İvan İvanoviç Şopen (1798[1][2] və ya 1787[3], Fransa[2] – 3 (15) avqust 1870[2], Sankt-Peterburq[2])— fransız səyyahı və etnoqrafı.
İvan Şopen | |
---|---|
Doğum tarixi | 1798[1][2] və ya 1787[3] |
Doğum yeri | |
Vəfat tarixi | 3 (15) avqust 1870[2] |
Vəfat yeri | |
Elm sahələri | tarix, etnoqrafiya |
XIX əsrin iyirminci illərində məşhur fransız səyyahı və etnoqrafı İvan İvanoviç Şopen (1798, Fransa – 18.08.1870, Peterburq) Rusiyaya gəlmiş, Qafqaz canişinliyində işləmişdir. General İ. F. Paskeviçin göstərişi ilə 1829–1832-ci illərdə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixi və coğrafiyasının tədqiqi ilə məşğul olmağa maraq göstərmişdir. Əsərlərində Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və s. barədə geniş məlumatı olmuşdur. Lakin etiraf etdiyi həqiqətlərlə yanaşı, bəzən təhriflərə də yol vermiş, 1840-cı ildə rus dilində nəşr etdirdiyi "Koroğlu" dastanının bəzi epizodlarında nöqsanları olmuşdur.