Ağtala monastır kompleksi

Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən[2] erməni-gürcü monastırı və qalası.[3] Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır.[4] Ağtala qalası ŞəddadilərinAzərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir.[5] Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır. İlk ermənilər isə kəndə 1922-ci ildə köçüb gəlmişdir.[6]

Ağtala monastır kompleksi
Xəritə
41°09′02″ şm. e. 44°45′50″ ş. u.HGYO
Ölkə
Yerləşir Aşağı Axtala[1]
Aidiyyatı GOK—>EQK
Tikilmə tarixi X əsr
Üslubu Gürcüstan memarlığı
Vəziyyəti fəaliyyət göstərir
İstinad nöm.7.5.1/1.1
KateqoriyaMəbəd
Ağtala monastırı (Ermənistan)
Ağtala monastırı
Ağtala monastırı, Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağtala qalası

[redaktə | mənbəni redaktə et]

1887–1889-cu illərdə məbəd və qala ərazisində arxeoloji tədqiqatlar aparmış fransız arxeoloq Jak de Morqan ərazidə 576 ədəd düzbucaqlı formalı məzar daşı qeydə almışdır. Qazıntılar zamanı mədəni təbəqələrdən e.ə. VIII əsrdən – tunc və dəmir dövründən başlayaraq sonrakı dövrləri də əhatə edən külli miqdarda arxeoloji material əldə edilmişdir.[7][8] Kompleksin yerləşdiyi ərazi V əsrdən etibarən mənbələrdə Əgərək kimi tanınmağa başlamışdır.[5][7] Kompleks X əsrdə Baqaratilər sülaləsindən olan Kürük tərəfindən inşa edilmişdir. Kürük yəhudi mənşəli[9][10][11][12] Baqratilər sülaləsindən olan hökmdar III Aşot və Xosrovşah xanımın oğlu olmuşdur. Kürükün qardaşları III Smbat və I Qaqik Baqratuni isə Baqratlılar sülaləsinin ən güclü hökmdarlarından olmuşdur.[13] Erməni alimlərinin səyləri nəticəsində yəhudi mənşəli Baqratilər sülaləsinin qurduğu dövlət səbəbsiz yerə (hökmdar sülalənin yəhudi mənşəli olmasıyla bərabər, sülaləyə tabe olan ərazidə türk xalqları üstünlük təşkil edirdilər.) erməni dövləti kimi qeyd edilməkdədir.[14]

Ağtala kompleksinin yerləşdiyi ərazinin əhalisi sak-skif tayfalarının ərazidə məskunlaşmasından[15][16][17] sonrakı dövrdə davamlı olaraq türklər olmuşlar. Qafqaz Albaniyasının mövcud olduğu dövrdə ərazi Quqark vilayəti kimi Gürcüstanın tərkibində olmuşdur.[18] Ərəblərin bölgəni fəth etməsindən sonra dağlıq ərazidə yerləşən əhalinin çox az bir qismi islamı qəbul etmiş, qalan əhali isə xristian inancını saxlamışdır. Ərazi 889–942-ci illərdə Sacilər dövlətinin, 942–981-ci illərdə isə Salarilər dövlətinin hakimiyyəti altında olmuşdur. 981-ci ildə Salarilərin hakimiyyətinin sona yetməsi ilə bütün Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşmişdi. Arazdan cənubdakı Azərbaycan ərazilərinin bir hissəsində Rəvvadilər sülaləsi hakimiyyətə gəlmiş, Arazdan şimaldakı hissələrdə isə Şəddadilər sülaləsi möhkəmlənməyə başlamışdır.[19] Şəddadilərin hakimiyyətinin hələ zəif olduğu və yalnız Dəbil şəhəri ilə məhdudlaşdığı dövrdə fürsətdən istifadə edən Baqrati hakimi III Aşot (o, Azərbaycandan qərbdə Ani və onun ətrafındakı ərazilərin hakimi idi) oğlu Kürükü Loru mahalı ərazisinə hakim təyin etmişdi.[20] Buna baxmayaraq, tezliklə ərazi Şəddadilərə tabe edilmiş, Kürüklə birgə əraziyə gəlmiş Baqrati nümayəndələri hamısı ərazini tərk edərək Aniyə dönmüşdür. Kürük isə hələ bir müddət hakimlikdə saxlanmışdır, lakin tezliklə səlcuqlular qalanı fəth etmiş və bölgədə birmənal olaraq stabillik bərpa olunmuşdur.

Qala üç tərəfi dərin dərə ilə əhatə olunmuş və təbii şəkildə mükəmməl müdafiə sisteminə malik olan yüksək qayalıq ərazidə inşa edilmişdir və bu baxımdan Gədəbəydəki Namərdqala ilə oxşaqlıq təşkil edir.[21] Qalanın təbii cəhətdən zəif hissələri möhkəm qala divarları və bürclərlə möhkəmləndirilmişdir. Qalanın divar və bürcləri mavi bazalt daşından inşa olunmuşdur.[22]

Zaxari Mxraqdzelinin rəhbərliyi ilə gürcü qoşunlarının Azərbaycana yürüşü.[23] (Gürcü qoşunlarının hərəkət istiqaməti yaşıl rəngli oxlarla göstərilmişdir)

Qala XII əsrdə gürcü sərkərdəsi Zaxari Mxraqdzeli tərəfindən fəth olunmuşdur.[5] XIII əsr alban tarixçisi Kirakos Gəncəlierməni tarixçisi Vardan Areveltsi ərazidə zəngin yataqların olması haqqında məlumat vermişlər.[24] Kirakos Gəncəli bu haqqda yazır: "Zaxarinin qardaşı İvane də həmin ildə öldü və Paqnadzanakda, ərazini fəth etdikdən sonra özünün inşa etdirdiyi kilsənin yaxınlığında dəfn edildi".[25] Azərbaycana 1220-ci ildən başlayan monqol yürüşlərinə kimi Zaxarilər sülaləsinin nümayəndələri bölgədə hakim oldular. Məhz bu səbəbdən də Ağtala qalası daxilindəki dini tikililərdə gürcüprovaslav memarlığı elementləri özünü büruzə verməkdədir.

Qala 1180-ci ildən İvane Zaxaryanın idarəsi altında olmuşdur. Həmin dövrdə İvanenin qardaşı Zəkəriyyə qriqoryanlığı qəbul etsə də (Ərəb xilafətinin Alban Həvari kilsəsini Erməni Qriqoryan kilsəsinə tabe etməsindən[26] sonra bölgədə qriqoryanlıq da yayılmışdı), İvane qədim dövrlərdən gürcülərin sadiq olduqları pravoslavlıqda qalmışdır. Məhz İvanenin hakimiyyəti dövründə Qərbi AzərbaycanBorçalı mahalı ərazisindəki bir çox qədim xristian türk məbədləri gürcülər tərəfindən də ziyarət edilməyə başlanmışdır. Bölgədəki xristian türklər də əsasən pravoslav olduqlarından həmin məbədlərdə əsaslı dəyişikliklər aparılmamış və məbədlər tarixi memarlıq quruluşlarını əsasən qorumuşlar. Hökmdar İvane Zaxaryan həmin dövrdə əsasən Qarabağ, Naxçıvan, GəncəQazaxGöyçə gölü ətrafı Azərbaycan ərazilərinin xristian əhalisi arasında yayılmış [26]Alban Həvari Kilsəsinin də müəyyən qədər meyl etdiyi[27] (Erməni Qriqoryan Kilsəsinin katolikosu İlya Xəlifəyə məhz albanların xalkidonçuluğa maraq göstərməsini bəhanə gətirərək Bizansa meyl etməsi haqqında xəbər çatdırmışdı[26]) xalkidonçuluğa maraq göstərməyə başlamışdır. XIII əsrin əvvəllərindən (daha dəqiqi monqolların Azərbaycana birinci yürüşü dövründən) başlayaraq Zaxarilər bölgədəki hakimliklərini itirdilər.[20] İvane Zaxarinin oğlu Avak Zaxari Azərbaycana gəlmiş monqol qoşununun rəhbəri Çormoğon Noyandan asılı vəziyyətə düşdü. Daha sonra qala bir-birinin ardınca Azərbaycan türk sülalələrinin hakimiyyəti altında olmuşdur. Bölgədə Hülakülərin, Qaraqoyunluların hakimiyyəti iki əsrə yaxın davam etmişdir.[20] Əmir Teymurun Azərbaycan yürüşü zamanı qalanın yerləşdiyi ərazilər də işğal olunmuşdur. Ağtaladakı məşhur qayalardan biri də bu türk fatehinin adı ilə Teymurləng qayası kimi tanınmışdır.[5]

XVIII əsrdən başlayaraq kompleks yunanlara xidmət etməyə başlamışdır. Səfəvilərin bəzi əraziləri Osmanlılar tərəfindən işğal edildiyi dövrdə yunan ailələri Anadolunun Gümüşxanə bölgəsindən gümüş və qızıl mədənlərində çalışmaları üçün 1763-cü ildə Ağtala kəndinə köçürülmüşdür.[28][29] Yunanlar kompleksi "Meramani" adlandırmışlar. Monastır divarlarında yunanlardan qalma bir neçə kitabə də mövcuddur. Kompleksdə yerləşən monastrın əsas ziyarət günləri 20–21 sentyabr tarixləridir. Bu gün də həmin tarixdə yunanlar, gürcülərermənilər monastırı ziyarət etməkdədirlər. Yunanıstanın Ermənistandakı səfiri Panayota Mavromiçali də 20 sentyabr 2006-cı il tarixində monastırı ziyarət edənlər arasında olmuşdur.[5]

Müqəddəs Bakirə kilsəsi

[redaktə | mənbəni redaktə et]
Müqəddəs Bakirə kilsəsinin altarı

Monastır kompleksinin əsas dini tikilisi Müqəddəs Bakirə kilsəsidir. Kilsəsnin dəqiq inşa olunma tarixi naməlumdur.[7] Kompleksin əsasən XI–XIII əsrlərdə formalaşması bilinsə də,[4] Müqəddəs Bakirə kilsəsinin əsasının daha əvvəl qoyulması güman edilir.[5] Kirakos Gəncəli qeyd edir ki, İvane Zaxaryan 1227-ci ildə bu kilsədə dəfn edilmişdir. Orta əsr tarixçisi Stepanos Orbelyan isə bu tarixi 1246-cı il il olaraq qeyd etmişdir. Məbədi tədqiq etmiş tədqiqatçılar onun interyerini bəzəyən divar rəsmlərinin 1205–1216-cı illərdə çəkildiyini qeyd edirlər. Ağtala yaxınlığındakı Ayur adlı yerdə xatirə daşının üstündə Kürükün qızı şahzadə Məryəmin adından 1188-ci ildə yazılmış kitabə tapılmışdır. Kitabədə qeyd olunur: "Mən, hökmdar Kürükün qızı, şahzadə Məryəm mədən yerində insanların bizi xatırlamayaraq şərəfləndirmələri və dua etmələri üçün Müqəddəs Bakirə kilsəsini inşa etdirdim."[5] 1185-ci ildə isə Şahzadə Məryəm Haqapat monastırının əsas kilsə binası üçün narteks inşa etdirmişdir. Bəzi qeyri-dəqiq məlumatlara görə isə məbədin əsası Bizans imperatoru I İraklinin Şərq yürüşü zamanı qoyulmuşdur. Digər bir mənbədə isə monastırın əsasının Gürcüstan kralı I Vaxtanq Qorqasalı tərəfindən qoyulması bildirilir.[5]

Müqəddəs Bakirə Kilsəsində gürcü dilində kitabə
Axtala məbədi ərazisində gürcü dilində yazılı məzar daşı
Məbəddəki gürcü dilli kitabələr

Kilsə binası xaçvari plan əsasında inşa edilmişdir. Xristian inancına əsasən bu cür planlı kilsələr Müqəddəs Vəftizçi İohannın İsa Məsihi xaç suyuna çəkməsi şərəfinə inşa edilirdi. Müqəddəs xaçın bir hissəsi İvane Zaxariyə verilmiş, o isə sonrakı dövrdə həmin müqəddəs əmanəti baha qiymətə Sünikdəki Yenivəng alban monastırına satmışdır.[5]

Məbəd qala ərazisinin təxminən ortasında, nəhəng sıldırım qalanın kənarında yerləşir. Məbəd binası qübbəli bazilika formasında olub, yan tərəfdən böyründəki kiçik kilsənin (şapelin) apsisinə birləşmişdir. İki cüt arka məbədin ibadət zalını üç nefə bölür. Ortadakı nefin şərq qurtaracağında isə yarımdairəvi formalı apsis yerləşir.[22] Məbədin interyeri zəngin divar rəsmləri ilə bəzədilmişdir. Onlar xüsusi ikonaqrafik stili, mövzularının zənginliyi və rəng çalarları (mavi rəngin dominantlığı nəzərə alınmaqla) ilə xarakterizə edilir.

Binanın dik görünüşlü quruluşu böyük qübbə ilə tamamlanmışdır, lakin qübbə sonralar dağılmış və dövrümüzə çatmamışdır. Əmir Teymurun yürüşü zamanı ciddi zədələnən qübbə, 1784-cü ildə avar xaçı Ömər xanın Cənubi Qafqaza yürüşü zamanı tamamilə dağılaraq məhv olmuşdur.[5] XIX yüzildə Qafqaz canişini Mixail Vorontsov dağılmış qübbənin yerinə taxta və dəmir lövhələrdən yarım-sferik qübbə inşa etdirmişdir. SSRİ dövründə məbədə yenidən daşdan qübbə inşa edilmişdir.[5]

Divar rəsmləri

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Bakirə kilsəsinin divar rəsmləri həmin dövrdə provaslavlığın əsas mərkəzi olan Bizansın sərhədlərindən kənarda yaradılmış ən yaxşı pravoslav ikonaqrafik təsvirlərdən biridir. Təsvirlərin bəzilərinin kənarında yunan dilində yazılar vardır. Divar rəsmləri əsasən İvane Zaxarinin hakimiyyəti dövründə – 1205–1216-cı illərdə işlənmişdir.[5] Divar rəsmlərinin ümumi rəng sistemi tipik Bizans-ortodoks sisteminə uyğun olsa da tematik həll edilmə üslubu daha çox gürcü rəngkarlıq sənətinə xas xüsusiyyətləri daşımaqdadır.

Divar rəsmləriində əhdi-ətiqəhdi-cədiddə yer alan müxtəlif müqəddəslər təsvir edilmişdir. Rəsmlər arasında ən böyüyü Müqəddəs Bakirə kilsəsinin qübbəsində çəkilmiş İsanın təsvir edildiyi rəsmdir, lakin həmin təsvir həddən artıq pis vəziyyətə düşmüş, dövrümüzə onun yalnız bəzi hissələri çatmışdır.[7] Bir qədər aşağıda isə İsanın yanaşı iki təsviri verilmişdir ki, onlardan da biri sola, digəri isə sağa dönərək, əlindəki çörək parçasını ətrafındakı həvariləri ilə bölür.[30] Həvari təsvirləri arasında Müqəddəs Pyotr, Həvari Con, Həvari PavelMatfeyin təsvirlərini aydın şəkildə seçmək mümkündür. Ümumilikdə burada müxtəlif xristian müqəddəsləri – I Silvestr, Alf oğlu Müqəddəs Ceyms, Con Krisostom, Böyük Vasili, Maarifçi Qriqor, I Klement, Neokesariyalı Qreqori, İskəndəriyyəli KirillKesariyalı Yevsevi birgə təvir edilmişdir. Məhz bu baxımdan da bu kilsə rəsmləri olduqca unikal xarakter daşıyır. Kilsənin qərb divarında isə başdan-başa cənnət təsvir edilmişdir. Müqəddəs Bakirə kilsəsinin şimal divarında İsanın romalılar və yəhudilər tərəfindən sınağa çəkilməsi səhnəsi göstərilmişdir. Divar rəsmlərinin bəzisi 1979-cu ildə bərpa edilmişdir. Həmçinin, arkalarda, nişlərdə və sütunlarda da bəzi rəsmlərin qalıqları qalmışdır.[30]

Müqəddəs Bakirə kilsəsindəki divar rəsmlərindən nümunələr


Digər tikililər

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Bakirə kilsəsindən sonra kompleksdə ən çox diqqət çəkən ikinci tikili kilsənin qərb divarına bitişik inşa edilmiş düzbucaqlı formalı ikinci kilsə binasıdır. Əsas kilsə binası bu kiçik kilsədən böyük olduğundan kiçik binanın böyük binaya söykənməsi effekti yaranır. İvane Zaxari və onun oğlu Avak 1227-ci ildə bu kilsədə dəfn edilmişlər.[5]

Binanın ikiqat əyri çatısı isə əsas kilsə binasının şimal divarına dayanmışdır. Bu çatı mərasim əşyalarının saxlandığı yer kimi istifadə edilmişdir. Monastırın şimal-qərb hissəsində iki dingil başlığı və qabaraıq çatılı kiçik bir kilsə əsas kilsəsindən aralı şəkildə yerləşdirilmişdir. Bu kilsənin yanında yerləşən binanın isə yalnız bəzi qalıqları günümüzə çatmışdır. Ümumiyyətlə qala ərazisində yarımuçuq vəziyyətdə dövrümüzə çatmış rahib hücrələri və yaşayış evləri, həmçinin digər müxtəlif yardımçı binaların qalıqları vardır.[7]

Əksər monastırlarda olduğu kimi bu monastırın da ərazisində binaları bir-biri ilə əlaqələndirən yeraltı yollar, bulaq, şərab çəlləkləri qeydə alınmışdır. Monastırın yaxınlığında başqa dini tikililər də qeydə alınmışdır ki, onlarında arasında Müqəddəs Üçlük monastırı, Müqəddəs Georgi gürcü kilsəsi, XIII əsrə aid bulaq kompleksi, XIX əsrə aid rus kilsəsi, yunan kilsəsi və sair abidələr daxildir.[7]

  1. 1 2 3 Wiki Loves Monuments monuments database. 2017.
  2. "RA Lori Marz" (PDF). National Statistical Service of Republic of Armenia. 2007-11-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2007-10-05.
  3. Киракос Гандзакеци. История Армении, гл. 17 Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine:

    Умер и Иванэ, брат Закарэ, и был похоронен в Пхиндзаанке, у входа в построенную им самим церковь; он отнял ее у армян и превратил в грузинский монастырь.

  4. 1 2 Ashworth, Susie. Georgia Armenia & Azerbaijan (2nd). Lonely Planet. 2004. 147. ISBN 1740591380.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Tadevosyan, Aghasi. Historical Monuments of Armenia: Akhtala. Yerevan, Armenia: "Var" Center for Cultural Initiatives. 2007. ISBN 978-99941-2-070-3.
  6. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, səh 309
  7. 1 2 3 4 5 6 Ney, Rick. "Lori marz" (.PDF). TourArmenia Travel Guide. TourArmenia. 2005. 2007-10-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2007-10-07.
  8. Kurkjian, Vahan. A History of Armenia. New York: Armenian General Benevolent Fund. 1958. 8. ISBN B000BQMKSI. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-25.
  9. C. Toumanoff, Studies in Christian Caucasian History
  10. סיריל טואמנוף (1963), מחקרים על ההיסטוריה הקווקזית
  11. רונלד גריגור סאני (1994), יצירת האומה הגאורגית, ISBN 0253209153
  12. סטפן ראפ (2003), מחקרים על ההיסטוריוגרפיה של גאורגיה בימי הביניים: טקסטים מוקדמים והקשרים איראסיתיים, ISBN 9042913185
  13. Macler, F. Armenia, The Kingdom of the Bagratides. vol. IV. The Cambridge Ancient History. pages 161–165.
  14. Bournoutian, George A. A Concise History of the Armenian People: From Ancient Times to the Present. Costa Mesa, CA: Mazda. 2006. 89. ISBN 978-1-56859-141-4.
  15. "Киммерийцы и скифы". 2008-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-25.
  16. "Скифы и Кавказ в VIII—VII вв. до н. э." 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-25.
  17. "ДРЕВНЕЙШИЕ ГОСУДАРСТВА ЗАКАВКАЗЬЯ". 2008-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-25.
  18. ჯავახიშვილი ივ., ქართველი ერის ისტორიის შესავალი, წგნ. 1 — საქართველოს, კავკასიისა და მახლობელი აღმოსავლეთის ისტორიულ-ეთნოლოგიური პრობლემები, თბ., 1950
  19. "A Chronology of World Political History (801 – 1000 C.E.)". 2009-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-27.
  20. 1 2 3 Redgate, Anne Elizabeth. The Armenians (First). Massachusetts: Blackwell Publishers Inc. 2000. 225–26, 258, 261. ISBN 0-631-22037-2.
  21. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 155 – 157
  22. 1 2 Khalpakhchian, O. Architectural ansambles of Armenia. Moscow: Iskusstvo Publishers. 1980. 480 pages. ISBN 0569086906.
  23. AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Tarixi Atlası, Bakı, 2006, səh 21
  24. Bedrosian, Robert. "Vardan Areweltsi's Compilation of History". 2007-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-07.
  25. Bedrosian, Robert. "Kirakos Ganjakets'i's History of the Armenians". 2007-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-03.
  26. 1 2 3 История Агван, стр. 239-241
  27. Katolikos Drasxanakertli İohannes – "История Армении", səh. 78
  28. Nazaryan, Lena. "The Last Remaining Greeks of Madan". Hetq Online. 2007-08-20. 2007-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-10-05.
  29. Ronald Grigor, Suny. The Making of the Georgian Nation (2nd). Indiana University Press. 1994. 56. ISBN 0253209153.
  30. 1 2 Lidov, Alexei. The Mural Paintings of Akhtala. Moscow: Nauka Publishers. 1991. 129 pages. ISBN 5020175692.
  • Akhtala, Soviet Armenian Encyclopedia, vol. 1, Yerevan, 1974
  • Melikset-Bek L., The Georgian Sources on Armenia and the Armenians, vol. 3, Yerevan, 1955
  • Jalalian A., Kotanjian N., Surp Astvatsatsin Monastery at Akhtala, "Christian Armenia" Encyclopedia, Yerevan, 2002
  • Durnovo L., A Brief History of Classical Armenian Painting, Yerevan, 1957
  • Durnovo L., An Outline of Medieval Armenian Art, Moscow, 1979
  • Bishop Kirion, Akhtala Monastery, Tbilisi, 2005

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]