Şərqi Polesye — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Respublikanın cənub-şərq hissəsində yerləşir. Polesye düzənliyinin böyük hissəsini əhatə edir. Regiona Qomel, Minsk və Brest vilayətlərinin əraziləri daxildir.
Region şərqdən Podnepr (Dneprin sağ sahili və Berezinenin aşağı axarları), şimaldan Mərkəzi Belarus (Pariçi-Lyuban-Starobin-Çudin xətti üzrə), qərbdən Qərbi Polesye ilə həmsərhəddir. Şimaldan region suayrcı xətlə Mərkəzi Belarusun meşəli düzənliklərində ayrılır.
Belarus dilinin mozır dialektinə məxsusdur. Regionda etnik baxımdan polyanilər (şimalda) və poleşukilər (cənubda) məskunlaşmış.
Dəmir dövründə Şərqi Polesye miloqrad mədəniyyətinin (E.ə. III-VII) və zarubines mədəniyyətinin (E.ə. III- V əsr) əsas ərazisi hesab olunur
VIII-IX əsrlədə Şərqi Polesye ərazisində dreqoviçlər məskunlaşmış və özlərinin siyasi birliyinə məxsus idilər. IX əsrdə onlar şimala, Berezini hövzəsinin yuxarı axarlarına gəlib çatdılar. Qərbdən isə Nmenaın sol sahilinə çatdılar. Onlar orada yatvyaqlarla qarşılaşdılar və sonuncuların slavyanlaşmasına səbəb oldular.
XII-XIII əsrlərdə Şərqi Polesyanın əsas əraziləri Turovski knyazlığının tərkibinə daxil oldu. Mozır Polesyesi isə Kiev knyazlığına aid idi.
Reç Pospolitanın ikinci parçalanmasından (1793) sonra Şərqi Polesye Minsk quberniyasının tərkibinə qatıldı.
Şərqi Polesyenin relyefində yüksəkliklər bataqlıqlaşmış düzənliklərlə növbələşir. Son dövrlərə kimi regionun böyük hissəsini açıq bataqlıqlar tuturdu. Geniş parçalanmış ərazilər, bataqlıqlaşmış torpaqlar məskunlaşmaya və təsərrüfatın formalaşmasına güclü təsir göstərir.
Region əhalisinin ənənəvi məşğuliyyət sahəsi əkinçilik və maldarlıqdır. Bununla yanaşı balıqçılıq, arıçılıq və sənətkarlıq geniş yayılıb.
Kənd yaşayış məntəqələri ərazidə qeyri-bərabər yayılmış. Ən sıx məskunlaşma Xoynikski-Braqinski və Yuroviçski yüksəkliklərində, Mozır tirəsində, qərbdə isə Turovski meşəli düzənliyindədir.