İzmir Beynəlxalq Sərgisi qısaca İzmir Sərgisi — hər il avqust və sentyabr aylarında, İzmirin qurtuluş günü olan 9 sentyabrı içinə alacaq şəkildə təşkil edilən Türkiyənin ən köklü, ən tanınmış və ən əhatəli sərgisi. İzmirdə yerləşən Kültürparkda təşkil olunur.[1]
İzmir Beynəlxalq Sərgisi | |
---|---|
| |
Status | Aktiv |
Tarix(lər) | 1927 - h.h |
Başlayır | Hər il avqust ayı |
Bitir | Hər il sentyabr ayı |
Məkan | Kültürpark |
Yer | İzmir |
Ölkə | Türkiyə |
Rəhbər | İZFAŞ |
İzmir Fuarı | |
Vikianbarda əlaqəli mediafayllar |
İzmir Beynəlxalq Sərgisinin yaranması tarixi Mustafa Kamal Paşanın 17 fevral 1923-cü ildə İzmirdə təşkil etdiyi İzmir İqtisadi Konqresinə qədər uzanır. İqtisadi Konqreslə eyni vaxtda ticarət şousu təşkil edilmiş və Osmanlı Bankının bir anbar olaraq istifadə etdiyi Hamparsumyan binası sərginin keçiriləcəyi məkan olaraq seçilmişdir. Burada əl dəzgahları və kiçik sənaye məhsulları; Isparta, Külə, Gördes, Uşak xalçaları, neft məhsulları, sabunlar, makaron və un yeməkləri, koloniyalar, halva, pambıq, ayaqqabı, mebel, dəri məhsulları, kənd təsərrüfatı alətləri, kərpic, mineral nümunələr, tütün, siqaret, şərab nümunələr, ağac növləri nümayiş olunmuşdur.[2]
İzmir İqtisadiyyat Konqres Sərgisindən sonra ilk sərgi 4 sentyabr 1927-ci ildə İzmir İncəsənət Məktəbində 9 Sentyabr Yerli Sərgi adı altında açıldı. İzmir Ticarət Palatasının təklifi və İzmir icra başçısı Kazım Dirikin qərarı ilə açılan sərgidə, 70 rəsmi qurumun, 195 yerli şirkətin və 9 ölkənin 72 şirkətinin məhsulları nümayiş etdirildi. Sərgini 80.744 nəfər ziyarət etdi. İkinci 9 sentyabr sərgisi 1928-ci ilin sentyabrında eyni binada və beynəlxalq səviyyədə reallaşdı. Sərgidə 155 xarici şirkət iştirak olmaqla 515 şirkət qatıldı. Növbəti sərginin 1931-ci ildə keçirilməsi qərara alındı, ancaq iqtisadi səbəblərə görə sərgi keçirilmədi.
1933-cü ildə İzmir Milli 9 Sentyabr Sərgisi, 9-30 Sentyabr tarixləri arasında, İsveçrəli Swissotelin yerləşdiyi yerdə 23 xarici şirkətin, 130 türk şirkətin, 20 birja və ticarət palatalarının iştirakı ilə keçirildi. Sərgi gələn il 26 Avqust — 15 Sentyabr arasında İzmir Beynəlmiləl 9 Sentyabr Sərgisi adı altında təşkil edildi. 1935 İzmir 9 Sentyabr Sərgisi, 21 avqustda vəkil Cəlal Bayar tərəfindən açıldı. 311.000 nəfərin ziyarət etdiyi sərgi bugünkü təşkil olunmuş beynəlxalq sərginin qabaqcıllarından oldu.
Bir ay davam edən və 20 avqust — 20 sentyabr arasında keçirilən yarmarkanın müddəti əvvəlcə 1979 və 1986-cı illərdə iyirmi günə, 2004-cü ildə isə on günə endirildi. Bu gün İzmir Beynəlxalq Sərgisi, İzmir Kültürparkda bir çox tədbirlər təşkil edən İzmir Sərgi Xidmətləri, Mədəniyyət və İncəsənət İşləri Təşkilatı (İZFAŞ) tərəfindən təşkil edilir.
1950-ci illərdən etibarən böyük rəğbət görməyə başlayan sərgidə, bu gün də keçmiş günlərdəki kimi musiqi fəaliyyətləri, əsasən açıq konsertlər həyata keçirilir.