İvane Mxarqrdzeli və ya İvane Zakaryan və ya Atabəy İvane — kürd əsilli[2][3][4][5][6], gürcüləşmiş, erməniləşmiş Mxarqrdzeli-Zakaryan nəslindən olan feodal, sərkərdə. Bəzi qaynaqlarda bu ailənin qıpçaq əsilli olması da göstərilir.[7][8]
İvane Mxarqrdzeli | |
---|---|
Doğum tarixi | bilinmir[1] |
Vəfat tarixi | 1227[1] |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi lider[d], rəhbər[d], siyasətçi |
Mxarqrdzelilərin ailə əfsanəsinə görə onların kökü Əhəmənilər sülaləsindən, II Darın oğlu II Artakserksin soyundan gəlir. Buna səbəb II Artakserksin ləqəbinin "Qoluuzun" olması və Mxarqrdzeli sözünün gürcücə "qoluzun" mənasına gəlməyi olmuşdur.
Gürcü çarı Böyük Tamaranın dövründə Gürcü hakimiyyətində etimad qazanaraq amirspasalar rütbəsinə qədər yüksələn, Sarqis Zakaryanın oğlu İvane, Ani (Qars) basqını, Şəmkir döyüşü və Ərdəbil basqınlarıyla məşhurdur.
1195-ci ildə Eldəgizlərin zəifləməsindən istifadə edən gürcülər, Şəmkir yaxınlığında Eldəniz Atabəyi Əbu-Bəkrin qoşunlarına qarşı hücuma keçdilər. Bu döyüşdə İvane Mxarqrdzeli bir hərbçi kimi özünü göstərmişdir.
Səlcuqlular arasındakı başıpozuqluqdan yararlanaraq Ərzurumdakı Saltuk bəyliyini öz təsiri altında salan Böyük Tamara ilə səlcuqlu qüvvələrini birləşdirməyi bacaran Sultan II Süleyman Şahın arası türklərin Ərzurumu tutaraq ilhaq etməsindən sonra kəskin şəkildə pozulmuşdu. II Süleymanın Kars və Ərzurumda möhkəmləndikdən sonra Gürcüstana səfər edəcəyini anlayan Böyük Tamara cəld şəkildə əri David Soslanın başçılığı altında əks-hücuma keçərək Basiani döyüşündə türkləri məğlub etdi (1202). Həmin döyüşün əsas qəhrəmanlarından biri də İvane və qardaşı Zəkəriyya Mxarqrdzelilər idi.
1225-ci ildə, Xarəzmşah Cəlaləddin Mənguberdi ilə Gərni döyüşündə öz qoşunlarını aktiv döyüşə salmayaraq gürcü ordusunun məğlubiyyətində əsas pay sahibi olmuşdur.