Şəmsəddin xan Tarkovski (1818, Kafır-Kumuq[d], Dağıstan MSSR – 1874, Buynaksk, Dağıstan MSSR) — 1818-ci ildə Kafır-Qumuk kəndində anadan olmuşdur. Əbumüslüm xan Tarkovskinin oğlu, 1862-ci ildən süvari qoşunları general-mayoru, 1868-ci ildən İmperator Əlahəzrətlərinin fleqel-adyutantı. Tərki şamxallığının son Şamxalı (1860-1867). Beləliklə tarixdə son "Şamxal" (Dağıstanda krallıq titulu) statusu daşıyan şəxs kimi qalmışdır. 1863-cü ildən Rusiya imperiyasının knyazı. 1874-cü ildə vəfat etmişdir. Kafır-Qumuk kəndində dəfn olunub.[1]
Şəmsəddin xan Tarkovski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1818 |
Doğum yeri |
|
Vəfat tarixi | 1874 |
Vəfat yeri | |
Milliyyəti | qumuk |
Atası | Əbumüslüm xan Tarkovski |
Hərbi fəaliyyəti | |
Qoşun növü | süvari |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri |
Şəmsəddin xan 1818-ci ildə Kafır-Qumuk kəndində gələcək Tərki şamxalı Əbumüslüm xan Tarkovskinin ailəsində anadan olmuşdur. O, da bütün nəslindəki, kişilər kimi hərbçi sənətini seçmişdir. Şəmsəddin xan hərbi karyerasına 1853-cü ildə, Leb Qvardiya kazak alayına kornet kimi qəbul etdikdə başlamışdır.
1863-cü ildə atası Əbumüslüm xan Tarkovski vəfat etdikdən sonra böyük oğul kimi Şamxal titulunun əsas varisi olmuşdur. Həmən il İmperator II Aleksandrın investisiya məktubu ilə papağına lələk keçirmək icazəsi ilə Buynaksk və Dağıstan valisi olaraq Tarku Şamxalı titulunu qəbul etdi. Həmçinin varis hüququ ilə, əsilzadə kimi Rusiya imperiyasının knyaz tituluna da sahib çıxdı.
Atası Əbumüslüm xan kimi Şəmsəddin xan da Rusiya çarına sədaqətlə xidmət etmişdir. O, Qafqaz müharibəsində aktiv şəkildə döyüşlərə qoşulmuşdur. Belə ki, 1854-1859-cu illərdə dağlılara qarşı bir çox hərbi yürüşlərdə iştirak etmişdir. 1866-cı ildən Temir-Xan-şura da (hazırkı Buynaksk) məskunlaşmışdır. 1 Avqust 1867-ci ildə könüllü olaraq tarixi Şamxal titulu hüquqlarından imtina etmişdir. Lakin buna baxmayaraq, Şamxal titulu Şəmsəddin xan Tarkovskidə saxlanılmışdır.
Bu hadisədən bir gün əvvəl Şəmsəddin xan Tarkovski Dağıstan bölgəsinin rəhbərinə aşağıdakı məzmunda məktub göndərmişdir: "...Tərki, Böyük Kazanşi, Halimbəyaul, Buğlen, Urma kəndlərini, kəndin mənə məxsus dördüncü hissəsini azad etməyə qərar verdim. Qəli, Tərkidə yaşayan nökərlərdən və tam olaraq Şamxala aid noqaylardan və bu günə qədər mənə verdikləri birbaşa və dolayı bütün rüsum və vergilərdən azad edirəm..."
1868-ci ildə ən yüksək sərəncamla Qafqaz Ordusunun tərkibində olmaqla. Şəmsəddin xan Tarkovski Rusiya ilə yaxınlaşma siyasəti yürüdür və onun sadiq müttəfiqlərindən biri idi.[2]
General-mayor Əhməd xan Mehtulinskinin qızı Ummu-Küsumun ilə evli ailəli olmuşdur. 1862-ci il təvəllüdlü bir oğlu Mehti xan və Soltanat Bike (Yekaterina) adlı bir qızı var idi.