Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı, bəzən KİV-lər tərəfindən "qara siyahı" olaraq adlanır — Azərbaycanın 2020-ci ilə qədər işğal olunmuş ərazisi olan Qarabağ və hələ də işğal altında olan Kərki, Yuxarı Əskipara, SofuluBarxudarlı anklavlarına qanunsuz səfər etmiş əcnəbi şəxslərin siyahısı.

2018-ci ildə Azərbaycanın xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş 96 xarici ölkə vətəndaşının adı "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"na daxil edilib.[1]

  • Rusiya Vitaliy Milonov , Rusiya Federasiyasının Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü[8]

Siyahıdan çıxarılan şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Rusiya 2005-ci ildə Rusiya müğənnisi Katya Lel Ermənistanın təhriki ilə Dağlıq Qarabağda keçirilən konsert proqramında iştirak edib.[10] O, 2009-cu ildə Azərbaycan hakimiyyətindən üzr istəyərək, adının "qara siyahı"dan çıxarılmasına nail olub.[10]
  • İtaliya 2010-cu ildə İtaliya müğənnisi Al Bano Ağdərənin Vəng kəndində konsert proqramı ilə çıxış edərək, Azərbaycanın arzuolunmazlar siyahısına düşüb.[5] 2013-cü ildə bu addımına görə Al Bano Azərbaycan XİN-ə müraciət edərək, Qarabağ münaqişəsindən xəbərsiz olduğunu, əməlinə görə təəssüf hissi keçirdiyini bildirib.[5] Müğənninin peşman olduğu nəzərə alınaraq XİN onun adını "qara siyahı"dan çıxarılması barədə qərar verib.[5] 2013-cü ildə müğənni Bakıya gələrək, Heydər Əliyev Sarayında keçirilən konsert proqramında iştirak edib.[5]
  • Rusiya 2011-ci ilin sentyabr ayında siyasətçi Aleksandr Mitrofanov Ağdərə şəhərini ziyarət edərək, orada "Moskva" mərasim evin açılışında iştirak edib.[11] 2013-cü ildə Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək bağışlanmalarını rica edib.[11]
  • Moldova Musiqiçi Konstantin Moskoviç Dağlıq Qarabağda bir neçə konsert keçirərək, "Qarabağın azad edilməsinə" həsr olunmuş bayram tədbirlərində iştirak etmişdir.[11] 2014-cü ildə Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək bağışlanmalarını rica edib.[11]
  • İrlandiya İsveçrə İrlandiya Şahmat Federasiyasının üzvü Kevin O'Konnelİsveçrə Konfederasiyasının şahmatçısı Yannik Pelletiyerin Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək bağışlanmalarını rica ediblər. Onlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadları barədə əvvəlcədən məlumatlı olmadan səfər etdiklərini qeyd ediblər.[12]
  • Rusiya Rusiya müğənniləri Soso PavliaşviliTimur Temirov 2004-cü ildə Dağlıq Qarabağ ərazısındə icazəsiz konsert verdiyinə görə qara siyahıya salınıb.[13] 2016-cı ildə ifaçılar özləri Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək bağışlanmalarını rica ediblər.[13]

2013-cü ildə politoloq Vəfa Quluzadə siyahını "praktiki təsir baxımından doğru ölçü" adlandırıb.[14] O, qeyd edib ki, "bu, rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər etmək niyyətində olanlara xəbərdarlıqdır".[14]

Giriş qadağasının pozulması

[redaktə | mənbəni redaktə et]

İsrailRusiya vətəndaşlığına sahib olan Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra arzuolunmaz şəxslər siyahısına salınıb.[3] O, buna baxmayaraq 2016-cı ildə Azərbaycana Ukrayna pasportu ilə gəlib.[3] Aleksandr Lapşin bu səfəri barədə bloqunda yazıb.[3]

Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə ittiham edilən Aleksandr Lapşin Bakının müraciətinə əsasən 2016-cı il dekabrın 16-da Belarusun Minsk hava limanında saxlanılıb.[3] 2017-ci ilin fevral ayında o, Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilib.[3] İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 3 il müddətinə həbs qərarı verib.[3] 2017-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşini əfv edib və Lapşini sentyabrın 14-də İsrailə ekstradisiya edib.[3][15]

  1. "Azərbaycanın arzuolunmaz şəxslər siyahısına 96 əcnəbinin adı daxil edilib". ona.az. ona.az. 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  2. 1 2 3 4 "Arzuolunmaz Şəxslərin Siyahısı [List of Undesirable People]" (PDF). Azerbaijani Ministry of Foreign Affairs. 6 August 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 August 2013.
  3. 1 2 3 4 5 6 7 8 "Israeli Blogger Alexander Lapshin Lands in Israel After Being Pardoned by Azerbaijan". www.haaretz.com. www.haaretz.com. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  4. "Montserrat Caballe Declared Persona Non Grata In Azerbaijan". www.rferl.org. www.rferl.org. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  5. 1 2 3 4 5 "Bakının "qara siyahı"sına düşüb peşman olan məşhurlar - Foto". axar.az. axar.az. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  6. "Fransanın yeni Daxili İşlər naziri Azərbaycanın "qara siyahısında"". www.azadliq.org. www.azadliq.org. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  7. "Sterliqov Qarabağa niyə köçdüyünü izah edir". www.bbc.com. www.bbc.com. 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  8. 1 2 3 4 "Üç konqresmen arzuolunmaz şəxs siyahısına salınıb". www.azadliq.org. www.azadliq.org. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  9. "Anthony Bourdain Has Been Blacklisted by Azerbaijan After Visiting Disputed Territory". www.cntraveler.com. www.cntraveler.com. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  10. 1 2 "Катя Лель: меня насильно потащили в Карабах". aze.az. aze.az. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  11. 1 2 3 4 "Xalq artisti artıq "arzuolunmaz şəxs" deyil". www.aznews.az. www.aznews.az. 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  12. "Azərbaycan Kevin O'Konnel və Yannik Pelletiyerin adlarını "qara siyahı"dan çıxardı". sputnik.az. sputnik.az. 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  13. 1 2 "Azərbaycan rusiyalı müğənniləri bağışladı- FOTO". www.gununsesi.org. www.gununsesi.org. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
  14. 1 2 Кямал Али. Опубликование списка персон нон грата не может навредить имиджу Азербайджана — эксперт. Новости-Азербайджан, 5.8.2013.
  15. "Prezident Əliyev bloqçu Aleksandr Lapşini əfv edib". www.bbc.com. BBC. 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]