Qarni döyüşü — 1225-ci ildə Gürcüstan çarlığı və Xarəzmşahlar arasında baş vermiş döyüş. Döyüş nəticəsində Gürcüstan çarlığı məğlub edildi[1] və Gürcüstan çariçası Rusudan qərargahını Tiflisdən Kutaisiyə köçürməyə məcbur olmuşdur.
Gərni döyüşü | |||
---|---|---|---|
Tarix | 1225 | ||
Yeri | Baş Gərni | ||
Nəticəsi | Xarəzmşahların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Bu dövrdə Cəlaləddin Mənguberdi çariça Rusudana məktub yazaraq tabelik göstərməsini istədi. Lakin Rusudan tabe olmaqdan imtina etdi və Cəlaləddinə Monqol imperiyasına məğlub olduğunu xatırladan məktub yazdı. Bundan sonra 1225-ci ildə Xarəzmşah ordusu sərhədi keçərək Gürcüstana daxil oldu və qısa bir müddət sonra iki tərəf arasında ağır döyüş baş verdi.[2]
Çariça Rusudan əsgər toplamaq üçün Gürcüstan çarlığının bütün bölgələrinə elçilər göndərdi. Bu dövrdə çarlıq muzdlu əsgərlər də daxil olmaqla 100,000 yaxın əsgər toplamaq potensialına sahib idi. Bununla yanaşı gürcülər təhlükəsizlik səbəbindən qüvvələrinin bəzi hissələrini ayırdılar. Beləliklə, Cəlaləddinə qarşı gürcülərin əlində 60–70,000-ə qədər qüvvə var idi. Xarəzmşah ordusunun sayı isə gürcülərdən daha çox idi. "Camtaağtsereli" adlı naməlum gürcü mənbəsinə görə Cəlaləddinin ordusunda 140,000 nəfər əsgər var idi. Erməni mənbələri isə Cəlaləddinin tabeliyində 200,000 əsgərin olduğunu yazırdılar.[3]
Xarəzmşahlar alçaq və düz ərazilərdə mövqe tutsalar da, onlardan əvvəl bölgəyə gəlmiş gürcülər yaylaları və yüksəklikləri ələ keçirərək strateji cəhətdən üstünlük əldə etmişdilər.
Döyüş Xarəzmşah ordusunun sol qanadının Gürcüstan ordusuna hücum etməsi ilə başladı. Həmin vaxtda Şalva Toreli-Axalsxeli və İvane Toreli-Axalsxeli bir neçə çapar göndərərək gürcü sərkərdəsi İvane Mxarqrdzelidən Xarəzmşah ordusuna arxadan hücuma keçməsini istədilər. Əhəmiyyətli strateji üstünlüyə baxmayaraq gürcü ordusunun mərkəzi üzərinə düşən təzyiqin azaldılması kritik zərurətə çevrilmişdi. Lakin İvane Mxarqrdzeli gözləməyə davam etdi[4] və gürcü ordusunun düşməni mühasirəyə almaq üçün əlinə düşən şans boşa çıxdı. Tezliklə gürcü ordusu məğlub edildi və geriyə çəkildi. Gürcü ordusunun dörddə biri döyüş zamanı məhv edildi.