Mixail Şoloxov

Mixail Şoloxov (rus. Михаил Александрович Шолохов; 11 (24) may 1905[1], Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası21 fevral 1984[1][2][…]) — rus sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965).

Mixail Şoloxov
rus. Михаил Александрович Шолохов
Doğum tarixi 11 (24) may 1905[1]
Doğum yeri
Vəfat tarixi 21 fevral 1984(1984-02-21)[1][2][…] (78 yaşında)
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Fəaliyyəti yazıçı, romançı, ssenarist, şair, nasir, jurnalist, siyasətçi, hekayə yazıçısı[d]
Əsərlərinin dili rus dili
İstiqamət sosialist realizmi
Janrlar hekayə, oçerk
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı Sosialist Əməyi Qəhrəmanı
Star of People's Friendship "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı
1-ci dərəcəli "Stalin" mükafatı "Lenin" mükafatı
"Suxe-Bator" ordeni "Georgi Dimitrov" ordeni "Kiril və Mefodi" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sovet rəhbərliyinin Nobel mükafatı qazanmasını məmnunluqla qarşıladığı ilk və son rus yazıçısı Mixail Aleksandroviç Şoloxov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak xutorunda, kiçik sahibkar ailəsində doğulmuşdu. Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür.

Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daxil olmuşdu. Əvvəlcə arxa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınmışdı.

Sovet rejimi də öz növbəsində Şoloxovun ədəbi-siyasi ierarxiyanın yüksək zirvələrinə qalxması üçün çox şey etmişdi. 1932-ci ildə Kommunist partiyası sıralarına daxil olan Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmiş, heç bir ali təhsil almadığı halda 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuş (1939), 1940-cı ildə ədəbiyyat və incəsənət sahəsində I dərəcəli Stalin mükafatına, 1950-cı ildə Lenin mükafatına layiq görülmüşdü. Ona iki dəfə (1960, 1980) Sovet İttifaqının ən yüksək mülki mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. N.S.Xruşşovun xüsusi rəğbətlə yanaşdığı Şoloxov sovet rəhbərini bir sıra xarici səfərlərdə müşayiət etmişdi. 1961-ci ildən etibarən Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü idi.

Vətəndaş müharibəsinin başa çatdığı və bolşevik hakimiyyətinin bərqərar olduğu 1922-ci ildə Şoloxov ali təhsil almaq və yazıçı peşəsinin sirlərinə yiyələnmək niyyəti ilə Moskvaya getmişdi. Burada müxtəlif qara işlərdə çalışaraq ədəbi dairələrlə təmas qursa da, fəhlə fakültəsində oxumaq niyyətini gerçəkləşdirə bilməmişdi. Vətəndaş müharibəsi mövzusundakı "Xal" adlı ilk hekayəsi 1924-cü ildə "Yunoşeskaya pravda" qəzetində dərc edilmişdi. Həmin il yazıçı doğma Veşenskaya stanitsasına qayıtmış və xarici səfərləri istisna olunmaqla ömrünün sonuna qədər burada yaşamışdı. 20 yaşında ikən onu yetkin yazıçı kimi tanıdan "Don hekayələri" kitabı çap olunmuşdu. Mixail Şoloxov yaradıcılığı kimi müstəqil ailə həyatına da çox erkən yaşlarında başlamışdı. 1924-cü ildə keçmiş stanitsa atamanının qızı Mariya Qromoslavskaya ilə evlənmiş və ömrünün sonuna qədər onunla birlikdə yaşamışdı.

1926-1940-cı illərdə Şoloxov ən məşhur əsəri — "Sakit Don" roman-epopeyası üzərində işləmişdi. Romanının 1-2-ci cildləri 1928, 3-cü cildi 1932, 4-cü — sonuncu cildi isə 1940-cı ildə nəşr olunmuşdu. Qərbdə isə əsərin ilk iki cildi 1934, sonrakı cildləri 1940-cı ildə tərcümə və çap edilmişdi.

"Sakit Don" Birinci Dünya müharibəsi, rus inqilabı, vətəndaş müharibəsi və kazakların bütün bu tarixi proseslərdə iştirakından bəhs edirdi. Müəllif yüz minlərlə insanın həmin tarixi kataklizmlərlə üzləşməsini və bu zaman məruz qaldığı ciddi intibaları əsas qəhrəmanı Qriqori Melexovun simasında ümumiləşdirmişdir. Sovet tənqidi əsəri əvvəlcə soyuq qarşılamışdı. Yalnız Maksim Qorkinin və digər tanınmış ziyalılarının Mixail Şoloxovu müdafiə etmələri nəticəsində onun adı "xalq düşmənləri"nin siyahısını zənginləşdirməmişdi.

İki cildlik "Oyanmış torpaq" romanı üzərində iş otuz ilə yaxın çəkmişdi. Müəllif əsərin birinci cildini 1932, ikinci cildini isə 1959-cu ildə çap etdirmişdi. "Sakit Don" kimi "Oyanmış torpaq" da tənqidin müqaviməti ilə qarşılanmış, yalnız Mərkəzi Komitə romanda kollektivləşmə ilə bağlı fikirləri təqdir edəndən sonra münasibət dəyişmişdi. Şoloxov sonralar özünün hər iki böyük əsərinin ilk redaksiyaları üzərində ciddi şəkildə yenidən işləmişdi. Nəticədə meydana çıxan variantlar sovet ideoloqlarının tələblərinə daha çox cavab vermiş, yazıçının Qərbdəki tədqiqatçılarını isə müəyyən dərəcədə narazı salmışdı.

İkinci Dünya müharibəsi illərində Mixali Şoloxov "Pravda" qəzetinin hərbi müxbiri kimi ön cəbhədə olmuşdu. Bu dövrdə "Onlar vətən uğrunda döyüşürdülər" adlı üçüncü roman-trilogiya üzərində işə başlasa da, əsəri tamamlaya bilməmişdi. Yazıçının müharibə dövrü yaradıcılığının daha populyar nümunəsi sovet hərbi əsirləri probleminin ilk dəfə toxunulduğu "İnsanın taleyi" (1956) povesti idi.

Mixail Şoloxov "Rusiya tarixi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə və bədii təsir gücünə görə" 1965-ci ilin ədəbiyyat Nobelinə sahib olmuşdu. Onun Nobel nominantlığının tarixi isə 1954-cü ildən başlanmışdı. Yazıçı öz Nobel nitqində qarşısında dayanan əsas vəzifənin "əməkçilər, qurucular və qəhrəmanlar yetirən xalqı tərənnüm etmək olduğunu" bildirmişdi.

Bir sıra sovet yazıçıları, o cümlədən də Mixail Şoloxov 1970-ci ildə Nobel mükafatı alan A.Soljenitsını sovet həqiqətlərinin təhrifinə görə tənqid edəndə o, Şoloxova qarşı ədəbi oğurluq ittihamı irəli sürmüş, "Sakit Don"un həqiqi müəllifinin Fyodor Kryukov olduğunu bildirmişdi. Dissident tarixçi Roy Medvedyev də bu məsələdə Soljenitsınlə həmrəy idi. Əslində, onların iddiasında yeni heç bir şey yox idi və bu iddia 20-ci illərdən sonra üstüörtülü şəkildə dəfələrlə təkrarlanmışdı. 70-ci illərdə fin slavyanşünası və riyaziyyatçı Qyer Xetsunun apardığı kompüter müqayisələri və təhlilləri romanın Mixail Şoloxov tərəfindən yazılmasının heç bir şübhə doğurmadığını göstərdi. 1987-ci ildə aşkara çıxarılan müəllif əlyazmaları isə həmin qənaəti daha da möhkəmləndirdi.

Şoloxovun rəsmi sovet ideologiyasının ruporu olmadığını əsərlərinin müasir dövrdə də populyarlıq və aktuallığını qoruyub saxlaması sübut edir.

Əsərin növü Orijinal adı Yayımlandığı il Azərbaycanca adı Tərcüməçi
Roman rus. Тихий Дон 1928 (1-2-ci cildlər)
1932 (3-cü cild)
1940 (4-cü cild)
Sakit Don Canbaxş Cavadzadə
rus. Поднятая целина 1932 (1-ci cild)
1959 (2-ci cild)
Oyanmış torpaq Canbaxş Cavadzadə
rus. Они сражались за Родину 1943
1969
Onlar vətən uğrunda döyüşürdülər
Hekayə rus. Лазоревая степь 1926 Mavi çöl Əyyub Abbasov
rus. Родинка 1924 Xal Əyyub Abbasov
rus. Пастух 1925 Naxırçı Əyyub Abbasov
rus. Продкомиссар 1925 Ərzaq komissarı Əyyub Abbasov
rus. Коловерть 1925 Burulğan Əyyub Abbasov
rus. Шибалково семя 1925 Şibalkonun toxumu Əyyub Abbasov
rus. О Донпродкоме и злоключениях заместителя Донпродкомиссара товарища Птицына 1931
rus. Алёшкино сердце 1925 Alyoşkanın qəlbi Əyyub Abbasov
rus. Илюха 1925
rus. Бахчевник 1925 Bostan qoruqçusu Əyyub Abbasov
rus. Кривая стёжка 1925 Əyri yol Əyyub Abbasov
rus. Председатель Реввоенсовета республики 1925 Respublika İnqilabi-Hərbi Sovetinin sədri Əyyub Abbasov
rus. Нахалёнок 1925 Sırtıqcığaz Əyyub Abbasov
rus. Путь-дороженька 1925
rus. Семейный человек 1925 Ailəli adam Əyyub Abbasov
rus. Двухмужняя 1925 İkiərli Əyyub Abbasov
rus. Обида 1962
rus. О Колчаке, крапиве и прочем 1926 Kolçak, gicitkən və sair haqqında Əyyub Abbasov
rus. Жеребёнок 1926 Dayça Əyyub Abbasov
rus. Батраки 1926 Muzdurlar Əyyub Abbasov
rus. Чужая кровь 1926 Özgə qanı Əyyub Abbasov
rus. Червоточина 1926 Zədə Əyyub Abbasov
rus. Ветер 1927
rus. Мягкотелый 1927
rus. Один язык 1927 Bir dil Hüseyn Şərif
rus. Наука ненависти 22 iyun 1942 Nifrət dərsi Hüseyn Şərif
rus. Судьба человека 1956 İnsanın taleyi Beydulla Musayev
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Michail Alexandrowitsch Scholochow // filmportal.de. 2005.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]