Şənbə Gecəsi (film, 1977)

Şənbə Gecəsi Qızdırması (Saturday Night Fever) — John Badhamın çəkdiyi musiqili dram filmidir. Filmin əsas qəhrəmanı, John Travolta tərəfindən canlandırılan Tony Manero həftəiçi ərzində yerli inşaat malları mağazasında işləyir, həftəsonlarını isə diskotekada içmək və rəqs etməklə keçirir. Brooklynda yerləşən bu diskotekada ondan yaxşı rəqs edən yoxdu. Tonynin həyatında həftəsonları rəqs etmək və dostlarından başqa heçnə yolunda getmir, valideynlər bir yandan, çətin iş o biri yandan onu bezdirir.  

Şənbə Gecəsi
ing. Saturday Night Fever
Janr musiqili film[1][2], dram filmi
Baş rollarda
Bəstəkar
Distribütor Paramount Pictures, Netflix
İlk baxış tarixi 16 dekabr 1977[5], 7 aprel 1978[6], 13 aprel 1978[7], 1977
Müddət 118 dəq.
Gəlir 237.100.000 $[8]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Nyu-York
IMDb ID0076666

Filmin hekayəsi 1976-cı ildə New York jurnalında Britaniyalı yazıçı Nik Cohnin yazdığı məqaləyə əsaslanır, "Tribal Rites of the New Saturday Night". Təxminən 20 ildən sonra Cohn o məqalənin reallığı əks etdirmədiyini bildirdi.[9] Amerikaya təzə gəldiyinə görə o, burdakı disko həyatı ilə tanış deyildi. Buna görə də Cohn İngiltərədəki mod mədəniyyətinin üzvü olan bir tanışının həyat tərzinə əsaslanıb Tony Monero xarakterini yaratdı.[9]

Filmin çox uğurlu alınması disco musiqisinin dünyaca məşhurlaşmasına səbəb oldu. John Travolta isə əvvəldən Welcome Back, Kotter TV şousundan tanınsa da, bu film ilə çox məşhurlaşdı. Filmin Bee Gees tərəfindən ifa olunan soundtrack albumu indiyə kimi ən çox satılan kino musiqisi albumlarından biridir.[10] Film, musiqi, rəqs və disko dövrünü əhatə edən 70-ci illər mədəniyyətinin xüsusiyyətlərini nümayiş etdirir: simfonik orkestralı melodiyalar; bu dövrə xas olan geyim üslubları; cinsi yolla yoluxdurulan xəstəliklərdən müdafiə; və zərif xoreoqrafiya. Filmin davamı kimi Silvestr Stallone tərəfindən çəkilən Staying Alive (1983) filmində də John Travolta baş rol oynayır və Bee Gees qrupu mahnıları onu müşahidə edir. 

Anthony "Tony" Manero Brooklyn, Nyu-Yorkun Bay Ridge məhəlləsində yaşayan 19 yaşlı İtalyan Amerikandır. O, valideynləri, nənəsi və kiçik bacısı ilə birlikdə yaşayır və kiçik inşaat malları mağazasında perspektivi olmayan işlə məşğul olur. Bu cür həyatdan dincəlmək üçün Tony yaxınlıqdakı 2001 Odyssey disko klubuna gedir. Burda o rəqs meydanının padşahıdı, rəqs bacarıqlarına görə hamı ona heyranlıq və ehtiram göstərir. Tonynin dörd yaxın dostu var: Joey, Double J, Gus və Bobby C. Birdə onu seven Annette adında bir qız var, amma Tony onu sevmir.

Tony Annette ilə rəqs yarışmasına qoşulmağa razılaşır. Amma elə birinci məşqdən sonra Tony clubda gördüyü daha yaxşı rəqs eləyən Stephanie Mangano ilə rəqs eləmək qərarına gəlir. Stephanie əvvəlcə razı olmasa da sonra o şərtlə razılaşır ki, onların arasında rəqsdən başqa heç nə olmayacaq.

Tonynin böyük qardaşı, kilsədə keşiş olduğuna görə ailənin fəxri sayılan Frank Jr. kilsəni tərk eləmək qərarı ilə bütün ailəni qüssələndirir. Tony qardaşın çox istəsə də indi daha hər kəsin qardaşını ona örnək göstərə bilməyəcəyinə görə biraz şadlanır. Frank Tony-ə deyir ki, o, əslində heç vaxt keşiş olmaq istəməyib, yalnız valideynlərini xoşbəxt eləmək üçün bu qərara gəlib. Buna görə də ona deyir ki, rəqs bacarıqlarından istifadə eləməlidi.

Dükandan evə qayıdanda Gus-ı döyürlər. O da dostlarına deyir ki, Barracudas-ın işidir. Elə bu vaxtlar da Bobby C. hamilə olan qatı katolik sevgilisindən canını qurtarmaq yolunu axtarır. Ailəsi ona evlenmək üçün təzyiq göstərir. Frank Bobby-ə deyir ki, çətin Papa ona abort üçün icazə versin, bu da Bobby-nin çarəsizliyini artırır. 

Dostlar Barracudas-a hücum edib intiqam alırlar. Sonra onlar xəstəxanaya Gus-in yanina gedib bunu deyendə Gus deyirki deyəsən o kimin hücum elədiyini qarışdırıb. Tony dostuna əsəbləşir. Sonra Tony və Stephanie rəqs yarışmasının qalibi seçilirlər, amma Tony elə fikirləşir ki, Puerto Rikalı cütlük daha yaxşı rəqs elədi və hakimlər irqçilik etdilər. O kuboku və pul mükafatını cütlüyə verir və Stephanie ilə gedir. Amma onlar arasında mübahisə yaranır və Stephanie gedir.

Tony dostları və Annette ilə getməyə məcbur olur. Kefli dostları yolda onu biraz da əsəbləşdirirlər. Bobby körpüdə maşını saxlayır və körpünün kənarında ehtiyatsızlıq edir. Tony onu dayandırmaq istəsə də, Bobby Tony-nin ona zəng edəcəyini deyib sözünə əməl etmədiyini deyib ona tərəf gəlmir və sonra körpüdən düşür.

Dostlarından, ailəsindən və həyatından bezar olan Tony bütün gecəni Manhattana geden metroda keçirir. Səhər o Stephanienin evinə gəlib ondan üzr istəyir və deyir ki, o Manhattana köçmək və yeni həyata başlamaq istəyir. Film Stephanienin Tony ilə dost olmağa razılaşması ilə bitir.

  1. http://www.filmaffinity.com/en/film912221.html.
  2. http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=608.html.
  3. http://stopklatka.pl/film/goraczka-sobotniej-nocy.
  4. 1 2 http://www.imdb.com/title/tt0076666/fullcredits.
  5. http://www.boxofficemojo.com/movies/?id=saturdaynightfever.htm.
  6. http://www.sfi.se/sv/svensk-filmdatabas/Item/?itemid=5347&type=MOVIE&iv=Basic.
  7. IMDb (ing.). 1990.
  8. Box Office Mojo (ing.). 1999.
  9. 1 2 Leduff, Charlie. "Saturday Night Fever: The Life". The New York Times. June 9, 1996. 2015-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-23.
  10. Bee Gees' Maurice Gibb dies Arxivləşdirilib 2011-06-08 at the Wayback Machine. USA Today (January 12, 2003).