Daşlı — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Daşlı | |
---|---|
39°49′07″ şm. e. 46°19′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer oldugu üçün, həmçinin kəndin də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır.[2][3]Yerli əhali bəzən kəndin adını Daşdı, Daştı formasında tələffüz edir. Daşlı sözü düzəltmə toponimdir və relyeflə bağlı yaranıb. Sözün kökü ola daş termini oronimiyada “filiz”, “qaya”, “daş” mənalarında işlənir. Sözün ikinci hissəsi Azərbaycan dilində daş sözünə çoxluq mənası ifadə edən “lı” şəkilçisidir.[4]
Daşlı toponiminin arealları Xəzər dənizinin arxipelağında ada, Gədəbəy ərazisində dağ, Şamaxı ərazisində dağ adı kimi keçir. Ölkə xaricində Başqırdıstanda Taşlı, Dağıstanda Daşlıkənd, Moldovada Taşlı, Türkmənistanda Daşlıq və s.[2]
1593 cü ildə Daşlıkəndinin ərazisi Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyəsinin tərkibində olan zaman Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır.[5]
XVIII əsrin ortalarında Şəlvə, Hacıxanlı, Qovuşuq və Kaha kəndlərində daimi oturaq yaşayışın bərpasından sonra Daşlı və digər ətraf kəndlərdə də daimi yaşayış bərpa edildi. Vəlibəyli, Narışlar, Canbəyli kəndlərində isə Daşlıdan köçən ailələr tərəfindən daimi yaşayışa başlamışdılar.[4]
Kəndin ərazisi XIX əsrdə Zəngəzur qəzasında yaşamış qaracorlu tayfasının əliyanlı qolunun qışlaqlarından biri olmuşdur. Sonralar həmin tayfaya mənsub ailələrin məskunlaşması nəticəsində qışlaq daimi yaşayış məntəqəsinə çevrilmışdır.[2]
Daşlı kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının[6], 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin[7], 1867-ci ildə Zəngəzur qəzasının[8] tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur[9].
Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur[10]. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.[11]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[12] Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[13]
XIX əsrin sonlarından başlayaraq "Böyük Ermənistan" xülyası ilə yaradılmış erməni terror dəstələri fəallaşmağa başladı. 1918-1920-ci illərdə artıq bu terrorçular Zəngəzuru və Qarabağı işğal etmək üçün orada yaşayan türklərə qarşı kütləvi qırğınlara başlatdı. Həmin dövrdə Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov və Hacısamlı nahiyəsiin bəyləri Paşa bəy Muradov və Sultan bəy Sultanovun rəhbərliyi altında erməni terrorçularından müdafiə olunmaq üçün özünümüdafiə dəstələri yaradıldı və erməni terrorçularına qarşı döyüşlər aparıldı. Bu döyüşlərdə Daşlı kənd sakinlərindən Sadıqov Sadıq Abbas oğlu , Eyvazov Balakişi Əlikişi oğlu, Hüseyin Qələndər oğlu, Qələndərov Abduləli Hüseyin oğlu fəal iştirak etmişdir.[14]
Kəndin ərazisi Kiçik Qafqaz dağ massivinə mənsub olan Qarabağ vulkanik yaylasında yerləşir. Rayonun Hətəmlər, Vəlibəyli, Şəlvə, Narışlar və Kaha kəndləri ilə həmsərhəddir.[4]. Rayon mərkəzindən 55 km. şimal qəbdə,[3] Çalbayır silisiləsin ətəyində, Şəlvə çayının (Həkəri çayının qolu) sahilində yerləşir.[2]
1992-ci ilə qədər kənddə orta məktəb, mədəniyyət evi, çörəkbişirmə sexi, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, su dəyirmanı və üç mağaza fəaliyyət göstərirdi.[3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 1996-cı il qərarı ilə Daşlı kənd klubuna Sulduz Arif oğlu Tağıyevin, Daşlı kənd kitabxanasına Elşad Lətif oğlu Həsənovun adları verilmişdir.[15]
Bəzi mənbələrdə Daşlı kənd əhalisinin kürd əsilli olması qeyd edilsə də[16] aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır[17] [18] [19][20] [21] Kənd sakinlərindən bir nəfər də olsun kürd dilində bilmirdi[22]. Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycan türkləri olmuşdur[23].
Kəndin əhalisi türk mənşəli hacısamlı camaatının Qasımuşağı tayfasının Qarabayramlı tirəsindəndir.[24][25]
Kəndin binasını qoyan Həsən Bayram (Qarabayram) oğlu 1867-ci ildə artıq ətraf kəndlərdə tanınır, çörəyi, açıq süfrəsi ilə ad çıxarmışdı.[26] Kəndin əhalisi əsasən Həsən Qarabayram oğlunun törəməsi olmuşdur. Həsənin oğlanları Hüseynxanın, İbrahimxanın, Qələndərin və Cəfərqulunun (Cəfərxanın) Daşlıya gəlmələri təxminən XVIII əsrin əvvəllərinə təsadüf etmişdir. Kəndin əhalisi bu üç qardaşın, Hüseynxanın, İbrahimxanın, Qələndərin nəslindən olanlardır.[4]
2006-cı ilin statistikasına görə kəndin əhali sayı 932 nəfər olmuşdur.[3]
Kənd əhalisindən Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fatehlər:
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |