Şümşadyarpaq zirinc

Şümşadyarpaq zirinc (lat. Berberis microphylla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Şümşadyarpaq zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Amerikada, Argentina, Çili və Magellan boğazından Maldivə qədər yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-ə çatan, həmişəyaşıl, qonur, tükcüklü zoğları olan yığcam koldur. Çoxsaylı zoğları və enli, şaxələnmiş çətiri olan iynəli koldur. Kök sistemi möhkəmdir, köçürülməni yaxşı keçirir. Yarpaqları sadə iri, qırmızımtıl-yaşıl, ellipsvari, yumurtavari formalı, ucu biz, kənarları xırdadişli bütöv olub, uzunluğu 5 sm-dəkdir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. İynələrin uzunluğu 1,5 sm-dəkdir. Çiçəkləri sarı-narıncı, 1-2 ədəd yığılmış, uzunluğu 2,5 sm-dək olan çiçək saplaqlarında yerləşir. May ayında çiçəkləyir. Meyvələri uzunsov, qırmızı, parlaq olur, payızın əvvəlində yetişir, uzun muddət tökülmür, yeməlidir.

Torpağa tələbkar olmayan bitkidir, qumlu və quru torpaqda, yerlərdə yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatat BağındaMərdəkan Dendrarisində introduksiya edilmişdir.

Alpinarilərdə istifadə edilir. Alp təpəciklərinin, miksborderlərin, rokarilərin salınmasında istifadə edilir. Bu növ yaxşı budandığı üçün kiçik tərtibatda istifadə edilir. Meyvələri yeməlidir.