Şəhrizad — Vahid Məmmədlinin bolşevik işğalından sonra vətənpərvər azərbaycanlıların üzləşdikləri faciələr, repressiya illərində məruz qaldıqları əzablı sürgün həyatlarının bədii təcəssümü olan romanı.[1]
Şəhrizad | |
---|---|
| |
Müəllif | Vahid Məmmədli |
Janr | Roman |
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2019 |
Nəşriyyat | Qanun |
Səhifə | 248 |
ISBN | 978-9952-36-744-7 |
Roman müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır.[2]
Stalinin bolşevik rejimindən öncəki Bakıda təşkil etdiyi bank soyğunları, milyonçu Musa Nağıyevin oğurlanması, qarətlər, Şuşa əsilzadələri Şəhrizad və Talıbın əzablı sevgi hekayətləri və sürgün həyatı, şair Məlik Məftunun, bəy oğlu Məmmədrəsulun, mərd el ağsaqqalı Sibir Qəzənfər və digər obrazların timsalında bolşevik işğalı dövrünün təsirli hekayətində xalqın öz kökündən dönməməsi, namus və milli kimliyin qələbəsindən söhbət açılır.
“Gözəlliyə olan sevgi zövq işidirsə, gözəllik yaratmaq incəsənətdir” fəlsəfəsini romanın əsas ideya xəttinə çevirən müəllif Şəhrizadın və xalçaçılıq sənətinin, sevgi və ədəbiyyatın timsalında, qadın və incəsənətin böyük bir qüvvə olduğunu, bu qüvvənin qarşısında Stalinin simasında ən güclü diktatorların da aciz olduğunu təsvir edir.