Şərur nahiyəsi — XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsi nin tərkibinə daxil olan nahiyələrdən biri də Şərur nahiyəsi idi.
Qədim nahiyə | |
Şərur nahiyəsi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan ölkəsi |
Salınma tarixi | XIII əsr |
Banisi | Elxanilər |
Milli tərkibi | Azərbaycan türkləri |
Naxçıvan ölkəsinin Şərur nahiyəsi şimaldan və şimal-şərqdən Dərələyəz nahiyəsi, şərqdən Qarabağ (Qarabağlar) sultanlığı, cənubdan Maku hakimliyi, qərbdən Çuxursəd bəylərbəyliyinin Sədərək sultanlığı ilə həmsərhəd olmuşdur. Hesablamalara görə bəhs olunan dövrdə Şərur nahiyəsinin ərazisi, təqribən, 627 kvadratkilometr olmuşdur.[1]
1590-cı ildə Osmanlı imperiyasının Naxçıvan sancağı Şərur nahiyəsinə aşağıdakı kəndlər daxil idi:
Zaviyyə kəndi, Quşçu kəndi, Qarabürc kəndi, Kürd kəndi, Yenicəyi-Çomaqtur kəndi, Əxi Əhməd kəndi, Maqsudlu kəndi, Əlişar kəndi, Tənəğə kəndi, Yenicəyi-Ərəb kəndi, İsacan kəndi Ərbatan kəndi (Başqa adı Çörəkkəsməzdir), Hacı Laləli kəndi, Qarahasarlı qışlağı, İmamqulu qışlağı, Şahvəli qışlağı, Şikəm (?) kəndi, Düşqaya, Adıcamal, Taxtayi-Səlim, Hacı Məhəmməd yaylaqları[2][3]
1728-ci ildə Osmanlı imperiyasının Naxçıvan sancağı Şərur nahiyəsinə aşağıdakı kəndlər daxil idi:
kəndi. Daşqışlaq kəndi [4]
Göründüyü kimi, istər Şərur, istərsə də Vedibasar mahallarının 1831-ci ilə aid kameral təsvirlərindəki kənd adlarının əksəriyyəti 1590-cı və 1728-ci ildə tərtib edilmiş təhrir dəftərlərindəki adları ilə uyğun olmaqla türk mənşəlidir.
Şərur mahalının 1831-ci ilə aid kameral təsvirində yaşayış olan 50 kənddə 1.305 müsəlman ailəsi qeydə alınmış, bir nəfər də yerli erməni ailəsi qeydə alınmamışdır. İrandan köçürülən 336 erməni ailəsindən 92 ailə Ulya (Böyük) Noraşen, 28 ailə Siyaqut, 34 ailə Parçı, 53 ailə Ələkli, 42 ailə Vərməzyar, 62 ailə Xanlıqlar, 25 ailə Keştas kəndində yerləşdirilmişdi. Xanlıqlar kəndindən başqa, həmin kəndlərdə türklər yaşayırdı. Şərur mahalının 1831-ci ilə aid kameral təsvirində 11 boş kənd qeydə alınmışdır[5][6] 1931 ci ildə Şərur mahalında 1 xan, 57 bəy və Sultan, 1 erməni məliyi ailəsi qeydə alınmışdır.[7]
1833-cu il iyunun 23-də Erməni vilayəti Şərur dairəsinin Şərur mahalı olmuşdur.
1854-cü ilin statistik məlumatına görə Şərur mahalında 30 seyid, 49 bəy, 75 molla və axund qeydə alınmışdır. 1.299 qriqoryan kişi, 1.261 qadın, 73 katolik kişi və 87 katolik qadın olmaqla cəmi 2.720 nəfər erməni qeydə alınmışdır ki, onların hamısı İrandan bu əraziyə köçürülənlər idi[8][9]