İtaliya–Türkiyə münasibətləri

İtaliya–Türkiyə münasibətləriİtaliyaTürkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr NATO-nun və Aralıq dənizi Birliyinin üzvüdür. Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya TəşkilatıBeynəlxalq Telekommunikasiya İttifaqının üzvü olaraq hər iki ölkə bu təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.

İtaliya–Türkiyə münasibətləri
İtaliya və Türkiyə
 İtaliya  Türkiyə
Türkiyədaki İtaliyanin səfirliyi
Səfir Giorgio Marrapodi
Ünvan Ankara, Çankaya, Atatürk bulvari, 118 Kavaklıdere
İtaliyadaki Türkiyənin səfirliyi
Səfir Ömer Gücük
Ünvan Roma, Palestro küç., 28
Digər
Quruluş tarixi 1856
Dövriyyə 19,7 mlrd doll. (2017)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1856-cı ildə Osmanlı İmperiyası İtaliyada (krallığın qurulmasına az qalmış) ilk diplomatik nümayəndəliyini açaraq səfir Rüstəm Paşanı[1] ora göndərir. O vaxtdan bəri Türkiyəni Romadakı səfirliyi, MilanNeapoldakı[2] konsulluqları vasitəsilə İtaliyada daima təmsil olunur. Hal-hazırda İtaliya Türkiyədəki maraqlarını Ankaradakı səfirlik, İstanbuldakı baş konsulluq, İzmirdəki konsulluq, ayrıca Antalya, Bursa, Qaziantep, İskəndərun, Nevşehir və Eskişehirdəki fəxri konsulluqlar vasitəsilə həyata keçirir[3].

2019-cu ildə İtaliyanın Xarici İşlər Naziri Luici Di Mayo Türkiyənin Suriyanın şimal-şərqindəki hücumunu qınamış və oradakı kürd qüvvələrinə qarşı hücumu "qəbuledilməz" olduğunu bildirmişdir. Üstəlik hərbi əməliyyatların dərhal dayandırılmasına çağırmışdır[4]. İtaliya əvvəllər Avropa İttifaqı ölkələri arasında bu ölkəyə əsas silah tədarükçüsü olmasına baxmayaraq, Türkiyəyə silah embarqosuna qatılmışdır[5][6].

Mədəni təsir

[redaktə | mənbəni redaktə et]

İstanbul İtalya Xarici İşlər Nazirliyi tərəfindən açılan İtalya Mədəniyyət İnstitutlarından birinə ev sahibliyi edir[7]. İnstitut digər mədəni fəaliyyətlərlə yanaşı, Ankara və İstanbul Universitetində də tədris olunan italyan dilində kurslar təklif edir[8].

İzmir və Ankarada "Carlo Goldoni" İtalyan Mədəniyyət Mərkəzi və "Casa Italia" İtalyan Dostluq Dərnəyi yerləşir[9]. Hər iki mərkəz İtalya mədəniyyətini təbliğ edən tədbirlərin və italyan dilinin tədrisi kurslarının təşkilində iştirak edir.

Türkiyədə bir çox İtalya məktəbi var, əksəriyyəti İstanbulda yerləşir. Türkiyədəki İtalya məktəbləri ibtidai, orta və yüksək orta məktəbləri əhatə edir.

2009-cu ildə İtaliyada 30–40.000 türk yaşadığı təxmin edilir.

Diplomatik nümayəndəliklər

[redaktə | mənbəni redaktə et]

İtaliyanın Ankarada səfirliyi var[10].

Türkiyə Romada səfirliyi fəaliyyət göstərir[11].

  1. "T.C. Dışişleri Bakanlığı Türkiye Cumhuriyeti Roma Büyükelçiliği". roma.be.mfa.gov.tr. 2018-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-01.
  2. "T.C. Dışişleri Bakanlığı Milano Başkonsolosluğu". milano.bk.mfa.gov.tr. 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.
  3. "La rete consolare". ambankara.esteri.it (italyan). 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.
  4. "Turkish operation in Syria is 'unacceptable': Italian foreign minister". www.reuters.com. Reuters. 2019-10-10. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  5. Brzozowski, Alexandra. "EU condemns Turkey's military action, stops short of common arms embargo". www.euractiv.com (ingilis). 2019-10-14. 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  6. "Italy to block arms exports to Turkey - Di Maio - English". ANSA.it (ingilis). 2019-10-14. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  7. "Istituto Di Cultura - Istanbul". www.iicistanbul.esteri.it (italyan). 2018-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-01.
  8. "Cultura e lingua italiana". ambankara.esteri.it (italyan). 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.
  9. "İtalyan Kültür Merkezi. İtalyanca dil okulu İzmir'de | Hakkımızda". İtalyan Kültür Merkezi. İtalyanca dil okulu İzmir'de (italyan). 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.
  10. "Ambasciata d'Italia - Ankara". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  11. "T.C. Dışişleri Bakanlığı Türkiye Cumhuriyeti Roma Büyükelçiliği". 2019-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]