İzabella Kremer

İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d]7 iyul 1956[1], Kordova) — müğənni, operaoperetta sənətçisi.[2]

İzabella Kremer
Ümumi məlumatlar
Doğum tarixi 21 oktyabr 1887(1887-10-21)
Doğum yeri
Vəfat tarixi 7 iyul 1956(1956-07-07)[1] (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədə xərçəngi
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Fəaliyyət illəri 1911-ci ildən
Səs tembri soprano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu.[3]

Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır.

O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır. O, iştirak etdiyi operettalara "Dilənçi tələbə", "İdeal Arvad", "Nəhayət Bir", "Polşa Qanı" daxil idi. 1919-cu ildə inqilabdan sonra İzabella Yakovlevna Kremer, həyat yoldaşı "Odessa Xəbərləri" qəzetinin baş redaktoru Xeyfets ilə birlikdə Fransaya köçdü. Daha sonra , dünyanın bir çox ölkəsinə səfər edərək, dünya şöhrətini qazanır, yalnız gözəl və romantik ifaçı deyil, həm də film aktrisası kimi tanınır.[4] Vətəndaş müharibəsində ölümü haqqında yanlış məlumatlar nəşr olunur. 1923-cü ildə anti-semitik çıxışlara və hətta ona qarşı ölüm təhdidlərinə baxmayaraq, İsa Kremer Varşava yəhudiləri üçün konsert verdi. 1933-cü ildə o, Yəhudi Mədəniyyət Cəmiyyətində çıxış üçün Almaniyaya gəldi. Müğənni İspan Respublikaçılarını dəstəkləmək üçün bir çox konsert verdi. 1934-cü ildə Cənubi Amerika səfəri zamanı İza sosialist Qriqori Bermanla görüşdü. Təxminən bir il sonra onunla Meksikada nikaha girdi.[5] 19 noyabr 1944-cü ildə İsa Kremer Carnegie Hallʼda (New York) konsert verdi.[6] 1946-cı ilin mart ayında Seva Recordʼda Iza Kremerin " İvrit dilində populyar mahnılar" olan yeni qrammafon buraxıldı. 1956-cı ildə həkimlər tərəfindən İza Kremer'ə mədə xərçəngi diaqnozu qoyuldu və həmin ildə öz vətəninə səfər etməyə hazırlaşsa da iyulun 7-də vəfat edti.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ISA KREMER, SINGER OF FOLK SONGS, 69 Arxivləşdirilib 2019-05-27 at the Wayback Machine The New York Times. July 9, 1956.
  3. Judith Pinnolis. "Isa Kremer"
  4. "ISA KREMER 1887–1956". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  5. Zalmen Zylbercweig, Leksikon fun Yidishn teater, Book four, p. 3641
  6. Lois Barr. "Isa Kremer". Jewish Women's Archive.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]