Soxulcan proqramlar və ya Kompüter soxulcanları (Worms) — virus proqramlarının növlərindən biri. Soxulcan proqram digər viruslardan fərqli olaraq müstəqil proqramdır. Bu proqram virus proqramı kimi öz-özünə çoxalır və lokal və qlobal şəbəkələrdə yayılaraq bir kompüterdən digərinə köçürülür.
2009-cu ilin yanvar ayında "Conficker" adlı şəbəkə soxulcanı Microsoft Windows əməliyyat sistemi ilə işləyən 15 milyon şəxsi kompüteri zədələmişdir.
Virus-soxulcanlar bir neçə katerqoriyaya bölmək olar:
Poçt "soxulcanları"-email-worm- bu növ virus-soxulcanaları bir qayda olaraq elektron poçt vasirtəsi ilə yayılır. Bu zaman virus oz kodunu elektron məktuba əlavə kimi yaxud hansısa şəbəkə resursuna muraciət formasında yayır. Birinci halda virus məktubu açarkənç ikinci halda şəbəkə resursunda yerləşən faylı açarkən aktivləşir.
IM-Worm — internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar- belə viruslar peydjerlərin (MSN, İCQ və sair) kontak siyahısındakı ünvünları əldə etmək və bu ünvanlara yoluxmuş məktublar yollamaqla çoxalırlar.