Tələt Ağasıbəy oğlu Xanlarov (26 avqust 1927, Bakı – 14 aprel 2004, Bakı) — Sovet və Azərbaycan memarı, Azərbaycan EA-nın akademiki, Azərbaycan SSR əməkdar memarı (1975), Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, "Şöhrət" (2000) və "Şərəf nişanı" ordenli, Prezident təqaüdçüsü olmuşdur.[1]
Tələt Xanlarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 2004 (76 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı, Sumqayıt, Naxçıvan |
Əsas tikililəri |
Heydər Əliyev adına İdman Arenası Memar Əcəmi metrostansiyası Təbriz mehmanxanası |
Elmi işləri | Sovet Azərbaycanın memarlığı (1972) |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tələt Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində qədim Bakı əsilzadələri nəslindən olan Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Ağasıbəy Əli Qulu bəy oğlu Xanlarovun ailəsində anadan olmuşdur. Anası Sara xanım Azərbaycan Tibb Universitetinin ilk məzunlarından biri idi. Tələt ailənin böyük oğlu idi.[2]
Tələt Xanlarov 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.[3]
O, 1956–1992-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərdövlətlayihə" Baş Dövlət Layihə İnstitutunda memar, layihənin baş memarı, 2 nömrəli memarlıq-layihələndirmə şöbəsinin rəhbəri, institutun Baş memarı vəzifələrində işləyərək əsas müəllif əsərlərini yaratmışdır.[3]
1992-ci ildən "Akademik T. A. Xanlarovun yaradıcılıq emalatxanası"na başçılıq edirdi və Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan "İmam Rza" məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokuratura işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binalarının və fərdi bağ evlərinin layihələrini tərtib etmişdir.[3]
1967–2002-ci illər ərzində Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.[3]
Tələt Xanlarov 60-dan artıq layihənin müəllifidir, o cümlədən: Heydər Əliyev adına İdman Arenası,[Qeyd 1] Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika idarəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov[Qeyd 2] və Nizami[Qeyd 3] rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası, Sumqayıt şəhərində Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı, Naxçıvan şəhərində Təbriz mehmanxanası və s.[3]
Qara Qarayev, Hüseyn Cavid, Tofiq Əliyev, Əlövsət Quliyev və digər tanınmış şəxsiyyətlərin yaşadıqları binalarda xatirə lövhələrinin və qəbirüstü abidələrin müəllifidir.[3]