Şərəflə sülh

Şərəflə sülh (ing. Peace with Honor) — ABŞ Prezidenti Riçard Niksonun 23 yanvar 1973-cü ildə Vyetnam müharibəsini bitirəcək Paris sülh sazişini təsvir etmək üçün çıxışında istifadə etdiyi ifadə. Bu ifadə Niksonun 1968-ci ildə seçki kampaniyası zamanı verdiyi vədin fərqli bir variantıdır. O bu zaman demişdir: "Mən sizə söz verirəm ki, Vyetnamdakı müharibəni şərəflə bitirəcəyik".[1] Razılaşmada atəşkəsin dörd gün sonra baş tutacağı qeyd edilmişdir. Plana görə, atəşkəsdən sonra altmış gün ərzində Şimali Vyetnam hakimiyyəti bütün ABŞ müharibə məhbuslarını azad edəcək və bütün ABŞ qoşunları Cənubi Vyetnamdan çıxacaqdılar. 29 mart 1973-cü ildə sonuncu ABŞ əsgəri Vyetnamı tərk etmişdir. 30 aprel 1975-ci ildə Sayqon Şimali Vyetnam qoşunlarının əlinə keçmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nixon TV ad". 2008-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-29.
  2. Gilbert Morales, Critical Perspectives on the Vietnam War, p. 120-125, 2005, ISBN 1-4042-0063-0, ISBN 978-1-4042-0063-0