İvan Paskeviç Fyodoroviç (rus. Паскевич, Иван Фёдорович; 8 (19) may 1782[1][2], Poltava, Novorossiysk quberniyası[d] – 1 fevral 1856[1], Varşava) — Ukrayna mənşəli rus sərkərdəsi, 1817-1819-cu illərdə I Nikolayın xidmət yoldaşı və onun ən çox etibar etdiyi şəxslərdən biri.
İvan Paskeviç | |
---|---|
rus. Ива́н Фёдорович Паске́вич | |
| |
Polşa canişini | |
1831 – 1855 | |
Əvvəlki | Yuzef Zayonçek |
İrəvan qrafı | |
1828 – 1856 | |
Əvvəlki | titul yaradıldı |
Sonrakı | Fyodor Paskeviç |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 (19) may 1782[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 fevral 1856[1] (73 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | zabit, siyasətçi |
Atası | Fyodor Qriqoryeviç Paskeviç |
Anası | Anna Osipovna |
Həyat yoldaşı | Yelizaveta Alekseyevna Qriboyedov |
Uşağı | Fyodor Paskeviç |
Hərbi xidmət | |
Xidmət illəri | 1800-1856 |
Mənsubiyyəti | Rusiya İmperiyası |
Qoşun növü | Rusiya imperiyası ordusu |
Döyüşlər |
Rusiya-İran müharibəsi (1826-1828) Rusiya-Osmanlı müharibəsi (1828-1829) |
Rütbəsi | General-feldmarşal |
|
|
Təltifləri |
Müqəddəs Andrey ordeni Müqəddəs Georgi ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
I Nikolayın hakimiyyəti dövründə Cənubi Qafqazın işğalı və Təbrizin tutulmasına rəhbərlik etmiş və bu xidmətlərinə görə ona İrəvan qrafı titulu verilmiş, 1830-cu ildə Polşada baş verən üsyanın yatırılmasında xidmətlərinə görə isə Varşava knyazı titulunu qazanmışdır. Bundan başqa İvan Paskeviç Azərbaycanın taleyini həll edən Türkmənçay müqaviləsinə imza atan tərəflərdən biri olmuşdur.