Əli Qılınc, əsl adı Süleyman Asəf Əmrullah ya da daha çox bilinən adı ilə Qılınc Əli (8 fevral 1890, İstanbul – 14 iyul 1971, İstanbul), türk hərbçi və siyasətçi.[1]
Əli Qılınc | |
---|---|
| |
1920 – 1938 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 fevral 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 1971 (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Uşaqları | 4 |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | Kaymakam |
Vikianbarda əlaqəli mediafayllar |
3 mart 1906-cı il tarixində İstanbul Gedikli Kiçik Zabitlər Məktəbini bitirdikdən sonra, göstərdiyi üstün xidmətlərinə görə mayor rütbəsi almışdır. I Dünya Müharibəsinə qatılmış, Çanaqqala döyüşlərində yaralanmışdır. Qafqaz İslam Ordusunda Nuru paşanın yavərliyini etmişdir.
Qafqaz İslam Ordusu yaradıldığı zaman Ənvər paşanın qardaşı Nuru paşa onun komandanı təyin edildi. Bu ordunun tapşırığı Qafqazda türk təsirini daha da artırmaq idi.
Əli Qılınc Nuru paşanın yavəri kimi Qafqaz İslam Ordusunun bütün hərəkatlarında iştirak etmişdir. Bakının azad edilməsindəki xidmətlərinə görə təltif edilmişdir.
Mudros barışığına görə Osmanlı qoşunları Azərbaycan Xalq Cümhuriyyətini tərk etməyə məcbur edildikdən sonra Anadoluya geri dönmüş və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir.
28 oktyabr 1919-cu ildə Mustafa Kamal Paşa tərəfindən Maraş, Antep ətraflarında Qüvvə-i Millini qurmaq tapşırıldı. Bu bölgəyə gedərkən Mustafa Kamal Paşanın təklifi ilə, sonradan öz adı kimi istifadə edəcəyi kod adı Qılınc Əli adından istifadfə etdi.[2] Qarailan və Şahin bəy ilə birlikdə bu bölgədəki üsyanları yatırtdı və Kırşehir üsyançılarını darmadağın etdi.
Keferdiz (Sakçagözü) ağası Xurşud ağanın iqamətgahını qərərgah olaraq istifadə etmişdir. Xurşud ağanın 200-dən çox silahlı adamlarını kordinasiya etmişdir. Xurşud ağanın şəxsi sərvəti ilə aldığı silah-sursatın Qüvvə-i Milliyə tərəfdarlarına çatdırılmasına nəzarət etmişdir.
Ağrı üsyanından sonra qurulan İstiqlal məhkəmələrində üzvlük etmişdir.
Uğurlarına görə 21 oktyabr 1923-cü ildə Qırmızı-Yaşıl zolaqlı İstiqlal Medalı ilə təltif edilmişdir.
1920–1938-ci illər arasında Qaziantep millətvəkili olaraq TBMM-də çalışmışdır. 7 iyun 1934-cü ildə polkovnik rütbəsi ilə ordudan ehtiyata buraxılmışdır.
Xurşud ağanın Hatayın Türkiyəyə qaqtılması üçün Hatay prezidenti Tayfur Sökmenə verdiyi dəstəyin dövlətlə əlaqələndirilməsini təmin etmişdir.[3]
1961-ci ildə Yeni Türkiyə Partiyasının qurucularından olmuşdur.
Türkiyənin respublika tarixinin ilk qadın keramikaçısı Füreyya Koral ilə evlənmişdir. Türk futbolçu və baş məşqçisi Gündüz Qılınc, yazıçısı Altemur Qılınc, Fahir Qılınc və Kəskin Qılıncın atasıdır.
14 iyul 1971-ci ildə İstanbulda vəfat etmişdir. Zincirliquyu məzarlığında dəfn edilmişdir.