Qahab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kənd inzibati ərazi dairəsində kənd.[1]
Qahab | |
---|---|
39°14′59″ şm. e. 45°30′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.022 m |
Saat qurşağı | |
Kəndin adı Qahabçayın adından yaranmışdır. Bu toponim fars dilindəki gah (düzən) və ab (su) sözlərindən ibarət olub "düzən çayı" mənasını bildirir.[2]
Qahab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1868 | Qahab yaşayış yeri[3] | E.ə. V–I əsrlər | Qahab kəndi | Arxeoloji | Ölkə |
Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 2970 | 1458 | 1512 |
2009[5] | ↗3007 | ↗1489 | ↗1518 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə Qahab kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]
Kənddə bünövrəsi XX əsrin əvvəllərində qoyulmuş Qahab kənd məscidi yerləşir.[7]
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.