İzmirin Qurtuluşu — Türk Qurtuluş müharibəsinin sonlarında Türk ordusunun, Yunan işğalı altındakı İzmirə girməsini bildirən tarix termindir.
II Dünya müharibəsinin sonunda, Antanta Dövlətləri, Osmanlı dövləti ilə 30 oktyabr 1918-ci ildə Mondros Atəşkəs Sazişini imzaladılar və bu müqaviləyə əsaslanaraq Anadolunu işğal etməyə başladılar. Türk milləti işğal hərəkətləri qarşısında vətənini xilas etmək üçün 1919-cu ildə yer yer müqavimət hərəkatlarını başladı. Bu hərəkatlar, 19 may 1919-cu il tarixində Mustafa Kamal Paşanın Samsuna ayaq basması qısa müddətdə mərkəzi xarakter aldı.
Bu prosesdə ard-arda qazanılan Birinci İnönü, İkinci İnönü, Aslıhanlar-Dumlupınar və Sakarya Meydan Müharibələri ilə yurdun azad edilməsi yolunda mühüm addımlar atıldı. 26 avqust 1922-ci ildə dəqiqliklə hazırlanan hücum planını həyata keçirtməyi planlaşdırılırdı. 26-30 avqust 1922-ci ildə keçirilən Böyük Hücum, Türk İstiqlal hərbinin son mərhələsidir. 30 avqust "Baş Komandan Meydan Müharibəsi" iştirak bir gün ərzində Yunan ordusunun ən mühüm hissəsi zərərsizləşdirildi. Beləliklə, qəti nəticə beş gün ərzində əldə edilmiş və hazırlanan plan tam uğurla həyata keçirmiş oldu.
31 avqust günü Baş Komandan Mustafa Kamal Paşa, Baş Qərargah Rəisi Fevzini, Qərb Cəbhəsinin Komandanı İsmət İnönünü ordu komandirləri Yaqub Şövqünü və Nurəddin Paşanı qərargahını qurduğu Çal kəndində toplayaraq, qaçan Yunan qüvvələrinin sürətlə təqib edilməsini və İzmir ilə vasitələrindəki qüvvələri birləşməməsi üçün üç qoldan Egey Dənizinə doğru ilərlənməsini qərara aldı.
1 sentyabrda Baş Komandan Mustafa Kamal Paşa qoşunlara bəyanat verərək bu tarixi əmrini verdi: "Bütün dostlarımın Anadoluda daha başqa meydan müharibələri olacağını nəzərə alıb irəliləməsini və hər kəsin gücünü, igidlik və vətənpərvərlik mənbələrini yarışırcasına əsirgəmədən verməyə davam etməsini istəyirəm. Ordumuzun ilk hədəfi Aralıq dənizidir.İrəli". Beləliklə düşmənin aqibəti də müəyyənləşdirmiş oldu. Çalköy-də verilən bu tarixi sərəncam əsasında İzmirdə "Aralıq Dənizi" i, Mudanya "Mərmərə" qorionu görmək üçün 8-9 günlük bir zaman kafi gələcək.
31 avqustda başlayan amansız təqib sonunda Türk qoşunları 2 sentyabrda xarabalıqlar halına gəlmiş Nökərə girdi. Burada Yunan Ordusu Baş Komandanı General Trikopis əsir alındı.
Təqib Hərəkatı insan üstü bir sürətlə irəlilədi. Türk hərbiçiləri istirahət və yatmaq istəmirdi. Çünki azad etdiyi hər bir qəsəbənin, kəndin, şəhərin Yunanlar tərəfindən yandırıldığını, bölgədəki Türklərin də amansızlıqla qətl edildiyini görürdü.
9 sentyabr günü 1-ci Korpus Kamalpaşaya, 2-ci Korpus Manisaya, 4-cü Korpus Turquta çatdı. Şimalda Kazancıbayırında Yunanların yerləşən mövqelərinə hücum edən 3-cü korpus düşməni məğlub edərək Bursaya girdi. Türk süvariləri üç ildən çox müddətdə hüzn içində olan İzmir xalqının sevinc göz yaşları içində İzmirə girdi.
Süvarilər İzmirə daxil olarkən bir neçə yerdə yüngül atəşlə qarşılaşmaqdan başqa bir hadisə olmadı, Kordonboyundan keçərkən bir İngilis gəmisi tərəfindən salamlandı. Türk bayrağı hökumət binasına və Kadifeqalaya sancıldı.
Birinci Süvari Diviziya komandiri Mürsəl Paşa bir Fransız hərbi gəmisindən əlaqə yaradaraq, İzmirə girdiyini Ankaraya bildirdi. İzmirdə Türk xalqının sevinci o qədər böyük idi ki, əsgərlər çiçək yağışı altında qaldı.
Baş komandan İzmirin azad edilməsinə görə orduya bu tarixi məktubunu yazdı:
"İlk qarşıya qoyulan hədəfin, Aralıq dənizinə çatmaqda ordunun göstərdiyi səy və fədakarlığı hörmət və təqdirlə anıram. Əldə edilən böyük qələbəninin qurucusu olan qiymətli dostlarıma ən səmimi təşəkkür və təbriklərimi bildirirəm. Ordumuzun bundan sonrakı hədəflərin alınnmasında da eyni fədakarlıq və yarışmanı göstərəcəyinə inamım tamdır".
9 sentyabr günü 3-cü Korpus qoşunları Bursanı müdafiə edən Yunan qoşunlarını geri ataraq şəhəri xilas etdi. Türk Ordusunun İzmir və Bursanı alması ilə Mustafa Kamal Paşa, millətə bir bəyannamə ünvanladı. Kisəli və Meandr Vadisindən çəkilən Yunan qoşunları, Seydiköy ətrafında qısa toqquşmadan sonra süvarilər tərəfindən əsir alındı. 9 sentyabr günü Menemen yandırılmadan azad edilib, Seydiköy Türk qüvvələrinin əlinə keçdi. Ağıla gəlməz bir sürətlə irəliləyən piyada birlikləri də bir gün sonra Baş Komandan ilə birlikdə İzmirə gəlmişdi.
18 sentyabr 1922-ci il tarixinə qədər aparılan Təqib Hərəkatı ilə bütün Qərbi Anadoludakı Yunan əsgərləri sərhədlər xaricinə çıxarıldı.
15 may 1919-cu ildə İzmiri və Anadolunun yarısını zəbt edərək burada Yunan Asiya İmperiyasını qurmaq istəyən düşmən orduları, nəhayət 18 sentyabr 1922-ci günündə regiondan tamamilə təmizlənmiş oldu.
Təqib hərəkatının uğurlu nəticələnməsi təkcə Qərbi Anadolunun Yunanlardan təmizləməkdən ibarət deyildi. Türk ordusunun etdiyi bu hərəkat ilə, İzmit zonasından İstanbul boğazına, Balıqəsir zonasından Dardanel boğazına qədər həyati əhəmiyyət daşıyan digər strateji hədəflər də böyük bir məharətlə Antanta Dövlətlərinin işğalından, insidentsiz olaraq və sülh yolu ilə azad edilib.
Təqib Hərəkatı Türk ordusunun qəhrəmanlığı ilə bərabər hərbi və siyasi sahədə göstərdiyi yüksək sövq və idarə ilə birlikdə qüdrət və qabiliyyətini də isbat edən böyük bir əsərdir.
Türk ordusunun qazandığı bu qələbə, Mudanya Atəşkəs Müqaviləsinə gedən prosesi başladı. Türkiyə, Mudanya Atəşkəs Sazişindən sonra 24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsini imzaladı. Beləliklə Türk milləti varlığını bütün dünyaya qəbul etdirmiş, Türk dövləti də tam müstəqilliyini qazanmış oldu.