Doşab

Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye.

  • Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir.[1]
  • Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir.[2]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]
Bəkməz, bəkməz

Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir. Üzüm bəkməzində üzüm şirəsi hazırlanan üsulla alınmış şirəyə bir qədər bəkməz torpağı (şirəxək) qarışdırıb (şirədə olan üzvi turşuları neytrallaşdırmaq üçün) çökmək məqsədilə 2-3 saat saxlayırlar. Alınmış şirəni çökdürüb filtrdən süzür və qaynadıb qatılaşdırırlar. Bu zaman üzərində əmələ gələn kif yığılmalıdır. Şirəni qatılaşdırarkən arabir qarışdırmaq və həcmi 5-6 dəfə azaldıqda hazır olub-olmamasını yoxlamaq lazımdır. Bəkməz hazır olduqda nəlbəkiyə tökülmüş soyuq damcılar yayılmır, yaxud çox gec yayılır. Hazır bəkməzi şüşə qablara töküb ağzını germetik bağlamaq lazımdır.

Bəkməz təbabətdə

[redaktə | mənbəni redaktə et]

Bəkməz təkcə iştaha artırmaq üçün deyil, həm də çoxlu sayda müalicəvi əhəmiyyətlərə malikdirlər. Sadəcə olaraq, hansı məhsuldan hazırlanmış bəkməzin keyfiyyətləri haqda məlumat almaqla onlardan dərman kimi necə istifadə etməyi də öyrənmək olar.

Üzüm bəkməzi bədəni yumşaldır, istilik və quruluq verir, sinə və qaraciyər üçün münasib sayılır.

Xurma bəkməzi bədənə rütubət və istilik verir, qan yaradır, insanı kökəldir. Təzə südbadam ilə qatışdırıb yedikdə daha faydalıdır, ürək döyüntüsünü və zəifliyi aradan qaldırır. Zəfəran qatılmış xurma bəkməzi əfval-ruhiyyəni yaxşılaşdırır, əncir və güldəfnə ilə xronik öskürək və sinə ağrısı üçün faydalıdır, arpa suyu ilə qarışdırıb içdikdə böyrək daşının parçalanmasına kömək edir, sidikqovucu təsir göstərir. Onun qaynanmışından gülxətmi ilə düzəldilən təpitmə şişləri yatırır və çibanı deşir. Çox işlətmək qana ziyandır.

  1. Oğ: [ Kaşgarî, Divan-u Lugati't-Türk, 1073] bekmes [[pekmez - Oğuzca]]
  2. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.