Şərif Kamal

Şərif Kamal (tam. Шәриф Камалетдин улы Камал; 16 (28) fevral 1884[1], Tatarskaya Pişlya[d], Ruzayevka rayonu[d]22 dekabr 1942[1], Kazan) — Sovet, tatar yazıçısı, dramaturq və tərcüməçi.

Şərif Kamal
tatar. Шәриф Камалетдин улы Байгилдиев
Doğum tarixi 16 (28) fevral 1884[1]
Doğum yeri
Vəfat tarixi 22 dekabr 1942(1942-12-22)[1] (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Kazandakı tatar qəbiristanlığı[d]
Fəaliyyəti yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərif Kamal 16 mart 1884-cü ildə Tatarskaya Pişlya kəndində (indiki Mordoviyanın Ruzayevski rayonu.) molla ailəsində anadan olub. İlk təhsilini mədrəsədə almışdır. Sonra dəmir yolunun tikintisində çalışmış, Uralda mədənçi, Xəzər dənizində balıqçı olmuşdur. 1905-ci ildə Sankt-Peterburqa köçür və burada tatar məktəbində müəllim olur.

Kamalın ilk şeirləri 1905-ci ildə Nur qəzetində dərc edilmişdir. Bir il sonra "Səda" (Səs) şeirlər toplusu ayrıca bir nəşr olaraq çıxır. 1909–1912-ci illərdə işçilərin ağır həyatını təsvir edən "Qarğa yuvası" hekayəsini və "Səadət axtaran", "Xarici ölkədə", "Avara" hekayələrini yazır. "Qağayılar" hekayəsi balıqçıların istismarına həsr edilmişdir. Həmin dövrdə Kamal tacirlərə və burjua millətçilərinə qarşı yönəlmiş bir sıra satirik əsərlər də yazır. "Solmuş çiçək" və "Sıxıntı" əsərləri qadınların bərabər hüquqları məsələsinə həsr edilmişdir.

Oktyabr inqilabından sonra Kamal inqilabdan bəhs edən "Tak atkanda" (Şəfəqdə) romanını, 1920-ci illərin kəndi haqqında "Mathur tuqanda" (Gözəllik doğanda) romanını yazır. Ayrıca "Ut" (Atəş), "Kozqinnar oyasında" ("Qarğa yuvası"), "Taular" (Dağlar), "Toman artı" (dumanın arxasında) dram əsərlərini yazır. Kamal Mixail Şoloxovun "Oyandırılmış topraq" əsərini tatar dilinə çevirən ilk şəxs olur. Bunma görə Lenin ordeni ilə təltif edilmişdir (1940).

"Səda" ("Səs") şeirlər toplusu (1906);

"Akçarlaklar" ("Qağayılar") povesti (1914);

"Хаҗи әяәнде өйләнә" ("Hacı Əfəndi evlənir") (1917) satirik komediya;

"Таң атканда" (Şəfəqdə) (1927) romanı;

"Ut" ("Atəş") pyesi (1928);

"Kozqinnar oyasinda" ("Qarğa yuvasında") pyesi (1929);

"Mathur tuqanda" ("Gözəllik doğanda") romanı (1937);

"Qabbas Qalin" pyesi (1942).

Qazandakı Tatar qəbiristanlığında dəfn edilmişdir[2].

Kamalın Qazanda ev muzeyi vardır[3].

Qazanın Vahidov rayonunda küçə, Tat kəndindəki bir küçə və bir məktəb Kamalın adını daşıyır[4].

  1. 1 2 3 4 КАМАЛ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. "Могила Камала". 2018-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.
  3. "Музей-квартира Шарифа Камала". 2011-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-15.
  4. "Ул. Шарифа Камала". 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-04.