"İtirilmiş cənnət"[1] (ing. Paradise Lost) — Con Miltonun ilk dəfə 1667-ci ildə nəşr edilmiş epik poeması. 1674-cü il nəşrində poema on iki nəğmə və bu nəğmələri təşkil edən on bir min misradan ibarət idi. 1658–1667-ci illərdə yaradılan bu əsərin ideyası puritan dini incəsənəti ilə bağlı idi. Şeirdə ilk insan Adəmin hekayəsi boş beytlə təsvir edilmişdir.
İtirilmiş cənnət | |
---|---|
ing. Paradise Lost | |
Müəllif | Con Milton |
Orijinal dili | ingilis dili |
Yazılma ili | 1667 |
Nəşr ili | 1667 |
Sonrakı | Qaytarılmış cənnət |
Vikianbarda əlaqəli mediafayllar |
Milton həmçinin, əsərini davamını "Qaytarılmış cənnət" poeması ilə gətirmişdir. Hər iki poema həm bibliya tarixini, həm də XVII əsrdə İngiltərədəki təlatümlü siyasi həyatı və müəllifin şəxsi taleyini əks etdirdiyi güman edilir.
Poemanı 1640-cı illərin inqilabi hadisələri ilə qismən paraleldir. Şair bibliya əfsanələri vasitəsilə böyük ümumiləşdirmələr aparır, bəşəriyyətin çətin, əzablı yollarla inkişafa, tərəqqiyə doğru getdiyini təsdiq edir. Poema allaha qarşı üsyan etmiş mələklərin məğlu-biyyətinin təsviri ilə bağlayır. Başda iblis olmaqla üsyankar mələklər göylərin nüfuzuna qarşı çıxmışlar. İndi isə döyüşdə məğlub olduqlarına görə həmişəlik göyləri tərk etməli, cəhənnəmin od-alovları içərisində yaşamalıdırlar. Lakin İblis və onun dostları burda da özlərini məğlub saymır, ilahi nüfuza qarşı mübarizəni davam etdirməyə çalışırlar. İblis öz zərbəsini allahın yaratdığı ən yaxşı nə varsa ona, ilk insanların yaşadığı dünyaya qarşı yönəltmək istəyir. İblis daha çox ona çalışır ki, ilk insanları allahın əlindən alsın, onları öz qiyamçı, məğrur təbiətinə tabe etsin. Allah Adəm və Həvvaya İblisin niyyətindən danışır, onları ehtiyatlılığa çağırır. Onun elçisi Rəfael isə İblisin üsyanı və məğlubiyyətindən söhbət açır, onları müti olmağa öyrədir. İblis Həvvanı aldadıb yoldan çıxara bilir, o, allahın qoyduğu qadağanı pozur, xeyir və şəri dərk etmə ağacının meyvəsindən dərib yeyir. Adəm də onun kimi edir, o da idrak ağacının meyvəsindən yeyir. Lakin o, İblisə aldandığı üçün deyil, rəfiqəsini tək qoymamaq, onun alacağı cəzaya şərik olmaq xatirinə belə edir. İlahi məhkəmənin qərarı ilə Adəm və Həvva cənnətdən qovulur, adi öləri insanlara çevrilirlər, həyatın əzab və işgəncələrinə məruz qalırlar. Allahın nökərləri Adəm və Həvvanı cənnətdən qovmazdan əvvəl allahın göstərişi ilə mələklərdən olan Mikayıl Adəmə bəşəriyyətin gələcəyini göstərir. Məqsəd isə onu ruhlandırmaq və xilas yolunu göstərməkdədir. Adəmin gözü qarşısından bəşər tarixinin geniş və dəhşətli mənzərələri gəlib keçir. Xalqların sevincləri, müsi-bətləri, müharibələrin törətdiyi fəlakətlər günahlardan keçərək müdrikləşmiş Adəmin gözü önündən keçir. İnsan həyatının rəngarəng mənzərələrini yaradan şair əməyi xüsusi məhəbbətlə təsvir edir. Bu hissələrə şən, nikbin bir əhvali-ruhiyyə hakimdir. Mikayıl Adəmi başa salır ki, bəşər nəsli gələcəkdə öz ulu babasının günahını yuyacaqdır. Guya bu günahlardan təmizlənmə xristianlıq təliminin yayılması ilə gələcək, insanlara mənəvi kamillik yolunu, həqiqi cənnətin yolunu göstərəcək. Poema Adəm və Həvvanın cənnətdən qovulması səhnəsinin təsviri ilə tamamlanır. Onlar əl-ələ tutaraq Ədəmdən uzaqlaşırlar. Ədəm üzərində alov və tüstü dilləri ucalır. Adəm və Həvvanı qarşıda sakit cənnət həyatı deyil, bəşər nəslinin çətinlikləri, məhrumiyyətlərlə dolu tarixi gözləyir.[2]
"İtirilmiş cənnət" poeması nəinki öz dövründə, həm də sonrakı əsrlərdə İngiltərədə və onun xaricində böyük maraq doğurmuş, dünya ədəbiyyatının ən əhəmiyyətli abidələrindən biri kimi qiymətləndirilmişdir.[2]
Poema dəfələrlə təsvir edilmişdir. Bunlardan ən məşhuru Vilyam Bleyk və Qustav Dore tərəfindəndir.