Vahid Məmmədli (6 yanvar 1965, Qazax) — azərbaycanlı yazıçı, şair, abstraksionist rəssam, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü (2009), hüquq elmləri üzrə fəlsəfə doktoru (2003), baş ədliyyə müşaviri, Prezident təqaüdçüsü (2021). Azərbaycan ədəbiyyatında ilk fentezi romanın[4] (Atropatena dastanı), dünya ədəbiyyatında ilk qansız döyüş romanının[4] (Tunc Allahın yükü) müəllifi.
Vahid Məmmədli | |
---|---|
Vahid Məmməd oğlu Məmmədli | |
Doğum tarixi | 6 yanvar 1965 (59 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Tver Dövlət Universiteti |
İxtisası | Hüquqşünas |
Fəaliyyəti | Yazıçı |
Fəaliyyət illəri | 2007–h.h. |
Əsərlərinin dili | Azərbaycanca, rusca |
Janr | Roman |
Tanınmış əsərləri | "Tunc Allahın yükü", "Atropatena dastanı" trilogiyası[1] |
Mükafatları |
2007-ci ildən bədii yaradıcılıqla məşğul olur. Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, bestsellerlər müəllifi kimi tanınır.[5] Rusiyanın ilk qansız döyüş romanının (Tunc Allahın yükü), Azərbaycan ədəbiyyatında isə ilk fentezinin ("Atropatena dastanı" trilogiyası) müəllifidir. Hekayə və povestləri Rusiya, Türkiyə, İngiltərə, Fransa, Avstriya, Almaniya, Yunanıstan, Çexiya, Hindistan, Misir, İran və digər ölkələrin dövri mətbuatında mütəmadi çap olunur.[6]
Azərbaycanda böyuk əks-səda doğurmuş çoxepizodlu və ağır cinayət işlərinin istintaqını uğurla başa çatdırmış peşəkar prokuror, ölkədə cinayət əməllərinin tövsifini və istintaq taktikasını mükəmməl bilən mütəxəssislərdən biri, Azərbaycanda cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair müqavilələr praktikasına həsr olunmuş ilk elmi monoqrafiyanın və beynəlxalq cinayət hüququna dair bir çox məqalələrin müəllifidir.
Azərbaycan mətbuatında və mediasında, məsələn "Kaspi" qəzetində, "Kult.az" mədəniyyət saytında, "Azadlıq radiosu"nda və "Ulduz" jurnalında müxtəlif yazıları yayımlanıb.[7]
20 kitabın müəllifi V. Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və digər ölkələrdə çap olunub. Londonda Qafqazla bağlı nəşr olunan "Cənubi Qafqaz" jurnalında "Azərbaycanın pərəstiş olunan yazıçısı" kimi təqdim olunub. Rusiyada Vlad Mamişov təxəllüsü ilə yazıb. "Atropatena dastanı" 11 ölkədə çap olunub.[8]
Vahid Məmməd oğlu Məmmədli 6 yanvar 1965-ci ildə Qazax şəhərində anadan olub. Qarabağın məşhur bəylərindən biri Haqverdi bəy Kərimbəyovun nəticəsidir.Əslən Bərdə rayonunun Kərimbəyli kəndindən Köyəlli Baba nəslindəndir.1982-ci ildə Xaçmaz şəhər 1 saylı orta məktəbi bitirib. 1983–1985-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Xarkov Ali Hərbi Məktəbinin xüsusi təyinatlı batalyonunda xidmət edib. 1986-cı ildə Rusiyanın Tver Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub, 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Rusiyanın Tver vilayəti Maksatixa rayon prokurorunun böyük köməkçisi (1991–1992); Bakı şəhər prokurorluğunun baş müstəntiqi (1992–2003); Bakı şəhər prokurorluğunun istintaqa nəzarət idarəsinin böyük prokuroru (2003–2008); Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsinin prokuroru (2008–2011); Yardımlı rayon prokuroru (2011–2021); Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin prokuroru (2021–2022) vəzifələrində çalışmışdır. Beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktorudur (2003).[9]
Ailəlidir, bir övladı var.
Ədəbi yaradıcılığa ilk dəfə Rusiya Mədəniyyət Fondunun (RMF) "Qrifon" nəşriyyatında nəşr olunan "Tunc Allahın yükü" əsəri ilə başlamışdır. Əsərin RMF tərəfindən nəşr olunması və tez bir zamanda bestsellerə çevrilməsi onunla əlaqədardır ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda, qansız döyüş romanı janrında yazılmışdır. Əsərin tez bir zamanda tanınması Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan "Eksmo" nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun "Tunc Mələk" əsərini "Cəllad tələsməyi sevmir" adı ilə "Rus bestselleri" seriyasında çap etmiş, 2007-ci ildə nəşriyyat tərəfindən "bestsellər ustası" adına, Azərbaycanda isə ilk fentezi epos olan "Atropatena dastanı" trilogiyasının müəllifi kimi Beynəlxalq Mahmud Kəşkari Fondunun "Türk dünyasının san yarlığı" mükafatına layiq görülmüşdür.[9]
"Tunc mələk" romanının əsas özəlliyi qəhrəmanın müharibə gedən İraqda topların, tüfənglərin, bir çox ölkələrin xüsusi xidmət orqanlarının edə bilmədiyini həyata keçirməsi, bir azərbaycanlının öz intellektual səviyyəsi, insansevərliyi və iradəsinin gücü ilə insanları xilas etməsilə əlaqədardır. Əsər 2010-cu ildə Rusiyada "Qruppa antiterror. Spetsnaz" seriyasında da dərc edilib.[10][11]
1 iyun 2011-ci ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bakıda "Bayatı" kitab mağazasında Vahid Məmmədlinin "Atropatena dastanı (epos-trilogiya)" kitabının "imza günü" keçirilmişdir. Tədbiri "Ulduz" jurnalının baş redaktoru, yazıçı-publisist Elçin Hüseynbəyli açaraq, kitabı dünya ədəbiyyatında geniş yayılmış fantaziya janrında yazılmış, tarixi motivlər və bədii təxəyyülün sintezindən yaranmış maraqlı bir əsər kimi dəyərləndirmişdir. Natiq müəllifin ümumbəşəri mövzuya bədii yanaşma üsulunu bəyəndiyini bildirmişdir. Bildirilmişdir ki, maraqlı magiyalar, sehrlər, yeni nağıl və fantaziya qəhrəmanları, macəra, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan əsər hər bir azərbaycanlı üçün maraqlı bir dövrü — tariximizin Albaniya və Atropatena dövrünü əhatə edir. Tənqidçi-publisist Əsəd Cahangir, filologiya üzrə fəlsəfə doktoru Vaqif Yusifli, şair Balayar Sadiq və başqaları əsərin gənclər arasında yayılmasının vacibliyini bildirmişlər.[12]
Rusiyanın rüblük elmi-texniki "Vestnik" jurnalı 2016-cı ildə tərtib etdiyi, Polad Bülbüloğlu, Vahid Ələkbərov, Emin Ağalarov, İradə Zeynalova, Rövşən Əsgərov və digərlərinin də yer aldığı "Ölkəsinin hüdudlarından kənarda öz vətəninə şöhrət qazandıran məşhurlar" onluğunun 7-ci pilləsində qeyd edib.[13]
"Şəhrizad" və "Leyli və Məcnun" romanlarının, "Buddanın qayıdışı", "Milanda ölüm", “Tunc Mələyin yolu", "Bakı 2035" povestlərinin, onlarla hekayələrin də müəllifidir. "Milanda ölüm" əsəri İmdat Avşar və Ömər Küçükmehmetoğlunun türk dilinə tərcüməsində "Anatolia kültür" yayın evində, "Şəhrizad" romanı isə müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır.[10]
Dünyanın böyük elektron kitab portallarından biri olan “Litres” portalının “Elektronnaya bukva 2024” – ən yaxşı elektron kitablar müsabiqəsində Vahid Məmmədlinin “Angelo di bronzo” (“Tunc mələk”) romanı 27620 kitabın içindən seçilərək müsabiqənin uzun siyahısına daxil edilib.[14]
17 may 2011-ci ildə Bakıda Atatürk Mərkəzində Türk Törə Ocağı və Beynəlxalq Mahmud Kaşğari Fondu tərəfindən təsis edilmiş "San yarlığı" mükafatı ilə təltif edilib.[33][34]