türkiyə Qurtuluş Savaşı dövründəki 1-ci və 2-ci İnönü döyüşlərində göstərdiyi xidmətlərə görə 1934-cü ildə Türkiyədə "Soyadı Qanunu" qəbul edildikdən sonra Mustafa Kamal Atatürk tərəfindən Mustafa İsmət Paşaya İnönü soyadı verilmişdir.

Erkən həyatı və Osmanlı dövrü

[redaktə | mənbəni redaktə et]

İsmət İnönü, 24 sentyabr 1884-cü ildə İzmirdə Rəşid Əfəndi və Cevriyə Təməlli xanımın ikinci oğlu olaraq dünyaya gəlir. Rəşid Əfəndi əslən Bitlisin tanınmış kürd ailələrindən[7][8][9][10] biri olan Kürümoğulları nəslindəndir. Rəşidin atası Əbdülfəttah Əfəndi Malatyaya köçür. Anası Cevriyə (1867–1959) əslən Razqraddan (Bolqarıstan) idi və atası Razqrad ülaməsindən Müdərris Həsən Əfəndi 1870-ci illərdə İstanbula köçür. Cevriyə və Rəşid 1880-ci ildə İstanbulda evlənirlər. İlk övladları Əhməd Mithat (1882–1960) və ikinci İsmətdən başqa iki oğulları: Həsən Rıza (d. 1972) və Hayri Təməlli və Səniha Okatan (q. 1969) adlı bir qızları olur.[11]

İbtidai və orta təhsilini Sivasda tamamladı. 1895-ci ildə Sivas Mülkiyə məktəbinə yazıldı və 1896-cı ildə məzun oldu. Sonra 1897-ci ildə İstanbulda Mühəndislik Xidməti liseyinə getdi. 14 fevral 1901-ci ildə Mühendishanəyi Berr-i Hümayuna (top məktəbi) daxil oldu və 1 sentyabr 1903-cü ildə topçu leytenant olaraq məzun oldu. 26 sentyabr 1906-cı ildə Hərbi Akademiyanı birincilikə bitirərək heyət kapitanı rütbəsi ilə Ədirnədəki 2-ci Ordunun 8-ci Topçu alayında 3-cü Batareya diviziyasının komandiri kimi heyət stajını tamamladı.[12]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Orduda ilk illəri

[redaktə | mənbəni redaktə et]

1908-ci ildə 2-ci Süvari partiyasının qurucusu oldu və 31 mart üsyanında Hərəkat ordusunun Baş Qərargahında xidmət etdi. 1910-cu ildə 4-cü Korpus Heyətinə təyin edildi və 1911-ci ildə Yəmən Qüvvələri Heyət komandirliyinin qurucusu oldu. 26 aprel 1912-ci ildə mayor rütbəsinə yüksəldi və Yəmən Baş Komandanlığının Baş qərargah rəisi təyin edildi.

1912–1913-cü illər arasında Hərbi Nazirliyinin 1-ci Baş Komandanlığı qərargahında olmuş və İkinci Balkan müharibəsi dövründə Çatalca Ordusu Sağ cinah komandiri vəzifəsinə təyin olunmuşdur. Müharibədən sonra İstanbul müqaviləsinin bağlanması üçün bolqarlarla danışıqlar aparan heyətə hərbi məsləhətçi kimi qatıldı.

1914-cü ildə Hərbi Nazir və Baş Qərargah Döyüş Başçısı vəzifəsinə təyin olunan Ənvər Paşanın başladdığı ordu islahatında fəal rol oynadı.

Birinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Birinci Dünya müharibəsi

29 N\noyabr 1914-cü ildə vilayət qubernatoru (podpolkovnik) rütbəsinə yüksəldildi və 2 dekabr 1914-cü ildə Baş Qərargahın 1-ci Şöbə müdiri təyin edildi. 9 oktyabr 1915-ci ildə 2-ci Ordu Baş qərargah rəisi təyin edildi və 14 dekabr 1915-ci ildə polkovnik rütbəsinə yüksəldi.[13]

Birinci Dünya müharibəsi dövründə Mustafa Kamal Paşa ilə Qafqaz Cəbhəsində Korpus komandiri olaraq çalışmışdı. Bu vaxt Mustafa Kamal Paşa bu ordunun 16-cı Korpusunun komandiri təyin edilmişdi. 1916-cı ilin yayında bir müddət qarşıdurmaları idarə etdi. 12 yanvar 1917-ci ildə, 2-ci Ordu Komandir köməkçisi Mustafa Kamal Paşanın tövsiyəsi ilə 4-cü Korpus komandirliyinə təyin edildi.

Bir müddət sonra İstanbula çağrıldı və Hələbdəki 7-ci Ordunun qurulmasında iştirak etdi. 1 may 1917-ci ildə Fələstin Cəbhəsinin 20-ci Korpus komandanlığına və 20 iyunda 3-cü Korpus komandirliyinə təyin edildi. Bu vaxt 7-ci Ordunun komandanlığını boyun almış Mustafa Kamal Paşa ilə bir daha yaxın təmasda oldu. Ancaq Meqiddo döyüşü zamanı yaralandığı üçün İstanbula göndərildi.

Qurtuluş savaşı

[redaktə | mənbəni redaktə et]

Mudros müqaviləsini imzalamadan bir müddət əvvəl Sinay və Fələstin Cəbhəsindəki İldırım Ordular qrupunun generalı Edmund Allenbiyə qarşı Nablus məğlubiyyəti əsnasında yaralandı və İstanbula döndü. 24 oktyabr 1918-ci ildə Hərbi Nazirliyinin Müsteşarlığına təyin edildi. 29 dekabr 1919-cu ildə Paris Sülh Konfransına hazırlaşmaq üçün yaradılan komissiyada hərbi məsləhətçi oldu. 1919-cu il avqustun 4-də yalnızca səkkiz gün üçün Hərbi Şura Ümumi müdirliyinə, müəyyən müddətə də jandarma və polis təşkilatını inkişaf etdirmək üçün qurulan komissiyanın üzvü təyin edildi. Bütün bunlar ümumiyyətlə bir neçə günlük missiyalar idi.

İlk dəfə 8 yanvar 1920-ci ildə Ankaraya getdi və Mustafa Kamal Paşa ilə qısa müddətliyinə çalışdı. Fevral ayının sonunda yeni qurulan Əli Rza Paşa hökumətinin hərbi naziri olan Fevzi Çaxmağın çağırışı ilə İstanbula getdi. 9 aprel 1920-ci ildə Mustafa Kamal Paşanın çağırışı ilə yenidən Ankaraya döndü və İstanbulla bütün rəsmi əlaqələri qopardı.

23 Aprel 1920-ci ildə açılan Türkiyə Böyük Millət Məclisinə Ədirnədən millət vəkili olaraq qatıldı. 6 iyun 1920-ci il tarixində İstanbuldakı Divan-i Hərb tərəfindən yoxluğunda edam cəzasına məhkum edildi.

3 may 1920-ci ildə Türk Silahlı Qüvvələri Baş Qərargah rəisi təyin edildi.[14] 10 noyabr 1920-ci ildə millət vəkili və müavin vəzifəsinə xələl gətirmədən Qərb Cəbhəsinin (Yunan-Türk Müharibəsi (1919–1922)) Şimali Bölmə komandanlığına təyin edildi. Çərkəz Ethəm üsyanının və daxili qiyamların yatırılmasında fəal rol oynadı. Qərb Cəbhəsi Şimal Bölmə komandiri olaraq 1921-ci ilin yanvarında yunanların irəliləməsini dayandırdıqda, 5 illik miralay rütbəsindən mirliva rütbəsinə yüksəldi və Paşa oldu. 4 may 1921-ci ildə Qərb Cəbhəsi komandiri təyin edildi. Lakin 17 iyul 1921-ci ildə Kütahya-Əskişehir döyüşlərində məğlub olduğu üçün Baş qərargah rəisi vəzifəsindən azad edildi. Onun yerinə 3 avqust 1921-ci ildə eyni zamanda Milli Müdafiə və Müdafiə vəkili olan Fevzi Çaxmaq Paşa gəldi.

Daha sonra Sakarya döyüşü zamanı TBMM sədri Mustafa Kamal Paşanın Türkiyə Böyük Millət Məclisi tərəfindən Ali Baş Komandan təyin edilməsindən sonra Mirliva rütbəsi ilə Qərb Cəbhəsi komandiri vəzifəsini icra etdi. Böyük hücumdan sonra qazandığı uğurlara görə Feriki əvvəl rütbəsinə yüksəldi. İzmir geri alındıqdan sonra Mustafa Kamal Paşa tərəfindən atəşkəs haqqında danışıqlar aparılması üçün ona vəzifə verildi və Mudanyaya göndərildi.

Siyasi həyatı

[redaktə | mənbəni redaktə et]

Cumhuriyyətdən öncə

[redaktə | mənbəni redaktə et]

1922-ci il 3 oktyabr — 11 oktyabr arasında Milli Mübarizənin sona çatdığı Mudanya barışığı danışıqlarında Türk tərəfini təmsil etdi. 26 oktyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Xarici İşlər naziri seçildi. Lozanna danışıqlarında heyətə rəhbərlik etdi; yeni dövlətin müstəqilliyini və suverenliyini təsdiqləyən Lozanna müqaviləsi imzalandıqdan sonra SevrMudros müqavilələri qüvvədən salındı.

Əli Fəthi Okyarın təsis etdiyi 5-ci Deputat İcra heyətində Xarici İşlər üzrə vəkil vəzifəsində çalışıb. 23 avqust 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Lozanna müqaviləsinin qəbul edilməsi, siyasi-diplomatik uğurlarının ən əhəmiyyətlisi idi.

Cümhuriyyət və baş nazir olduğu illəri

[redaktə | mənbəni redaktə et]

29 oktyabr 1923-cü ildə Türkiyənin respublika elan edilməsi ilə nəticələnən müddətdə Mustafa Kamal ilə sıx siyasi iş birliyində idi. 30 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin ilk hökumətini qurdu və eyni zamanda Xalq Partiyası (daha sonra Cümhuriyyət Xalq Partiyası və ya CHP) sədr müavinliyini üstləndi.

İlk baş nazirlik dövründə Cümhuriyyətin ilk islahatlarına başlandı. Təhsilin birləşdirilməsi, xəlifəliyin ləğvi və Dəyanət İşləri Müdirliyinin yaradılması (3 mart 1924) bu dövrdə baş verdi. İki dövr baş nazir olduqdan sonra müxalifət partiyası olaraq qurulan Tərəqqi Cümhuriyyət Partiyası Çankayaya qarşı olan müxalif mövqeyini hökumət üzərindən həyata keçirtməsi, 8 noyabr 1924-cü ildə prezident Mustafa Kamalın istəyi üzərinə baş nazirlikdən istefa verdi. Fəthi bəy 21 noyabr 1924-cü ildə yeni hökuməti qurdu. Fəthi bəyin şərqdəki Şeyx Səid üsyanına gec müdaxilə etməsi və istefası səbəbiylə prezident Mustafa Kamal tərəfindən 3 mart 1925-ci ildə ona, hökuməti yenidən qurmaq tapşırıldı. Üsyanın yatırılmasında baş nazir olaraq əhəmiyyətli rol oynadı. 6 Mart 1925-ci ildə Təkrir-i Sükun qanunu qüvvəyə mindi və İstiqlal məhkəmələrini yenidən qurdu. Bu qanuna əsasən bütün müxalifət partiyaları və müxalifət qəzetləri bağlandı. 1926-cı ildə ordu generalı rütbəsinə yüksəldi. 1927-ci ildə öz istəyi ilə hərbi xidmətdən təqaüdə çıxdı. Bu tarixdən sonra Mustafa Kamalla birlikdə yeni dövlətin qurulmasında ən mühüm siyasi fiqur oldu.

1932-ci ildə Sovet İttifaqı ilə diplomatik yaxınlaşma məqsədilə Moskvaya getdi. 1932-ci il 25 aprel — 10 may tarixləri arasında bəzi görüşlər keçirildi. İnönü Moskvaya getmək məqsədini belə izah edir;[15]

" Mən Rusiyadan kommunist deyil, daha şüurlu insan olaraq gəlirəm. Türkiyə iqtisadiyyatı və inşa planlarını qurmaq, yeni inqilabi partiyanı, kommunist və faşist, yəni köhnə nizamdan yeni nizama keçən ölkələrin partiya sistemlərinə əsasən qurmaq, bürokratiya yerinə inqilabi metodları tətbiq etməkdir məqsədimiz.
(İsmət İnönü, 1932)
"

1934-cü ildə Soyad qanunu qüvvəyə mindikdən sonra İnönü soyadı ona, Mustafa Kamal Atatürk tərəfindən verildi.[16] 1924-cü ildən 1937-ci ilə qədər davamlı olaraq baş nazir vəzifəsində çalışıb. Bu dövrdə ölkədəki bütün mühüm siyasi proseslərdə; islahatların elan edilməsində və həyata keçirilməsində, iqtisadi siyasətdə etatizm prinsipinin qəbul edilməsində və həyata keçirilməsində və yeni dövlətin qurulmasında çox mühüm rol oynadı.

1936-cı ildə faşizmi araşdırmaq üçün İtaliyaya göndərilən CHP Baş katibi Rəcəb Pekərin geri döndükdən sonra Türkiyə Böyük Millət Məclisi üzərində "Faşist Şurası" qurulmasına dair hesabatı təsdiqləyib,[17] imzalamasından sonra prezident Mustafa Kamal Atatürk; "Baş nazir həzrətləri yorğunluq səbəbi ilə,önünə gələn bütün hesabatları oxumadan imzalayır!" dedi və qərarı ləğv etdi.[18] Dersim üsyanının yatırılması zamanı yaranan fikir ayrılıqları səbəbi ilə, 1937-ci ilin sentyabrında prezident Mustafa Kamal Atatürk tərəfindən baş nazirlikdən və CHP sədr müavinliyi vəzifəsindən istefaya göndərildi , yerinə Cəlal Bayar təyin edildi. Bu dövrdə yalnız Türkiyə Böyük Millət Məclisində Malatya millət vəkili vəzifəsini icra etdi.

Prezidentliyi (1938–1950)

[redaktə | mənbəni redaktə et]

Mustafa Kamal Atatürkün 10 noyabr 1938-ci ildə vəfatından sonra, 11 noyabr 1938-ci ildə toplanan Türkiyə Böyük Millət Məclisi tərəfindən yekdilliklə prezident seçildi. 26 dekabr 1938-ci ildə keçirilmiş CHP I Fövqəladə Qurultayında partiyanın "dəyişməz lideri" seçildi və "Milli şef" unvanına layiq görüldü.

30 dekabr 1925-ci il tarixli 701 saylı qanunla və 16 mart 1926-cı il tarixli 3322 saylı fərmanla prezidentin şəklinin 50, 100, 500 və 1.000 lirəlik əskinasların üz qabıqlarında olmasına qərar verildi. Buna əsasən pul və möhürlərdəki Atatürk şəkilləri götürüldü və əvəzinə İsmet İnönünün portretlərindən istifadə edildi.[19]

Prezident seçildikdən sonra başlayan II Dünya müharibəsi zamanı ölkəsini müharibədən uzaq tutmağa çalışdı. Müharibə illərindəki iqtisadi və sosial problemlər dövrün unudulmaz mirası olaraq qaldı. "Varlıq vergisi" nin tətbiqinə başladıldı. Həm də bu dövrdə Həsən Əli Yücəlin rəhbərliyi altında Kənd İnstitutları quruldu.[20][21] Bu institutlar sonrakı illərdə bağlanana qədər 20.000 tələbə kənd müəllimi kimi yetişdirildi. Bundan başqa prezidentliyi dövründə musiqidə xüsusi istedadı olan kiçik yaşlı uşaqların bu sahədə yaxşı təhsil almasını təmin etmək üçün "Möhtəşəm uşaqlar qanunu" ilə İdil BiretSuna Kan kimi sənətçilərin yetişdirilməsində böyük rolu olmuşdur.[22]

Franklin Delano Ruzvelt, İnönü və Vinston Çörçill, 4–6 dekabr 1943-cü il İkinci Qahirə konfransında

II Dünya müharibəsindən dərhal sonra beynəlxalq siyasətdəki irəliləyişlər, ölkə daxilində yeni formalaşmaların yanında rejimin ümumi xarakterində mühüm dəyişikliklər gündəmə gətirildi. Müharibənin qaliblərindən olan Sovet İttifaqının lideri İosif Stalinin Türkiyədən Qars, Ardahan, Artvin, Sarıqamışı istəməsi,[23] Türkiyəni müharibənin digər qalibləri ABŞBirləşmiş Krallıq ilə yaxınlaşmasına səbəb oldu. Hərbi və iqtisadi dəstək verməyə hazır olduğunu bildirən ABŞ, Trumen doktrinasının nəzərdə tutduğu yardım qarşılığında, Türkiyədəki azad seçkilərə əsaslanan demokratik nizamın yerləşdirilməsini istədi.[24][25]

1945-ci ildə qurulan Milli İnkişaf partiyasından sonra, 1946-cı ildə qurulan Demokrat Partiyası (DP) ilə çətin bir seçki yarışına girdi. 1946-cı ildə keçirilən ilk çox partiyalı seçkilərdə "açıq səs vermə, gizli təsnifat" metodu istifadə edildi və CHP bu seçkilərdə iqtidarını davam etdirdi. Ancaq seçkilərdə istifadə edilən sistemə görə seçkilərdə bir qədər saxtakarlığa yol verildiyi iddia edilirdi. Tək başına iqtidarda olduğu 1938–1950-ci illərdə Türkiyə iqtisadiyyatı orta illik göstəricidə 1,8% artdı. Bununla birlikdə, Türkiyənin Ümumi milli məhsul dəyəri, dünyada mində 6.52-dən, 6.43-ə düşdü.[26]

Ana müxalifət partiyası rəhbərliyi (1950–1960)

[redaktə | mənbəni redaktə et]

İlk dəfə açıq sayı ilə keçirilən gizli səsvermə 14 may 1950-ci il ümumi seçkilərində CHP% 40, DP isə% 52 aldı. DP 416 millət vəkili çıxardığı halda, CHP-nin 69 millət vəkili var idi. Bunun üzərinə CHP, iqtidarı problemsiz bir şəkildə DP-yə buraxdı, Demokrat partiyası lideri Cəlal Bayar isə İsmət İnönüyə Türkiyə Böyük Millət Məclisində keçirilən prezident seçkilərində 387 səslə qalib gələrək prezidentliyə seçildi. İnönü prezident vəzifəsindən ayrıldı və siyasi həyatını ana müxalifət partiyasının lideri kimi davam etdirdi. On illik müxalifət dövründə, 1954-cü il seçkilərində partiyasından qazanan millət vəkillərinin səs nisbətinin düşməsi və sayının azlığına baxmayaraq, partiyasının rəhbərliyində qaldı və hökumətin siyasi təzyiqlərinə baxmayaraq, CHP-nin güclənməsinə öz töhfəsini verdi.

1957-ci il seçimləri

[redaktə | mənbəni redaktə et]

1958-ci ildə keçirilməli olan seçkilər, Demokrat partiyasının tələbi ilə bir il önə 27 oktyabr 1957-ci ilə gətirildi. Seçki kampaniyası dövründə müxalifət partiyaları Cümhuriyyət Xalq partiyası, Xalq partiyası və Cümhuriyyət Millət partiyası seçki ittifaqı üçün danışıqlara başladı. Ancaq Bölükbaşının həbs olunması, seçki qanunu ilə siyasi partiyaların ittifaq qurmasını qadağan etdiyi üçün planlanan ittifaq reallaşmadı. Səsvermə prosesi davam edərkən dövlət radiosunda Demokrat partiyasının qalib olduğu elan edildi, bülletenlərdə saxtakarlıq iddiaları günlərlə bitmədi. Bir çox yerdə səslərin sayılması ilə başa çatan seçkilərin sonunda səs nisbəti əvvəlki seçkilərə nisbətən 10% azalmış Demokrat partiyası səs üstünlüyü ilə yenidən hakimiyyətə gəldi.

27 may hərbi müdaxiləsi

[redaktə | mənbəni redaktə et]

1960-cı illərdə CXP ilə DP arasındakı mübahisələr daha da artdı. Bundan əlavə İnönü başda olmaqla CXP-nin tanınmış üzvlərinə qarşı hücumlar təşkil edildi. CHP-yə dəstək verən qəzetlər bağlandı, müxalif jurnalistlər həbs olundu. Bundan sonra, 1960-cı ilin aprelində DP, mətbuatı araşdırmaq üçün İstintaq Komissiyasının yaradılmasını təklif edən qanun irəli sürdü. Bu qanunda komissiyaya qəzetləri bağlamaq və jurnalistləri həbs etmək səlahiyyətinin verilməsi tövsiyə olundu, bu səbəbdən CXP millət vəkilləri bu qanuna qətiyyətlə qarşı çıxdılar. Danışıqlar zamanı CXP millət vəkillərinə bəzi məhdudiyyətlər qoyuldu. İnönünün özünə 12 iclasda iştirak etmək qadağan edildi. İnönü DP-nin bu münasibətinə qarşı parlamentdəki tarixi çıxışını etdi:

İndi hakimiyyətdə olanlar, hakimiyyəti ələ keçirənlər millətləri inqilaba necə məcbur etdikləri, insan hüquqları bəyannaməsinə daxil edilmişdir. Bir rəhbərlik insan haqlarını tanımır və repressiv bir rejim qurarsa, bu ölkədə qiyam olacaqdır. Bunun qarşısını almaq üçün rəhbərliklərin demokratik yolda olması və insan haqlarının qüvvədə olması vacibdir. Bu fikir Bəyanatın ruhunu təşkil edir. İndi məsələ budur. Demokratik rejim, insan hüquqları tətbiq olunurmu, olunmurmu? Bu birinci. İnsan haqları tətbiq edilmirsə, vətəndaş hüquqları pozulursa, repressiya rejimi qurulursa, inqilab dəhşətli hal alacaq. Məni dinləyin...Belə bir inqilabın içində olmamalıyıq,ola bilmərik. Belə bir inqilab bizimlə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən ediləcəkdir. Demokratik rejim dedik, demokratik rejim quruldu. Bu demokratik rejimin istiqamətini dəyişib onu zülm rejiminə çevirmək təhlükəlidir. Bu yola davam etsəniz, sizi də xilas edə bilməyəcəyəm.İsmet İnönü.[27]

İnönü 27 may səhəri Ankaradakı Çəhrayi köşkdə "inqilab oldu" xəbərləri ilə oyadıldı. 28 may səhəri general Camal Gürsəl İnönü ilə telefon əlaqəsi saxladı:

Camal Gürsəl: Hörmətli Paşam
İsmət İnönü: Buyurun Paşa həzrətləri
Camal Gürsəl: Sizə qarşı qüsurumuz var Paşam. Əməlimiz barədə sizə əvvəlcədən məlumat vermədik. Amma xəbər versəydik, bizi bundan çəkindirmək istəyəcəyinizi bilirdik. Başqa yolumuz yox idi. Bizi bağışlamağınızı rica edirik. Əmirləriniz bizim üçün qanundur cənab Paşam.
İsmət İnönü: Millət və vətən üçün yaxşı bir iş görməlisiniz. Böyük bir iş görmüsünüz. Əsl mən uğurunuz səbəbiylə,sizləri əmrindəyəm Paşa həzrətləri.[28]
14 oktyabr 1960-cı ildə başlayan "Yassıada məhkəmələri" 15 sentyabr 1961-ci ildə sona çatdı. 15 sentyabrda Ali Ədalət məhkəməsi Yassıadada edam qərarları verdi. Komitənin qərarı, 9 səs əleyhinə 13 səs lehinə olmaqla yekdilliklə verilən ölüm hökmünün icrası yönündə gəldi. 16 sentyabr səhəri Polatkan və Zorlu edam edildi. Adnan Menderesin həyat yoldaşı Berrin Menderes və oğlu Aydın, CXP lideri İnönünün qapısını döyərək kömək istədi. İnönü, edamların qarşısını almaq üçün üç dəfə baş nazirlik binasına getsə də, lakin heç bir nəticəsi olmadı. İnönü Berrin Menderesə: "Dəli olmuş vəziyyətdələr. İnsanı dinləmirlər. Hər şeyi etməyə çalışdım" dedi.[29][30]
Adnan Menderes 17 sentyabr günorta saatlarında edam edildi.

Üçüncü Baş nazirliyi və siyasətdəki son illəri (1961–1972)

[redaktə | mənbəni redaktə et]

DP (Demokrat Partiyası), 27 may çevrilişi ilə 1960-cı ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan və yeni konstitusiya qəbul edildikdən sonra, CXP, 15 oktyabr 1961-ci il tarixli ümumi seçkilərində təkbaşına iqtidar olaraq çoxluğu qazana bilməsə də,birinci partiya olaraq ortaya çıxınca, 24 il sonra yenidən baş nazir olaraq hökuməti qurmaq ona tapşırıldı. Bu dövrdə CxP-AP, CXP-YTP-CKMP və CXP-Müstəqil koalisiya hökumətlərinə rəhbərlik etdi. Yeni qurulmuş siyasi sistemin sağlam işləməsi üçün çaba göstərdi.

Baş nazir İnönü (1964)

27 may çevrilişinin yaratdığı problemlərlə məşğul olaraq Baş qərargah rəisi Cövdət Sunay ilə birlikdə prezident Camal Gürsələ 22 fevral 1962-ci il qiyamının və 20 may 1963-cü il qiyamlarına təşəbbüslərin qarşısını almaq üçün kömək etdi. 1964-cü ildəki Kipr hadisələrində ABŞ-nin, Türkiyənin adaya müdaxiləsini əngəlləmək istəyinə qarşı, xarici siyasətdə çox yönlü araşdırmalar apardı. 21 fevral 1964-cü ildə Ankarada İsmət İnönüyə sui-qəsd cəhdi edildi. Qatil hadisə yerində yaxalandı və İsmət İnönü bu hadisədən xəsarət almadan xilas oldu.[31]

İlk Dövlət Araşdırma Kitabxanası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının qurulması, planlı iqtisadiyyata keçid, 5 illik inkişaf planları, işçi birlikləri, tətil və kollektiv müqavilə qanununun qaldırılması, Ankara sazişi və sonrakı il Müştərək Bazar üzvlüyü, Sovet İttifaqı ilə yaxşı əlaqələrin qurulması, Milli Kəşfiyyat Təşkilatı qanunu və tənzimlənməsi, Milli Təhlükəsizlik Şurasının qurulması və inkişafı, Türk Ordusunun modernləşdirilməsi; İranPakistanla regional inkişaf təşkilatının qurulması, Avropa və Orta Asiya ölkələrini birləşdirən mikrodalğalı radio rabitə şəbəkəsinin qurulması, Dövlət Statistika İnstitutu və Turizm Nazirliyinin yaradılması, Cənub-Şərqi Anadolunun inkişafı və inkişaf planları,Mətbuat və Yayım Məktəbinin qurulması onun baş nazirliyi dövründə həyata keçirildi.

İnönü hökuməti, parlamentdəki büdcə səsverməsindəki rədd səslərinin müsbət səslərdən daha çox olmasından sonra istefa verdi və 20 fevral 1965-ci ildə yerini Suad Hayri Ürgüplü hökumətinə verməli oldu. 10 oktyabr 1965-ci il seçkilərində partiyası seçkilərdə məğlub olduqda, partiyadakı fikir ayrılıqları dərinləşdi. İnönü tərəfindən dəstəklənən "ortanın solu" siyasətinin CxP tərəfindən qəbul edilməsinə baxmayaraq, partiya 1969-cu ildə keçirilən ümumi seçkilərdə də məğlub oldu.

CXP-dən ayrılması və Respublika Senatı

[redaktə | mənbəni redaktə et]
İsmət İnönü Mustafa Kamal Atatürklə birgə

12 mart 1971-ci ildə Türkiyə Silahlı Qüvvələrinin müdaxiləsindən sonra partiyada CXP-nin tutumu ilə bağlı əhəmiyyətli fikir ayrılıqları meydana gəldi və CXP Baş katibi Bülənt Ecevit ilə qarşı-qarşıya gəldi. Ecevitə görə, müdaxilənin məqsədi CHP daxilində hakim olan "ortanın solu" siyasətinə son qoymaq və partiyanın iqtidara gəlməsini əngəlləmək idi. İnönü müdaxiləni qəbul etmədi və müdaxilədən 2 gün sonra CXP qrupunda çox sərt çıxış etdi; lakin, yenə də vəziyyəti yumşaltmaq üçün yeni kabinetə nazir verməyə razı oldu. Yeni qurulacaq hökumətə partiyanın üzv verib verməyəcəyi ilə bağlı mübahisələr nəticəsində Bülənt Ecevit istefa verdi. Ecevitlə gərgin mübarizə apardı. 1972-ci ilin may ayında keçirilmiş 5-ci Fövqəladə Konqresdə, siyasətinin partiyası tərəfindən təsdiqlənməyəcəyi təqdirdə istefa edəcəyini açıqladı. Qurultayda partiya məclisi Ecevitin tərəfində olduğu üçün, 8 may 1972-ci ildə 34 illik CXP sədriliyi vəzifəsindən istefa verdi. Türkiyə siyasi həyatında partiya daxili mübarizələr nəticəsində dəyişən ilk baş nazir oldu. 5 noyabr 1972-ci ildə İsmet İnönü 49 il üzvü olduğu və 33 il lideri olduğu Cümhuriyyət Xalq Partiyasından istefa verdi. 14 noyabr 1972-ci ildə millət vəkilliyindən istefa verdi. Müraciətinə əsasən, o, Respublika Senatında keçmiş prezident simasında senator kimi xidmət etmişdir.[32]

Ölümü və dəfn mərasimi

[redaktə | mənbəni redaktə et]

17 dekabr 1973-cü il bazar ertəsi günü oyandığında özünü yaxşı hiss etmədiyini söyləyən İnönü üçün Çəhrayı Köşkə prof. Dr. Zəfər Payqoç çağırıldı. Araşdırmalar nəticəsində, ağır infarkt keçirdiyi anlaşılan İnönünün xəstəxanaya aparılmasına həyat yoldaşı Məvhibe İnönü etiraz etmiş və həkimlər onu evdə müalicə etməyə razı olmuşdular. Daha sonra İnönünün nəfəs darlığı və nəfəs çatışmazlığı səbəbindən Köşkə oksigen çadırı gətirilir. Daha sonra prof.dr. Payqoçun istəyi ilə ürək xəstəlikləri mütəxəssislərindən prof. Dr. Bəkir Bərkol, Səbahət Qaymaqçalan, Cavid Sökmən, Turhan Akyol və Türkan Gürəl məsləhətləşmək üçün Çəhrayı Köşkə gəlirlər.

17 dekabrda infarkt keçirəndən sonra, doqquz gün ərzində yaşamaq üçün mübarizə aparan Türkiyə Respublikasının II prezidenti İsmet İnönü son nəfəsini 25 dekabr 1973-cü ildə verdi.

Ölüm xəbərini eşidən Nazirlər Kabineti toplandı və ölkədə cənazənin sonuna qədər milli matəm elan etdi. Bundan əlavə, hökumət İsmət İnönünün 26 dekabr 1973-cü ildə Anıtqəbirdəki müayinəsi nəticəsində Anıtqəbirdə dəfn olunmasına qərar verdi. Bununla əlaqədar olaraq Nazirlər Şurası 27 dekabr 1973-cü il tarixli və 7/7669 saylı fərman verdi. İnönü, 28 dekabr 1973-cü ildə dövlət mərasimi ilə Anıtqəbirdəki İsmet İnönü məzar otağında dəfn edildi. 6 noyabr 1981-ci il tarixli və 2549 saylı Dövlət qəbiristanlığı qanunu ilə Atatürk və İsmet İnönü qəbirlərinin Atatürk üçün qurulmuş Anıtqəbirdə saxlanılacağı, Anıtqəbir bölgəsində başqa bir şəxsin dəfn olunmayacağı bildirilir. İsmet İnönünün qəbirüstü abidəsi, 1993-cü ildə yenidən qurulmağa başlanmış, 1997-ci ilin yanvarında abidənin yenidən qurulması başa çataraq,bugünkü halını almışdır.[33]

Anıtqəbir İsmət İnönü Sərgi salonu və məzarı

[redaktə | mənbəni redaktə et]
İsmət İnönü qəbirüstü abidəsi, Anıtqəbir

İsmət İnönünün məzarı olan otağa və sərgi salonuna qərb sütunlarının xarici divarından açılan qapıdan daxil olunur. Qısa dəhlizdən solda, 1-ci mərtəbəyə çıxan pilləkənlərlə qəbul salonuna daxil olursan. Salon düzbucaqlı şəklindədir, divarları və tavanları lif betondur.

Tavanda bərk palıd qəfəs divarlara meyllidir. Döşəmə AnadoluKapadokya rəngli qranitlə örtülmüşdür. Bu hissədə ziyarətçilərin oturması üçün hazırlanmış palıd çərçivəli dəri kreslolar və İnönü ailəsinin ziyarətləri zamanı yazdığı dəftər xüsusi palıd tribunasında yerləşir. Qəbul salonunun solundakı sərgi salonunun sağında məzar otağı yerləşir. Sərgi salonu qəbul salonuna bənzər şəkildə dizayn edilmişdir.

Yalnız bu hissədə divarlarda İsmet İnönünün həyatını əks etdirən fotoşəkillər olan vitrinlər var. Məzar otağına girilən taxta qapının ardında dəmir qapıda vardır. Məzar otağı kvadrat şəklindədir, kəsilmiş piramidal tavanla örtülmüşdür. Qərb divarında qiblə istiqamətində qırmızı, mavi, ağ və sarı rəngli şüşələrdən həndəsi naxışlı vitral pəncərə var. Mihrabiyenin qovşağı və tavanı qızıl mozaika ilə örtülmüşdür. Cənub divarında və giriş divarının iki tərəfində dördbucaqlı sağır nişlərdə İsmət İnönünün qızıl zər ilə yazılmış lakonik sözləri vardır. Ağ qranit örtüklü döşəmə, üzərindəki ağ qranit örtüklü qəbirüstü abidə qibləyə baxan istiqamətdə qoyulmuşdu. İsmət İnönünün nəəşi, İslam şərtlərinə uyğun olaraq, torpaq örtüklü bölməyə basdırıldı.[33]

İsmət İnönü ev-muzeyi

[redaktə | mənbəni redaktə et]

İsmət İnönünün ev muzeyi onun doğulduğu evdir. İzmirin Konak ilində yerləşən ev bu gün muzey olaraq istifadə olunur. İzmir İnönü ev-muzeyi çərşənbə axşamı, cümə axşamı və şənbə günləri 10.00–17.30 saatları arasında və tətil günləri arasında açıqdır.

1967-ci ildə İsmət İnönü Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən Nobel sülh mükafatına namizəd göstərilmişdir.[34]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Ismet Inönü // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 https://www.tsk.tr/Sayfalar?viewName=IsmetInonu.
  4. 1 2 Инёню Исмет // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. "Turkey Unveiled: A History of Modern Turkey" N. Pope, H. Pope. — 1998.; isbn 1-58567-096-0 ;— sayfa 254; alıntı:… president of republic, including Ismet Inönü and Turqut Özal, had Kurdish blood. Several cabinet miisters in 1980s and 1990s had been Kurdish…
  6. 1 2 aksav.com — Ahlat Gazetesi, Ahlat Kültür Sanat ve Çevre Vakfı'nın yayın organı: Kürüm’lerin soy ağacı Arxivləşdirilib 2014-07-29 at the Wayback Machine
  7. Turkey Unveiled: A History of Modern Turkey (İngilizce). ISBN 1-58567-096-0. 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-17.
  8. "The Young Turks – Children of the Borderlands?". Ekim 2002. Archived from the original on 2008-01-12. İstifadə tarixi: 2021-04-17.
  9. "Emekli Albay M. Atilla Kürümoğlu yaptığı konuşması". 2014-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-29.
  10. 'Doğu'da Aşiretler, Kürtler, Aleviler. ISBN 975-7812-70-6. (#first_missing_last)
  11. İsmet İnönü - Yaşamı, Dönemi ve Kişiliği. ISBN 9789752200364. (#first_missing_last)
  12. Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademlerdeki Komutanların Biyografileri. Ankara.
  13. "Kurtuluş Savaşı Öncesi". 2016-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-18.
  14. "TSK Genelkurkay Başkanları". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.
  15. İsmet İnönü Moskova'ya niçin ısrarla davet edilmişti? Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine, 20 Şubat 2013, Erişim tarihi: 23 Ekim 2016.
  16. "İsmet İnönü: Atatürk saygın başbakanımıza bu soyadını verdi".
  17. "Kemalizm'in doğum hikayesi". 2010-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  18. . 14 Kasım 2010 http://www.sabah.com.tr/Yazarlar/ardic/2010/11/14/theaterfuhrer (#bare_url_missing_title). 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  19. "Banknotlar". 2012-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  20. "Tek adamlar Devri". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  21. "İzmir". 2009-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  22. "Klasik Batı Müziği'ne tutkulu devlet adamı". 2014-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  23. https://www.cnnturk.com/amp/2007/dunya/12/01/stalinin.turkiyeden.toprak.talebi.belgelendi/408405.0/index.html&ved=2ahUKEwiUsueEncfpAhVGXBoKHSJ3DPUQFjABegQIBRAB&usg=AOvVaw1DLjBxVaNP93n33Jf_VX30&ampcf=1&cshid=1590142364922 (#bare_url_missing_title). 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  24. https://islamansiklopedisi.org.tr/turkiye (#bare_url_missing_title). 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  25. Levent KALYON.(2010).Truman Doktrini Üzerine Bir Analiz.Güvenlik Stratejileri Dergisi
  26. "Türkiye'nin GSMH'si". 2009-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  27. "Türk Parlamento Tarihi, XI. Dönem (1957-1960), Yasama Faaliyetleri, Prof. Dr. Zühtü Arslan, TBMM Kültür, Sanat ve Yayın Kurulu Yayınları No:156, cilt 1, s.367" (PDF). 2015-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-24.
  28. Şevket Süreyya Aydemir. İkinci Adam, 3. cilt, s. 458.
  29. "İnönü idamları engellemek için gerçekten çabaladı mı?". 30 Mayıs 2015. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-29.
  30. "Yassıada İdam Kararları – 1961". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-29.
  31. "İsmet İnönü, suikast girişiminden birkaç saat sonra BBC'de". 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-25.
  32. "İnönü". İstanbul.
  33. 1 2 "Anıtkabir İnönü Lahdi". 2019-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  34. https://www.nobelprize.org/nomination/redirector/?redir=archive%2F (#bare_url_missing_title). 2019-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]