Şəfəq — Azərbaycan Respublikasının Abşeron rayonunun Şəfəq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]
Şəfəq | |
---|---|
40°33′18″ şm. e. 49°34′58″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Abşeron rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 2023 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
23 oktyabr 2023-cü ildə Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsin "Şəfəq" adlandırılması məqsədəmüvafiq hesab olunubdur[2][3].
2024-cü ilin aprelində Prezident İlham Əliyevin təsdiqlədiyi “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunla Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib. Qanuna əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.[4]
Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. 2024-cü ildə faktiki əhalisi 8.850 nəfərdir.[4]