Kültür Park

Kültür ParkTürkiyənin İzmir şəhərində yerləşən park. Konak ilçəsindəki Memar Sinan məhəlləsində yer alır və şimalda Dr. Mustafa Ənvər Bəy prospekti, şərqdə 1395 və 1396 nömrəli küçələr, cənubda Mürsəl Paşa bulvarı, qərbdə Dr. Rafiq Saydam və Şair Əşrəf bulvarları ilə əhatə olunmuşdur. 1936-cı ildə 1922-ci il İzmir yanğınında xarabalığa çevrilmiş 360.000 m² ərazi yenidən qurulmuşdur. Üç il sonra, 1939-cu ildə genişləndirilərək 420.000 m²-ə çatmışdır. Yarandığı gündən bəri İzmir Beynəlxalq Sərgisinə ev sahibliyi edir.[3]

Kültür Park
türk. Kültürpark
Kadifekaledən Kültür Parkın görünüşü
Kadifekaledən Kültür Parkın görünüşü
Məlumatlar
Parkın tipi İctimai
Ölkə
Yerləşməsi Türkiyə İzmir, Türkiyə
Koordinatları 38°25′40″ şm. e. 27°08′41″ ş. u.HGYO
Sahəsi 420,000 m2 (4,500,000 sq ft)
Yaradılıb 1 sentyabr 1936 (1936-09-01)
Tabeçiliyi İzmir Böyükşəhər Bələdiyyəsi
Ziyartəçi sayı 1,500,000[1]
Statusu Açıq
Ən yaxın ictimai nəqliyyat Kütlürpark metro stansiyası
Saytı Kültür Park
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlki 1933-cü ildə təşkil edilən 9 Sentyabr Sərgisi Cümhuriyyət Meydanının arxasındakı ərazidə Swissoteldə qurulmuşdur.[4][5] Bələdiyyə sədrinin müavini Suat Yurtkoru, bələdiyyə başçısı Behçet Uza sərginin ərazisinin gələcəkdə kifayət etməyəcəyi və Qorki parkı kimi bir ərazinin şəhərə gətirilməsi fikrini irəli sürdü.[6][7] Behçet Uzun tələbi ilə Yurtkoru tərəfindən hazırlanan hesabat 14 may 1934-cü ildə şəhər məclisi tərəfindən qəbul edildi və Kültürparkın inşası təsdiq edildi. Behçet Uz, 1935-ci ildə Moskvaya getmiş və bələdiyyə başçısı Nikolay Bulqaninin tapşırığı ilə hazırlanan iki memar ilə parkın dizaynı müzakirə edilmişdir.[8]

1922-ci ildə İzmir yanğını tərəfindən xarabalığa çevrilmiş 360.000 m² ərazidə söküntü başlamışdır. 1934-cü ilin ikinci yarısından başlayaraq təmizlənməyə başlamış və 1 yanvar 1936-cı ildə Kültürparkın təməli qoyuldu. Kültürpark 1 sentyabr 1936-cı ildə Baş nazir İsmət İnönü tərəfindən 6-cı İzmir Beynəlxalq Sərgisi ilə açıldı. 1937-ci ildə parkda İzmir Paraşüt Qülləsi quruldu. 1938-ci ildə parkda İzmir ZooparkıPakistan Pavyonu açıldı. 1939-cu ildə park cənuba doğru 60.000 m² genişlənərək 420.000 m²-ə çatdı.[9] 1951-ci ildə İzmir Arxeologiya Muzeyi parka köçmüş və 1984-cü ilə qədər orada fəaliyyət göstərdi. Parkda 1952-ci ilin sentyabr ayında açılan İzmir Rəsm və Heykəl Muzeyi və Qalereyası, 1973-cü ildə parkın kənarında inşa edilən yeni qərargah binasına köçdü. İzmir Tarix və Sənət Muzeyi2004-cü ildə parkda qurulmuşdur.[10] 2008-ci ildə İzmir Vəhşi Təbiət Parkının açılışı ilə parkdakı zoopark bağlandı və heyvanlar yeni əraziyə köçürüldü. 594 avtomobil dayanacağına malik yeraltı dayanacaq 2009-cu ilin avqust ayında istifadəyə verildi. 2015-ci ilin iyun ayında parkda pulsuz Wi-Fi xidməti istifadəyə verildi. Bu gün parkda yalnız İzmir Beynəlxalq Sərgisi və İzmir Kitab Sərgisi keçirilir. 2017-ci ildə burada Kültürpark Tennis Kuboku ilk dəfə keçirilmişdir.[11]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Divarlarla əhatə olunmuş Kültürparkın beş giriş qapısı var: Lozanna qapısı, Montreux qapısı, 9 sentyabr qapısı, Cümhuriyyət qapısı və 26 avqust qapısı. 14 qapalı sərgi salonu, 4 konfrans salonu, Atatürk Açıq Hava Teatrı, İsmət İnönü İncəsənət Mərkəzi, İzmir İncəsənət, Kültürpark Evlilik Dairəsi, Cəlal Atik idman salonu, əyləncə parkı, paraşüt qülləsi, Gənclik Teatrı, Rəsm və Heykəl Muzeyi, İzmir tarixi İncəsənət Muzeyi kimi sənət və əyləncə məkanlarına əlavə olaraq qaçış zolağı, üzgüçülük hovuzu, qapalı idman zalı, tennis kortu və futbol kimi idman fəaliyyətlərinə imkan verən meydançaları da mövcuddur. Parkda 7709 ağac var. Parkdakı ağaclar sığortalanmışdır.[12][13]

  1. "85 yıllık fuarda ziyaretçi rekoru bekleniyor". Dünya Gazetesi (türk). 24 avqust 2016. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. "İzmir Fuarı 69 yaşında". Türkiye Gazetesi. 11 sentyabr 2018. Archived from the original on 2018-09-11. İstifadə tarixi: 23 mart 2020.
  4. "İzmir'in İncisi: Büyük Efes Oteli (1964-2002)" (PDF). Anatolia Journal. 2018-09-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 mart 2020.
  5. "III. Disiplinlerarası Turizm Araştırmaları Kongresi" (PDF). Anatolia Jorunal. 2018-09-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 mart 2020.
  6. A.Ş, ÜNİBEL. "Haberler | Ruslar geliyor". İzmir Büyükşehir Belediyesi (türk). 2018-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
  7. Polat, Esra. "Uluslararası İzmir Fuarı'nın Kuruluşu ve İlk Sergiler" (PDF). Açik Erişim DEU Üniversitesi. 2018-09-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
  8. Karpat, Gökhan. "İzmir Kültürpark ve Fuar Alanının Tarihsel Gelişim Sürecinin Araştırılması ve Geleceğe Yönelik Tasarım Programının Oluşturulması" (PDF). Açık Erişim DEU Üniversitesi. 2018-09-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
  9. "Kültürpark'ta sağlıklaştırma çalışması". Hürriyet (türk). 2018-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
  10. "İzmir Tarih ve Sanat Müzesi açıldı". NTV. 19 sentyabr 2016. Archived from the original on 2016-09-19. İstifadə tarixi: 23 mart 2020.
  11. "İzmir Haberleri - TEB Kültürpark Tenis Cup'ta heyecan başlıyor - Yerel Haberler". Hürriyet. 26 may 2019. Archived from the original on 26 May 2019. İstifadə tarixi: 23 mart 2020.
  12. "Ağaç sigortası en doğru karar". www.hurriyet.com.tr (türk). 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
  13. "Kültürpark'ın ağaçları kitap oldu". Hürriyet (türk). 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.