Şəhriyar Bayramqulu oğlu Məmmədov (28 dekabr 1988, Babək rayonu – 8 aprel 2013, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.
Şəhriyar Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 dekabr 1988 |
Doğum yeri | |
Vəfat tarixi | 8 aprel 2013 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Babək rayonu, Azərbaycan |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2010—2013 |
Rütbəsi | Leytenant |
Təltifləri |
Şəhriyar Məmmədov 1988-ci il dekabrın 28-də Babək rayonunun Qahab kəndində anadan olub. 1995–2003-cü illərdə Qahab kənd tam orta məktəbdə, 2003–2006-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
2013-cü il aprelin 8-də saat 20:00 radələrində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonunun Kəngərli istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxtibatı nəticəsində Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Məmmədov şəhid olub. Bir gün sonra Şəhriyar Məmmədov doğulduğu Babək rayonunda dəfn olunub..[1]