Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Kəngərli kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3] Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Kəngərli | |
---|---|
40°01′56″ şm. e. 46°57′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0228[1] |
Kənd Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşir.
Ağdam rayonuda yerləşən 3 Kəngərlidən biri Ağdam şəhərindən 5 km şimal-şərqdə Ağdam-Bərdə şose yolunun sağ sahilində, məşhur Uzundərə adlanan dərənin sağ sahilində yerləşir. Kənd Pirhəsənli tirəsinə aid olduğu (müdriklərin söyləmələrinə görə) üçün kəndə Pirhəsənli-Kəngərlisi deyilir (Ağsu rayonunda yerləşən Pirhəsənli camaatı ilə eyni tirədəndirlər). Uzundərənin sol sahilində daha 2 kiçik kənd Kəngərli tayfasına aid edilir. 1-ci kənd Şirvanlı, 2-ci kənd Qaraağaclar (1963-cü ilə kimi Kəngərli adlanıb) adlanır. Camaat öz aralarında sağ sahildəki kəndi o tay, soldakı kiçik kəndləri bu tay deyə fərqləndirirlər.
1993-cü ilə kimi o tay Kəngərlidə təxminən 300-350 ev, bu tayda Şirvanlıda 25-30, Qaraağaclarda isə 60 ev var idi. O tayda son vaxtlara qədər Hacı Abbas otağı deyilən yerdə qədim nar bağları qalmaqda idi. Həmin tikilini Hacı Rustam adında (Həcc ziyarətində olmuş imkanlı dindar) bir kişi özünün 6 oğlu üçün tikdiribmiş (əslində onun 7 oğlu olub. Bir oğlu kiçik yaşlarında dünyasını dəyişib). Oğlanları Hacı Abbas (həcc ziyarətində olmuş imkanlı kişi), Şükür, Balakişi, Yusif, Sadıx, Həsən (deyilənlərə görə təkcə Hacı Abbasın 1000 baş qoyunu, qaramal, at, dəvə sürüləri, çobanları, mehtərləri və s. var imiş). Hacı Abbası sovet hakimiyyəti illərində qolçomaq damğası ilə həbs etmək istəsələr də o sona qədər vuruşaraq hakimiyyətə tabe olmamış, erməni-rus birləşmələri ilə döyüşdə yoldaşları ilə birlikdə həlak olmuşdur (Kəlbəcər yaylaqlarında).
2022-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kəndin təməli qoyulmuşdur.[4]
Pirhəsənli Kəngərli adlanan hər 3 kənddə ancaq Kəngərli tayfasına məxsus əhali yaşayırdı. XX əsrin 90-cı illərinə qədər ailə həyatı qurmaq yalnız tayfa daxilində mümkün ola bilərdi. Belə ki, kənddən qonşu kəndlərə qız vermək və almaq yasaq idi (tək-tük istisna hallar, məsələn, qoşulub qaçma olardısa da, həmin ailənin başçısına dırnaqarası baxılardı). Kənd camaatı qapalı həyat tərzinə üstünlük verirdi. Belə ki, kənd əhalisi özünəməxsus danışıq ləhcəsini hal-hazıra qədər qoruyub saxlamaqdadır (Məsələn, Qarabağ ləhcəsində, azqrammatik dildə və yerli ləhcədə fərqli işlənən bəzi sözləri müqayisə edək: 1.ma—mənə—mə 2.sa—sənə—sə 3.hara—hara—harya 4.bura—bura—bırya 5.araba-araba-harava 6.ora-ora—orya 7.başına-başına-başaa 8.əlimə-əlimə-ələə 9.ayaqqabı-ayaqqabı-əəkqav 10.bu-bu-bı və.s)
Qaraağaclar və Şirvanlı kəndləri ilə qonşu Göytəpə kəndi etnik yerli Qarabağ camaatıdır. Kəngərlilər bu yerlərə gəlmə olduqlarından onlara yerristan camaatı deyirdilər (B.Budaqovun Pirhəsənli-Kəngərlinin Dərələyəz — indiki Ermənistan ərazisində vaxtilə mövcudluğu haqda araşdırmaları bir daha təsdiq olunur). Bəzi araşdırmaçı alim və mütəxəssislərin dediyi kimi, heç də kəngərlilər (söhbət Pirhəsənlidən gedir) Qarabağdan Naxçıvana yox, əksinə, Naxçıvandan və indiki Ermənistan (Dərələyəz) torpaqlarından məlum və ya naməlum səbəblərdən köç edərək Qarabağ ərazisinə hal-hazırkı yaşadıqları ərazilərdə məskunlaşıblar.
Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb.[4]
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |