Zeynalova Şəfiqə Mikayıl qızı (26 iyun 1922, Bakı – 1 may 1979, Bakı) — Azərbaycan SSR əməkdar memarı (1976); Moskva Memarlıq İnstitutunu bitirmiş ilk azərbaycanlı qadın.[1]
Şəfiqə Zeynalova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyun 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 1979 (56 yaşında) |
Vəfat yeri | |
Təhsili |
Şəfiqə Zeynalova 26 iyun 1922-ci ildə Bakıda anadan olub. 1949-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitunu bitirmişdir.
Şəfiqə Zeynalova 11 may 1979-cu ildə Bakıda vəfat edib.[1]
1942–1943-cü illərdə orta məktəbdə riyaziyyat müəllimi işləyən Şəfiqənin memar olmasını M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmasını məhz o məsləhət görmüşdü. Şəfiqə Zeynalova ali məktəbi bitirəndən sonra əmək fəaliyyətinə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında memar kimi başladı.
1946–1948-ci illərdə tikilmiş Uşaq dəmir yolu ("Gənclik" metrosu rayonunda, Zooparkın yanında yerləşirdi, indi sökülüb) memarın sevdiyi işlərdən biri idi. Şəfiqə Zeynalova 1945–1949-cu illərdə "Azərdövlətlayihə" institutunda fəaliyyətini davam etdirdi. O, 1946-cı ildə SSRİ Memarlar İttifaqı üzvlüyünə qəbul edildi. Şəfiqə Zeynalova 1949–1952-ci illərdə Moskva Memarlıq İnstitutu Memarlıq təkmilləşdiilməsi fakültəsinin dinləyicisi oldu. O, Moskva Memarlıq İnstitutunu bitirmiş ilk azərbaycanlıdır. O, Moskvada təhsilini başa vurandan sonra 1952-ci ildə "Azərdövlətlayihə" institutundakı işinə qayıtdı və ömrünün axırınacan orada çalışdı.
"Bakı Soveti" (indi yenidən qurulmuş və "İçərişəhər" adlandırılmışdır) metrostansiyasının, Tarix arxivinin, Sənaye nazirliyinin binaları, Bakı, Sumqayıt, Mingəçevir, Lənkəranda yaşayış binalarının, eyni zamanda Sevil Qazıyeva, Mikayıl Müşfiq, Həzi Aslanovun heykəllərinin müəllifi olmuşdur. Dəmirdən və şüşədən ucaldılmış ilk 17 mərtəbəli göydələnlərdən biri məhz Lüdviq Mis Van Der Roenin yaradıcılığından ilham alan Şəfiqə Zeynalova tərəfindən düşünülmüşdür. Bina "Nizami" metro stansiyasının yaxınlığında, "Azad qadın" heykəlinin arxa tərəfində yerləşir. Memar Şəfiqə Zeynalova Şıx çimərliyi yaxınlığında ucaldılmış Xəzər bioloji stansiyası binasının layihə müəllifidir. Layihə bəyənilsə də, gerçəkləşdirilməmişdir. Bu təkcə Cənubi Qafqazda deyil, bütün SSRİ-də balıq və digər dəniz heyvanları yetişdirmək üçün ən böyük və müasir stansiya olmalı idi. Memarın ideyasına görə binalar kompleksinə laboratoriya, istehsalat korpusu, hətta delfinlərin buraxılması nəzərdə tutulmuş nəhəng hovuz və akvarium daxil olmalı idi. Bundan başqa orada dəniz faunası muzeyi açmaq və mehmanxana tikmək də planlaşdırılmışdı. Memar Şəfiqə Zeynalovanın son əsərləri indi Azərbaycan Republikası Xarici İşlər Nazirliyinin yerləşdiyi binanın və Bakı Dəmiryol Vağzalının binasının layihəsidir. 28 Aprel (indi 28 May) küçəsi onun peşəkar karyerasının zirvəsi olmalı idi. Memar həmin küçədə çoxmərtəbəli binaların tikilməsi üçün layihələr hazırlamaq barədə düşünürdü, amma ağır xəstəlik onu düşündüklərini həyata keçirməsinə imkan vermədi.[1]
Onun müəllifi olduğu əsərlər içərisində Daşkəsənin Mədənçilər qəsəbəsində kotteclər (1948), Bilgəh qəsəbəsində yaylaq evləri (1955), Bakıda Xalq Təsərrüfatı Şurasının binası (1953, Möhsün Rəfili ilə birgə), metropolitenin "Bakı Soveti" stansiyası (1967, Tələt Xanlarov və b. ilə birgə), dəmir yolu vağzalının (1977, Y. Kozlov ilə birgə), Azərbaycan Sənaye Tikintisi Nazirliyinin (1977), Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun (1978, Y. Qədimov ilə birgə) yeni binası və başqa tikililər də var. Bir sıra xatirə abidələrinin (Bakıda S. Qazıyevanın, Gəncədə Q. Hüseynlinin) layihə müəllifidir.[2]