Şərq rol video oyunu

Klassik YRVO-lardan biri sayılan "Final Fantasy VII" video oyununda döyüş sistemi.

Yaponiya rol video oyunu (abr. YRVO; ing. Japanese Role-Playing Game, abr. JRPG) və ya Şərq rol video oyunu (abr. ŞRVO; ing. Eastern Role-Playing Game, abr. ERPG) — rol video oyunu janrının altjanrı. Bu janrdakı video oyunların süjet xəttinə və oyun mexanikalarına təsir edən bənzər xüsusiyyətləri var ki, bu xüsusiyyətlər «qərb üslubu» RVO-lardan (Western-style RPG) kəskin şəkildə fərqlənir.

Bu janrdakı video oyunların əksəriyyəti Yaponiyada hazırlanır və Yaponiya bazarında satılır. İlk YRVO 1984-cü ildə Yaponiyada satışa çıxarılan "Dragon Slayer" video oyunudur. YRVO altjanrı 1986-cı ildə "Dragon Quest" video oyunun "Nintendo Entertainment System" konsolu üçün satışa çıxarılması ilə qərb dünyasında da populyarlaşmışdır. Müasir Yaponiya rol video oyun seriyalarına "Final Fantasy", "Pokemon", "Digimon World", "Tales" və "Persona" daxildir.

Yaponiya rol video oyunları yalnız Yaponiyada istehsal olunmaq məcburiyyətində deyillər. Məsəlüçün, ABŞAvropada istehsal olunan bəzi rol video oyunları "YRVO" kimi təsvir ediliblər. Bunlara "Anachronox" və "Septerra Core: Legacy of the Creator" aiddir. Həmçinin, Yaponiyada istehsal olunan hər bir RVO Yaponiya rol video oyunu hesab edilmir. Məsəlüçün, "Dark Souls" və "Dragon's Dogma".

Xronologiya[redaktə | mənbəni redaktə et]

Ən əhəmiyyətli, təsirli və məşhur Yaponiya rol video oyunlarının siyahısı. Bu video oyunların bəziləri sonrakı dövrlərdə digər platformalar üçün portlaşdırılmışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Dragon Quest NEC PC98". gamefaqs.gamespot.com. CBS Interactive Inc. 7 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2019.