Şəkildəki ruh (film, 2008)

Şəkildəki ruh (ing. Shutter) — amerikan qorxu filmi. 2004-cü ildə çəkilmiş eyniadlı tayland filmi əsasında çəkilmişdir.

Şəkildəki ruh
ing. Shutter
Janr qorxu filmi[1][2][…], müəmma filmi[1][3]
Əsas mövzu intihar, qisas[d], fövqəltəbiilik
Rejissor Masayuki Oçiay
Prodüser
Baş rollarda
İstehsalçı Regency Enterprises[d]
Distribütor 20th Century Fox, Netflix
İlk baxış tarixi 21 mart 2008
Müddət 85 dəq.
Büdcə 8.000.000 $[7]
Gəlir 48.000.000 dollar
Ölkə
Dil ingilis dili
İl 2008
Rəng rəngli
Çəkiliş yeri Yaponiya
IMDb ID0482599

Gələcək vəd edən iş fürsəti üçün Yaponiyaya yenicə köçmüş yeni evli cütlük — Ben və Ceyndən bəhs edilir. İlk öncə elə görünür ki, Ceyn bilmədən gənc bir qızı maşını ilə öldürür. Maşın ağaca çırpılır, Ben və Ceyn huşlarını itirir. Ayılandan sonra isə yolda heç kəsi görmürlər. Sonrakı gedişatda çəkilən bir çox şəkillərdə ağ ləkə düşür. Ceyn elə düşünür ki, bu, ölən qızın ruhudur. Ancaq Ben buna inanmaq istəmir. Sonrakı gedişatda şəkillərdə görünən adi ağ ləkə yerini fiziki təsirlərə, gözəgörünmələrə verir. İki ölüm hadisəsi ilə işlər daha da qarmaşıq hal alır. Ancaq məsələ göründüyündən daha sirlidir və gizlənən böyük sirr yalnız filmin sonunda açıqlığa qovuşur.