İtmiş şəhərlər (ing. Lost city) - əvvəllər mövcud olmuş, lakin sonradan mövcud olduğu ərazidə olmayan və ya harada mövcud olduğu haqqında dəqiq məlumat olmayan şəhərlərə verilən ad. Kabus şəhər anlayışına yaxın olan İtmiş şəhər ifadəsi yazıçılar tərəfindən geniş istifadə edilmişdir. Bəzi tarixi qaynaqlarda əhalisinin sayı 25 - 30 min arasında olan, stratrji baxımdan böyük önəm daşıyan şəhərlərin adları qeyd edilmiş, lakin həmin şəhərlərin dəqiq olaraq harada yerləşdiyi haqqında məlumat əldə edilməmişdir.
- Ubar - Şəhərlərin tərk edilmə səbəbləri müxtəlifdir. Əsas səbəblər kimi xəstəliklərin geniş formada yayılması, müharibələrin aramsız şəkildə davam etməsini və ya karvan yolların dəyişməsini göstərmək olar. Ərəb Xilafəti dövründə mövcud olmuş Ubar şəhəri haqqında son zamanlarda məlumat tapılmışdır. Aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, Ubar səhrada yerləşən və dövrünə görə əhalisi çox olan şəhərlərdən idi. İçməli su qaynaqlarının anidən tükənməyə başlaması, şəhər əhalisinin şəhəri tərk etməsinə səbəb olmuşdur. Ərəb tarixi rəvayət və ya nağıllarında Ubar adlı şəhərin adı tez-tez qeyd edilir. Tarixcilər 1992-ci ilə qədər, yəni şəhərin kəşf edilməsindən əvvəl tarixdə Ubar adlı şəhərin olmadığını bunun yalnız rəvayət olduğunu bilirirdilər. Ancaq peykdən çəkilən şəkillər Ərəb Xilafəti zamanı belə bir şəhərin mövcud olduğunu bir daha təsdiqlədi.
- Troya - Qazıntılar nəticəsində meydana çıxmış qədim şəhərin divarları Qədim yunan dilində Troya (Τροία Troia) və ya İlion (Ίλιον), Latınca Troia veya Ilium. Homer tərəfindən yazıldığı bilinən iki mənzum dastandan biri olan İlyadada adı çəkilən Troya döyüşünün baş verdiyi qədim yer olub bugünkü qədim İda Dağının (Kaz Dağı) ətəklərində Çanaqqala hüdudları daxilində yerləşməkdədir. Məşhur Troya müharibələri Türkiyənin qərbindəki Truva bölgəsində gərçəkləşmişdir. Truvada hal hazırda da taxtadan düzəldilmiş Troya Atının heykəli vardır.
- Akkad - Cənubi Mesopotamiyanın şimalında yerləşən qədim şəhər. Sippar yaxınlığında yerləşdiyi ehtimal edilir. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. E.ə 2300-cü ildə Çar Sarqonun yaradığı böyük Akkad çarlığının paytaxtı olmuşdur. E.ə təqribən 2200-ci ildə Kutilər Akkad şəhərini tutmuşdular. III minilliyin sonu II minilliyin əvvəllərində amorilər şəhəri dağıtdıqdan sonra şəhər əhəmiyyətini itirmişdir. Bununla da Cənubi Mesopotamiyanın yeni mərləzi Babil şəhəri olmuşdur. Sonuncu dəfə Akkad şəhərinin adı e.ə VI əsrə aid mənbələrdə çəkilir.