Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |
Şəlvə dərəsi — Laçın rayonu ərazisində dərə.
Şəlvə dərəsi | |
---|---|
Yerləşməsi | |
Ölkə |
Şəlvə dərəsi 11 kənddən ibarətdir. Kəndlərin hamısı Şəlvəçayın sahilindədir. Bu kəndlər Şəlvə, Dambulaq, İmanlar, Daşlı, Kaha, Hətəmlər, Narışlar, Vəlibəyli, Hacıxanlı (Zorkeşiş), Budaqdərə, Qovuşuqdur.
Əhalinin məşğuliyyəti heyvandarlıq və əkinçilikiydi.
Əhalinin sayı haqqında dəqiq bir məlumat yoxdur.Yalnız statiskaya görə Daşlı kəndinin 932,Dambulaq kəndinin 786 nəfər əhalisi varıydı.(2011-ci ilin statiskasına görə). Əhalinin milli tərkibi tamamilə azərbaycanlılardan ibarətdir.
Ehtiram Hüseynov - Müğənni (Daşlı kəndi)
Reyhan Rəcəbova - Müğənni (Kaha kəndi)
Qaybalı - Müğənni,xanəndə (Hacıxanlı/Zorkeşiş kəndi)
Nazim Əkrəm - Şair (Dambulaq kəndi)
Həmid İbrahimov - Şair (Dambulaq kəndi)
Koroğlu - Şair (Kaha kəndi)
Salman Salahov - Alim (Şəlvə kəndi)
Adil Əsədov - Laçın Rayon Polis Şöbəsinin rəisi,general - mayor (Dambulaq kəndi)
Arif Məmmədli - Müəllim,şair (İmanlar kəndi)
Maarif Köçkün - Şair (Hətəmlər kəndi)
Şəlvə dərəsi hamısı bir sovetlik idi.Şəlvə kəndi sovetlik mərkəziydi.Sonra Daşlı kəndinin inzibati ərazi vahidliyi yarandı.Kaha,Hətəmlər,Narışlar və Vəlibəyli kəndləri Daşlı sovetliyinə verlidi.Qalan kəndlər Şəlvə sovetliyində qaldı.Şəlvə sovetliyinin tərkibində olan Hacıxanlı kəndinə,Şəlvə kənd Sovetindən ayrılaraq,1991-ci il fevralın 7-də sovetlik verildi.Budaqdərə və Qovuşuq kəndləri Hacıxanlı sovetliyinin tərkibinə qatıldı.
Həmin bu dərədəki kəndlər1992-ci ilin mayın 17-dən 18-ə keçən gecə Ermənistan Respublikası tərəfindən işğal olunmuşdur.
2020-ci ilin Dekabrın 1-də Şəlvə dərədinin kəndləri Azərbaycan Respublikası tərəfindən işğaldan azad edilmişdir.