Rəqəmsal hüquqların idarə edilməsi

Rəqəmsal hüquqların idarə edilməsi (ing. Digital rights management, qısaca DRM) rəqəmsal medianın istehsalı olan məhsulların (filmlər, musiqilər, oyunlar kimi) bu gün çox asanlıqla kopyalana bilinməsinə, yəni surətlərinin çıxarılmasına, saxtalarının hazırlanması ehtimalının yüksək olmasına görə lisenziya hüquqlarını idarə etmək üçün hazırlanmış giriş nəzarət sistemləri üçün istifadə edilən ümumi addır[1].

O, avadanlıq istehsalçıları, oyunproqram təminatı şirkətləri, musiqi şirkətləri və naşirlər tərəfindən satışdan sonrakı dövrdə piratlıqla mübarizə aparmaq üçün istifadə olunur[2].

Son dövrlərdə bu üsul bir sıra səbəblərə görə əks reaksiyalara səbəb olmuşdur[3]. Bunun ən mühüm səbəblərindən biri bundan ibarətdir ki, bu cür məhdudiyyətlər adətən yalnız müvafiq medianın məhsullarını qanuni yollarla əldə edən istifadəçilərə təsir etməsi, lakin eyni zamanda da piratlığın qarşısını ala bilməməsidir[4][5]. Həmçinin bu da məlumdur ki, DRM sistemlərinin tamamilə müvəffəqiyyətli olması texniki cəhətdən qeyri-mümkündür, buna baxmayaraq yenə də rəqəmsal medianı yayan şirkətlər bu üsuldan istifadə etməyə davam edirlər. Bu məsələ ilə bağlı hal-hazırda müəyyən etirazlar mövcud olsa belə, hələlik iştirakçılarının sayının yüksək olduğu hər hansısa bir etiraz və yaxud da boykot hadisəsi ilə rastlaşılmamışdır. Bəzi istifadəçilər, satın aldıqları medianın; İnternetə qoşulmuş cihazları olmadan istifadəsinin mümkünsüz olması, şəxsi kompüterlərinin əməliyyat sistemlərindəki yenilənmələr, yenidən quraşdırılmalar və yaxud da aparat təminatındakı dəyişikliklərdən sonra medianın təkrar istifadəsinin bloklanması, oyun konsollarındakı (məs. PS3Xbox 360) və müxtəlif media pleyerlərdəki (məsələn, iPod) məhdudiyyətlər və uyğunsuzluqlara görə qeyri-qanuni olsa da, pirat məhsullarından istifadədən mühafizəni ləğv edən müxtəlif yamaqlardan və ya proqramlardan istifadə edirlər[3][6].

  1. "Источник". 2013-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-28.
  2. Росс Андерсен, «Security Engineering», Глава 22 Arxivləşdirilib 2013-12-11 at the Wayback Machine
  3. 1 2 Доктороу, Кори. "Лекция, прочитанная в Microsoft 17 июня 2004 года". Компьютерра Online. 2009-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-18.
  4. "Digital Restrictions Management and Treacherous Computing". 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  5. «Закон об Авторском Праве в Цифровую Эпоху Arxivləşdirilib 2013-12-10 at the Wayback Machine», 112 STAT. 2860
  6. Balio, Tino. "Betamax Case". The Museum of Broadcast Communications. 2012-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]