Şah xan (?-1570) — Turfan dairəsinin hakimi, Mənsur xanın oğlu.
Şah xan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1570 |
Atası | Mənsur xan |
Ailəsi | Çingizlilər, Cığataylılar |
Mənsur xan Sultan Əhməd xan oğlu 1542-ci ildə oğlu Şah xanı vəliəhd elan edib, Moğolustanı ona buraxdı. Əllərində ancaq Turfan dairəsi qalmışdı.Tarixçi Şah Mahmud ibn Fazil Çuras qeyd edir ki, "Şah xan cəsur, mərd, qorxmaz bir şəxsiyyət idi. Onun sərtliyi və qəddarlığı da vardı". Az bir günaha görə oğlu Türay sultanın qətlinə fərman vermişdi. 1570-ci ildə Aksu şəhərini tutub, oranın hakimi Məhəmməd oğlanı əsir tutdu. Yalnız yarım ildən sonra Məmləkəti-Moğoliyyənin hökmdarı Əbdülkərim xanın xahişi ilə buraxdı. Elə həmin ildə oyratların üzərinə yürüş etdi. Döyüş zamanı canını fəda etdi.