İt döyüşü və ya İt boğuşdurması[1] — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir.
Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir.[2] Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir.
Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir. Bu baxımından Bakı və Abşeron kəndləri xüsusi ilə seçilirdi. Bakı kəndlərində it döyüşlərinin keçirilməsinə dair faktlar «Mola Nəsrəddin» jurnalının 3 fevral 1907-ci il tarixli sayında dərc olunmuşdur. Jurnalın 5-ci sayında hətta bu döyüşü özündə əks etdirək şəkil də dərc olunub. Azərbaycanlı rəssam Əzim Əzimzadənin 1938-ci ildə çəkdiyi İtlərin döyüşü rəsm əsəri bu hadisəni təfsilatı ilə təsvir edir. Günümüzdə belə bu döyüşlər mövcuddur.[3]
Bugünkü gündə bir çox ölkələrə qarşı it döyüşləri qadağan edilmişdir. Bununla belə Əfqanıstan, Pakistan, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan, Türkiyə kimi ölkələrdə bu döyüşlər hələ də keçirilir. Rusiya, Ukrayna, ABŞ və s. ölkələrdə qadağalara baxmayaraq problemlər hələ də qalır. İt döyüşlərində əsasən mühafizəçi xüsusiyyətləri üstün olan Mərkəzi Asiya və Qafqaz çoban itlərindən istifadə edilir.
Əfqanıstanda Taliban dövründə islam qanunları görə it döyüşləri qadağan edilmişdir, ancaq Taliban devrildikdən sonra qadağan edilmiş it döyüşləri yenidən həyata keçirilir[4].
Hər cümə günü Kabil şəhərinin kənarında it döyüşləri arenasında keçirilən döyüşləri izləmək üçün minlərlə insan bura axın edir. Öyrədilmiş itlər döyüşdən qabaq qəzəbləndirilir. Daha sonra isə hansı itin qalib gəlməsi üçün pul qoyulur.
Bu döyüşlər üçün xüsusi bəslənmiş itlərdən istifadə edilir. Bu məqsəd üçün itlər xüsusi ilə bəslənilir. İtlərin döyüşlərdə zəif nöqtələrini minimuma endirmək məqsədilə qulaq və quyruq nahiyələri kəsilir. Bu əməliyyat əsasən itlər hələ küçük olarkən həyata keçirilir. Bunun səbəbi döyüş vaxtı itin özünü qorumasına köməkçi olmasıdır. Döyüş əsnasında düşmənlərinin itin qulaqlarına dişlərini keçirməsi bu yolla maneə törədilmiş olar.