İstintaq zamanı "Şərur işi" üzrə təqsirləndirilən şəxslərin Naxçıvan polis təcridxanasında işgəncələrə və kobud rəftarlara məruz qaldıqları iddia olunmuşdur. İlkin istintaq və məhkəmə icazə verilən doqquz ay yox, 17 ay davam etmişdir.[1] Azərbaycanlı deputat və AXC fəalı Şahmərdan Cəfərov hökumət qüvvələri tərəfindən tərksilah edilən qanunsuz silahlı birləşmənin başçısı idi.[2] Bu birləşmənin 20-dən çox insan həbs edilmiş (bəzi mənbələrə görə 21,[3] bəzilərinə görə 26 nəfər),[4] lakin Şahmərdan Cəfərov həmin vaxt həbsdən yayınmışdır. 1995-ci ilin mayında parlament onun deputat toxunulmazlığının ləğvi üçün səs vermiş və o, növbəti ay polis tərəfindən saxlanılmışdır.[2] Həmin ilin dekabrında artıq parlamentdə Şahmərdanın həbs olunmasıyla bağlı fikirlər səsləndirilməyə başlanmışdır. 18 may 1995-ci ildə spiker səviyyəsində bu məsələ gündəliyə gətirilmişdir. Təklif bir neçə dəfə səsə qoyulsa da, səs çoxluğu alınmırdı.[5] O, 29 iyun 1995-ci ildə öldürülmüşdür.[6]