Şüreyh Qazi kimi tanınan Şüreyh ibn əl-Haris ibn Qeys əl-Kəndi (593 – iyul 697, Kufə) — (miladi 697-ci ildə vəfat edib) İslam peyğəmbəri hz.Məhəmmədin sağlığında Yəməndə İslamı qəbul edən ardıcıllardan biri olub, bununla belə, onunla heç vaxt görüşməmişdir. Əbu Bəkrin hakimiyyəti dövründə İraqın Kufəsinə köçdü. O, hakim vəzifəsində çalışmış və mühakimə ilə tanış, ədəbiyyat və poeziya ilə məşhur olmuşdur.[1]
Şüreyh Qazi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 593 |
Vəfat tarixi | iyul 697 |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi, qazı |
Dini | İslam |
Hüseyn ibn Əlinin qiyamının əvvəlində Şüreyhin ilk müdaxiləsi, Kufənin yetmiş ağsaqqlı ilə birlikdə beyət etməsi ilə əlaqədardır. Şüreyh Həbib ibn Məzahir, Məhəmməd bin Əşəs, Muxtar Səqəfi, Ömər bin Səd və başqaları ilə birlikdə Hz.Əlinin ailəsinə dəstək verəcəyi və Hz.Hüseyni Kufə hökumətinə dəvət etmələri barədə beyət etdilər. Lakin Übeydulla ibn Ziyad Kufəyə çatan kimi Şüreyh onun sarayında peyda oldu və öncəki beyətinə baxmayaraq, əhlibeytə müxaliflərinin cərgəsinə qoşuldular və Ubeydullahın məsləhətçilərindən biri oldu.[2] Kərbəla hadisəsi zamanı onun verdiyi fətvadır ki, məzmunu Hz.Hüseyn bin Əlinin öldürülməsinin caiz olmasıdır. Bəzi alim və tədqiqatçılar bunu qeyd etsələr də bəziləri əsassız hesab edirlər.