Şüvəlan bağları

Şüvəlan bağları- Şüvəlan tarixən qalalıların bağ yerləri olmuşdur. Yay fəslində kənd əhalisi bura köçər, dincələr, meyvə yığar doşab bişirər, sirkə tutardılar, mürəbbə hazırlayardılar.

Arxeoloji və yazılı ədəbiyyat materialları Şüvəlanda hələ tunc dövründən yaşayış olduğunu sübut edir. 60-cı illərin əvvəllərində Şüvəlan yaxınlığında Bəndüstü adlanan yerdə arxeoloji qzıntı işləri zamanı qara, boz və qırmızı rıngli saxsı qırıntıları, daş alətlər, ocaq, kül, heyvan sümükləri, həmçinin divar qalıqları aşkar edilimşdir. Divar qalıqlarının üzərində müxtəlif insan və heyvan təsvirləri, ov səhnələırini xatırladan döymə və sızma üsulu ilə işlənmiş digər cizgilər çəkilmişdir. Həmin tapıntılar e.ə. I minilliyin əvvəllərində burada yaşayanların əkinçilik, heyvandarlıq, toxuculuq və s. sənət sahələri ilə məşğul olduğunu söyləməyə əsas verir.[1] Minilliklər boyu Şüvəlanda həyat kəsilməmiş, camaat əkin-biçinlə, bağçılıqla, heyvandarlıqla və s. güzəran keçirmişlər.

Səyahətçi, İ.Lerixs yazırdı ki, XIII əsrin birinci yarısında Abşeronun Şüvəlan kəndində xeyli miqdarda pambıq əkilir.[2] L.Lerixs öz səyahətnaməsində Şüvəlanda becərilən zəfəran haqqında da xüsusi olaraq qeyd etmişdir.

Şüvəlanda bağçılıq daha çox inkişaf etmişdir.Bağlıq sahələrin çoxluğu, həm də burada becərilən meyvələrinin keyfiyyətinin yüksək olması ilə səciyyələnirdi. Şüvələn bağlarıorta əsrlərə aiddir. Bakı tarixinə dair orta əsr sənədləri adlı kitabın 18 nömrəli sənədində (Əbu-Səid Əbül-Xeyir məqbərəinə aid sənəd) də göstərilir ki, Şibani əkinçili, oradakı neft quyusu ilə birlikdə Şüvəlandakı beş üzüm bağı sahəsi və meçə yeri, həmçinin Bilgəhdəki üzüm bağı Əbu-Səid Əbülxeyir məqbərəsinə vəqf olunur. Həmin vəqfnamə hicri 896-cı il (miladi 1491-ci il) Şirvanşah Əmir Xəlilüllahın oğlu Fərruxyəsar tərəfindən verilmiş və Çah Sultant Hüseynin hakimiyyətinin beçinci ili (1699-cu il) təzələnmişdir.[3]

1891-ci ildə nəşr olunan "Bakı və onun ətraf yerləri" adlı rus dilində olan kitabda Ləş və Şüvəlan sahələri bağçılıq və üzümçülükdə yarımadada öncül yer tutur. Burada elə üzüm bağları var ki, 30-40 xalvar, yaxud 750-1000 pud üzüm verə bilir.[4]

Bağda üzüm doşabı

[redaktə | mənbəni redaktə et]

Bağlarda əsas üzüm olduğu üçün əksər ailələrdə üzüm doşabı hazırlanır. Üzüm doşabı bişirmək üçün dəymiş üzümü sıxıb şirəsi çıxarılır. Şirəni keçi qılından toxunan torbaşirə dən süzür. Xəşxuna, Qələdibi adlanan yerlərdən gətirilən şirinhal gildən (şirəxək) azca əlavə edərək mis tava və tiyanlarda bişirərdilər. Doşab köpük etsin deyə, bişirməmişdən əvvəl üstünə bi-iki ədəd yumurta da çalıb vurulur. Bir-iki buğum qaynadıldıqdan sonra yənu sürəyə düşdükdə doşabı ocaqdan düşürürlər. Doşaba müəyyən qədər un, ədvə əlavə edib küşləxari də (zincirfərəc) bişirirlər.

  1. ,ASE X cild. s.583
  2. L.Lerxx. Səyahətdən çıxarış, SPI, 1970, s.38,73 (rus dilində)
  3. T.Musəvi Bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967, s.32, 81
  4. Bakı və onun ətrafı, Tiflis, 1891, s.91 (rus dilində)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]