Qustav Dore

Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[1][2][…], Strasburq[1][3][…]23 yanvar 1883[1][2][…], Paris[1][4][…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar.

Qüstav Dore
fr. Gustave Doré
Nadar tərəfindən çəkilmiş foto (1867)
Nadar tərəfindən çəkilmiş foto (1867)
Doğum adı Paul Gustave Louis Christophe Doré
Doğum tarixi 6 yanvar 1832(1832-01-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 yanvar 1883(1883-01-23)[1][2][…] (51 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəssam, illüstrasiyaçı[d], karikaturçu, komiks rəssamı, litoqraf, qrafika ustası[d], rəssam-qravüraçı[d], heykəltaraş, boyakar[d]
Təhsili
  • Böyük Karl Liseyi[d]
Janrlar tarix rəssamlığı, dini incəsənət[d][7], karikatur[7], portret[7]
Stillər romantizm[8], simvolizm[9]
Mükafatları III Karlos ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri Müqəddəs Mavrikiy və Lazar ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Qüstav Dore 1832-ci ilin yanvarın 6-da Strasburqda anadan olmuşdur. Anası Aleksandra Plüşar varlı burjua ailəsindən, atası Pyer-Lui Dore isə Vaterloo döyüşündə həlak olmuş fransız əsgərinin oğlu idi.

Dore özü nə zaman rəsm çəkməyə başladığını xatırlamırdı. Dayəsi Fransuazanın sözlərinə görə, artıq 4 yaşında olan Qüstavı heç vaxt, hətta yatarkən belə, karandaşsız görmək mümkün deyildi. Qüstav tez-tez atasının dostlarından karandaşını itiləməyi xahiş edirmiş. Gənc istedad tərəfindən 6–7 yaşında yaradılmış ilk əsərlərdən biri "Pluton və Klit" adlanır.

1841-ci ildə Qüstav ailəsi ilə birgə mühəndis atasının işi ilə əlaqədar Bura köçür. Meşələrlə əhatə olunan, qədim binalara malik Bur şəhəri gənc rəssamın təxəyyülünə müsbət təsir edir. Sonralar Dore özü də etiraf edirdi ki, "gördüklərim mənim ilk canlı təəssüratlarımdandı. Onlar mənim zövqümü formalaşdıran güclü impulslar olmuşdu".

Dorenin şəkillərinin ilk hekayəsi rəssam on beş yaşında olkən yayımlandı. Bundan sonra Doré Parisdə ədəbi illüstrator kimi fəaliyyətə başladı. Ona verilən sifarislər içərisində Fransua Rable, Onore de Balzak, Dante Aligyeriyə məxsus aid əsərlərin rəsmləri də vardır. 1853-cü ildə Doreydən Corc Bayronun əsərlərinin rəsimlənilməsi istənildi. Bundan sonra sənətçi yeni nəşr olunmuş Müqəddəs Kitab nəşri də daxil olmaqla Britaniya nəşriyyatlarından bir neçə sifariş aldı. 1863-cü ildə Servantesin "Don Kixot" romanının fransızca bir nəşrinə illüstrasiyalar hazırladı. Cəngavərin və onun xidmətçisi Sanço Panzanın bu portretləri məşhurlaşdı və Don Kixotun, sonrakı rəssamların səhnə və film dizaynerlərinə təsir etmişdi. 1883-cü ildə Edgar Allan Poenin Raven şeirinin genişmiqyaslı nəşri üçün hazırladığı rəsimlər müqabilində "Harper & Brothers" nəşriyyatından 30.000 frank qazandı.

Dorenin 1866-cı ildə ingiliscə İncil kitabı böyük bir müvəffəqiyyət qazandı və 1867-ci ildə rəssam Londonda əsərlərindən ibarət böyük bir sərgi açdı. Sərginin ardından New Bond küçəsindəki Dore qalereyası quruldu. 1869-cu ildə Villiam Blançard Cerrold Doreyə Londonun geniş bir portretində birlikdə işləməyi təklif etdi. Cerrold bu fikri 1808-ci ildə Londonun Mikrokosmosundan Rudolf Akkermann, Villiam Pune və Tomas Rovlandson tərəfindən almışdır. Sənətçi bu beş illik layihə üçün naşir Qrant & Co şirkəti ilə müqavilə imzaladı. Buna görə o, hər il üç ayını Londonda bu layihə üçün işləyərək ildə 10.000 funt sterlinq qazandı.

Dorenin 180 qravüründən ibarət London: A Pilgrimage adlı kitabı 1872-ci ildə nəşr olundu. Ticarət baxımından uğurlu olan kitab dövrün tənqidçilərini qane etmədi. Bəzi tənqidçilər Dorenin Londondakı yoxsulluğa çox diqqət etdiyini düşünürdülər. İncəsənət jurnalı rəssamı "gördüyünü deyil, xəyal etdiyini" çəkməkdə günahlandırdı. Vestminster Revyuda, "Dore bizə ən qüsurlu və aşağı xarici görünüşlərin şəkillərini təqdim edir" deyildi. Ancaq kitabın maliyyə uğuru nəticəsində Dore digər İngilis nəşriyyatlarından təklif aldı. Rəssamın sonrakı əsərləri arasında Samuel Teylor Koldricin "Qədim dənizçinin qafiyəsi", Con Miltonun "İtirilmiş cənnət", Alfred Tennisonun "Kralın İdilləri" ilə Tomas Hudun və İlahi Komediya əsəri vardır. Rəsimləri eyni zamanda "İllustrated London News" qəzetinde yayımlandı. Dore ömrünün qalan hissəsini Parisdə keçirdi və ölənə qədər kitabları təsvir etməyə davam etdi. Öləndə Parisdəki Per-Laşez məzarlığında dəfn edildi.